MÜSAVAT RUSİYA İLƏ İŞ BİRLİYİNDƏ İTTİHAM OLUNDU
Tarix: 4-03-2013, 11:56 | Çap et
"ARİF HACILI SEVİNİR"“Məni təəccübləndirən odur ki, bəzi partiya funksionerləri Saakaşvillini riyakarlıqda təqsirləndirir. Saakaşvillinin guya seçkini uduzduğuna görə bu cür hərəkətlər etməsi barədə əsassız nəticələr çıxarırlar. Onlar Söyün Sadıqovun müdafiəsinə girişməklə göstərirlər ki, guya həmin iş adamı diasporun müdafiəsi ilə məşğuldur. Bir növ ruspərəst adamların vəkili rolunda çıxış edirlər”. Bu sözləri Modern.az-a açıqlamasında müstəqil politoloq, eks-müsavatçı Qabil Hüseynli Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Saakaşvilinin tənqidi ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.
Qeyd edək ki, A.Hacılı Saakaşvilinin “Azərbaycanda dövlət çevrilişi hazırlanır” bəyanatına kəskin reaksiya verərək, gürcü dövlət başçısını “riyakarlıqda” ittiham edib.
“Bu cür yanaşma, nifrətəlayiqdir”
Politoloq Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılının dediklərini tamamilə əsassız və mənasız adlandırıb. “Azərbaycanın yenidən qarışıqlıq və xaosa sürüklənməsi ehtimalından sevinc hissi keçirir. Bunlar elə bilir ki, bulanıq suda yenidən balıq tuta biləcəklər. Məsələyə bu cür yanaşma, nifrətəlayiqdir. Sən Vətəninin iqtidarından narazı ola bilərsən, hakimiyyətin dəyişməsi üçün müəyyən səylər göstərməyə haqqın ola bilər. Amma əgər başqa bir dövlət burada təxribatlar hazırlayır və sən də bunu müdafiə etməyə çalışırsansa, belə bir adamın Azərbaycan vətəndaşı adlandırılması xeyli çətinləşir”.
“Saakşvilinin bəyənatı ciddi qəbul olunmalıdır”
Politoloqun sözlərinə görə, Gürcüstan prezidenti Mixail Saakaşvillinin dövlət çevrilişi ilə bağlı həyəcanlı bəyanatı kifayət qədər ciddi qəbul olunmalıdır. “Bu təhlükənin artıq müəyyən əlamətləri göz önündədir. Təcavüzkar Ermənistan son iki-üç ayda Rusiyadan xeyli miqdarda pulsuz silah alıb. Üstəlik Ermənistana yeni desant diviziyasının gətirilməsi haqqında danışıqlar gedir. Bu yaxınlarda Rusiya-Ermənistan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanacağı da gözlənilir. Bir sözlə, Rusiya regiondakı dövlətləri təsir dairəsinə salmaq üçün müxtəlif təxribatlara əl atmaq niyyətindədir”.
“Türkiyəni köməyə çağırmaq lazımdır”
Azərbaycanın bu təhlükələri dəf edə biləcək gücdə olduğunu deyən politoloqun sözlərinə görə Türkiyə amili barədə də şərh verib. “Türkiyə də bu proseslərdə maraqlı olan dövlət kimi gec-tez öz mövqeyini bildirəcək. Rusiya elə fikirləşməsin ki, Söyün Sadıqovla Rüstəm İbrahimbəyov nəyisə dəyişə biləcək. 20 il bundan əvvəl bu reallaşa bilərdi. Amma bölgədə qüvvələr nisbətinin Azərbaycanın xeyrinə kəskin dəyişdiyi şəraitdə Rusiyanın bu niyyətlərini həyata keçirməsi mümkünsüz görünür. Hətta Rusiyanın bu siyasəti öz ərazilərində sıxışdırılan, əzişdirilən xalqların ona qarşı mübarizəsinə çevrilə bilər”-deyə o, ciddi ittihamlar irəli sürüb.
“Saakaşvilinin açıqlaması Qərbin Azərbaycana çatdırmaq istədiyi məlumatdır”
Q.Hüseynlinin sözlərinə görə, Saakaşvilinin səfəri təsadüfi deyil. “Saakaşvilinin açıqlaması Qərbin Azərbaycana çatdırmaq istədiyi məlumatdır. Onun dediklərinin böyük bir qismini əvvəlcədən də bilirdik. Söyün Sadıqovun Borçalı dövləti yaratmaq və bununla əlaqədar müəyyən adamlara gerb, bayraq və şəkillər göndərməsi Gürcüstan cəmiyyətini xeyli dərəcədə həyəcanlandırır. O cümlədən İvanişvilinin Cavaxetiya ermənilərinin liderini həbsxanadan çıxarıb azadlığa buraxması da onun Rusiyanın adamı olmasını təsdiqləyir”-deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Gürcüstanı parçalamaq həmin ssenarini Azərbaycanda da həyata keçirmək niyəti güdürlər.
“Rüstəm İbrahimbəyov Rusiyanın hazırladığı siyasi texnologiyadan xəbərdardır”
“Söyün Sadıqov özü üstüörtülü olsa da, bunun anonsunu verib. O deyib ki, 2013-cü ildə keçiriləcək prezident seçkisi Azərbaycan üçün çətin olacaq. Rüstəm İbrahimbəyov isə şadyanalıq hissi ilə söyləyib ki, Azərbaycanda 2013-cü ildə başqa bir adam hakimiyyət başında olacaq. Bu insanlar Rusiyanın hazırladığı siyasi texnologiyalardan xəbərdardırlar. Söyün Sadıqov kimi biri isə ultimativ formada Azərbaycan mətbuatı vasitəsilə iqtidara mesajlar ötürür. Bu adamın ciddi bir keçmişi də yoxdur. Rusiya cəmiyyətində elə bir nüfuza da malik deyil. Sadəcə, Rusiya xüsusi xidmət orqanları ilə bağlılığı var. Bu da ona ruh verir. Xüsusi xidmət orqanlarının hazırladıqları planları, təxribat xarakterli məsələləri həyata keçirmək üçün icraçı olurlar. Bu təxribatların detalları haqqında həm Azərbaycan, həm də Gürcüstan hakimiyyət orqanları çoxdan xəbərdardırlar. Bu informasiyalar daha sistemli şəkildə Saakaşvilli tərəfindən Azərbaycanın hakimiyyət dairələrinə çatdırıldı. Yəqin ki, bunun qarşısını almaq üçün iki dövlət atacağı addımları müəyyənləşdirib”-deyə Q.Hüseynli bildirib.
Gürcüstan prezidenti Mixail Saakaşvillinin Azərbaycanda dövlət çevrilişi haqqında dediyi fikirlər artıq iki gündür ölkə gündəmini zəbt edib. Gürcü prezidentin sözlərinə görə bu çevriliş planı Gürcüstan ssenarisi üzrə hazırlanır. Söyün Sadıqovu və “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovu isə bu işin icraçıları adlandırıb. Söyün Sadıqov da Mixail Saakaşvilliyə cavabında ona qarşı ciddi ittihamlar səsləndirib. “Milyarderlər İttifaqı”nın üzvü qeyd edib ki, Rusiya olmasaydı Gürcüstan bir dövlət kimi mövcud olmayacaqdı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|