AZƏRBAYCANLI MODEL ÖZÜNÜ ÖYDÜ
Tarix: 29-11-2011, 11:35 |
Çap et
"MƏNİM GEYİMİMDƏN HƏR ZAMAN NÜMUMƏ GÖTÜRÜRLƏR"
Azərbaycanlı model Ləman Əlizadə Milli.Az xəbər portalına verdiyi açıqlamasında modellərin geyimlərindən danışdı.
"Modellərin geyimləri hamı üçün nümunədir. Bizim də modellər çox yaxşı geyinirlər. Mən kiminsə modellərin geyimlərinə pis baxmalarını başa düşmürəm. Şəxsən mən çox yaxşı geyinirəm. Geyimimiz gənc qızlar üçün nümunədir. Azərbaycanlı modellər açıq-saçıq geyinmirlər. Şəxsən mən qısa geyinsəm də, açıq-saçıq geyinmirəm. Modelə nə geyindirsələr, geyinməlidir. Modellər adətən çox gözəl olurlar deyə onlar nə geyinsələr, yaraşır", - Ləman Əlizadə dedi.
Gənc model artıq geyimdə Avropaya uyğunlaşmağımızı da qeyd etdi.
"Bizimkilər geyimlərin əksəriyyətinə açıq-saçıq deyirlər. Əslində isə bu belə deyil. Onlar Avropaya nəzər salsalar, başa düşərlər ki, bizim modellər çox qapalı geyinirlər. Biz gərək Avropaya uyğunlaşaq. Biz geyimimizlə dəbi göstəririk. Şəxsən mənim geyimimdən hər zaman nümumə götürürlər", - L. Əlizadə dedi.