BAŞ NAZİR ƏMƏLİYYAT OLUNDU
Tarix: 28-11-2011, 18:34 |
Çap et
ONU BU AXŞAM EVƏ BURAXACAQLAR
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan cərrahiyyə əməliyyatına məruz qalıb.
APA-nın məlumatına görə, bu barədə xəbər əvvəlcə Türkiyənin internet saytlarında yayılıb. Xəbərlərə əsasən R. T. Ərdoğan ötən həftə sonu bağırsaq şikayəti ilə İstanbuldakı Mərmərə Universitetinin xəstəxanasına aparılıb və əməliyyat olunub. Onun bu axşam xəstəxanadan evə buraxılacağı bildirilir.
İnternetdə yayılan xəbərlərdən sonra R. T. Ərdoğanın “Twitter” səhifəsində qısa açıqlama verilib: “Baş nazirimiz Mərmərə Universiteti Xəstəxanasında bağırsaq problemi ilə bağlı kiçik bir əməliyyata məruz qalıb, səhhəti yaxşıdır”.