FOTOFAKT: ZİYA MƏMMƏDOVUN ƏRKÖYÜN AVTOŞLARI
Tarix: 9-03-2013, 10:19 |
Çap et
BAKININ MƏRKƏZİNDƏ "QONKA"...Avtobus sürücüləri sərnişinlərin həyatlarını təhlükəyə atırlar.
Day.Az saytının "Xalq xəbəri" rubrikası çərçivəsində oxuculardan biri maraqlı foto göndərib. Milli.Az xəbər verir ki, fotoda Bakının Azadlıq prospektində sərnişin avtobuslarının necə yarışa çıxmaları əks olunub. Bu cür hərəkətlərlə avtobus sürücüləri qəza şəraiti yaradır və sərnişinlərin həyatlarını təhlükəyə atırlar.
DİA.AZ bildirir ki, birbaşa olaraq nəqliyyat naziri Ziya Məmmədova yaxın şəxslərin nəzarəti altında olan paytaxtın sərnişindaşıma xidmətinə aid avtobusların sürücülərinin bu kimi ərköyünlüklərinin qaynağını müəyyən etmək o qədər də çətin deyil. Yəni "balıq başdan iylənər" deyib atalarımız və əgər bu gün nəqliyyat sektorunun başında oturan Ziya Məmmədovun işi-gücü yetim-yesir taksiçilərdirsə və buna qarşılıq onun uzunsov avtobuslarını sürən azyaşlıları hətta DYP əməkdaşları belə durduracaq səlahiyyətdə deyilsə, o zaman hər bir paytaxt sakini Ziya Məmmədovun avtobuslarında özünü narahat hiss etmək zorundadır.