NOVRUZ BAYRAMI İLƏ BAĞLI ƏFV FƏRMANI VERİLƏCƏK
Tarix: 11-03-2013, 10:26 |
Çap et
ARTIQ QƏRAR VERİLİBAzərbaycanda Novruz bayramı ərəfəsində növbəti əfv fərmanın olacağı gözlənilir. Prezident yanında Əfv Komissiyasından Modern.az-a daxil olan eksklüziv məlumata görə, artıq komissiya üzvlərinin hazırladıqları siyahılar müzakirə olunub. Bir neçə gün ərzində yekun qərarın veriləcəyi bildirilib.
Məlumatda həmçinin qeyd edilib ki, martın 17-ə qədər növbəti əfv fərmanı verilə bilər.
Qeyd edək ki, sonuncu əfv fərmanı Prezident İlham Əliyev tərəfindən 2012-ci ilin dekabrında imzalanıb.