“THE GUARDIAN”IN JURNALİSTİ QARABAĞDAN DANIŞDI
Tarix: 29-11-2011, 13:00 | Çap et
“DAĞLIQ QARABAĞ MONOETNİK CƏMİYYƏTƏ ÇEVRİLİB” “Azərbaycanlıların Qarabağa, Ermənistana, ermənilərin isə Bakıya dönmələrini arzu edirəm”
1988-1994-cü illərdə Ermənistan-Azərbaycan münaqişəsini işıqlandırmış və dəfələrlə regionda olmuş Britaniyanın nüfuzlu “The Guardian” qəzetinin beynəlxalq məsələlər üzrə jurnalisti Conatan Stil (Jonathan Steele) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı APA-ya müsahibə verib.
- Siz Ermənistan və Azərbaycanda dəfələrlə olmusunuz və vəziyyətlə tanışsınız. Ermənistan rəhbərliyinin bəzi nümayəndələri bəyan edirlər ki, ermənilər və azərbaycanlılar bir arada yaşaya bilməzlər. Siz neçə düşünürsünüz, bu mümkündürmü?
- Münaqişənin təfsilatına varmadan qeyd etməliyəm ki, hər iki tərəf kompromisə getməlidir. Münaqişə dondurulmuş adlandırılsa da, öz yuvalarından məhrum edilmiş məcburi köçkünlər üçün bu, canlı bir problemdir. Ona görə də ümid edirəm ki, hər iki ölkə rəhbərliyində və siyasətçilərində müəyyən kompromislərə nail olmaq üçün həm güc, həm də cəsarət yetərli olacaq. Əlaqələr qurulsa, onda insanlar öz gettolarında yaşamaqdan qurtularaq qarşılıqlı səfərlər edə biləcəklər.
- Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində xarici qüvvələr hansı təsirə malikdirlər?
- Xarici təsir çox mühümdür və bir çox münaqişə ocaqlarında bu, müşahidə edilir. Tərəflər arasında etimadsızlıq o qədər böyükdür ki, xarici vasitəçilər bir zərurətdir. Sizin halda bu, mühüm rol oynayan ATƏT-in Minsk Qrupudur.
- Vasitəçilərin oynadığı rol sizcə həmişə müsbətdir?
- Hər bir vasitəçinin qərəzsiz olub-olmadığına dair hər zaman müəyyən rəy olur. Ona görə bu vasitəçinin qərəzsizliyini təmin etmək lazımdır. Əgər belə deyilsə, digər tərəf onun dediyini qəbul etməyəcək.
- Bu münaqişədə beynəlxalq aləm kifayət qədər fəal rol oynayır. Beynəlxalq aləm üçün Dağlıq Qarabağ münaqişəsi bu gün hansı anlamı daşıyır?
- Beynəlxalq aləmin diqqəti kifayət qədər kaprizlidir və asanlıqla bir məsələdən digərinə yönəlir. Bu gün hamının diqqət mərkəzində Əfqanıstan, sabah isə artıq Liviya və Suriyadır. Təəssüf ki, münaqişə “qızmar” çağında olanda və qan töküləndə bu cür münaqişələrə daha çox diqqət ayrılır. Münaqişəyə ABŞ-ın aidiyyəti varsa, o halda ona daha ciddi diqqət ayrılır. Dağlıq Qarabağda fəal döyüşlər getdiyi zaman və Sovet İttifaqı böyük çəkiyə malik olan vaxtda, o zaman Qarabağa SSRİ-nin süqutunun bir elementi kimi baxılırdı. İndi sovetlər mövcud deyil, Rusiya SSRİ kimi mühüm bir oyunçu qismində qəbul edilmir və buna görə də Qarabağ daha az diqqət cəlb edir.
- Sizin üçün Dağlıq Qarabağ nə ilə yadda qalıb?
- Bu, mənin nə zamansa gördüyüm ən böyük faciələrdən biridir. Vaxtilə burada müxtəlif mədəniyyət, din və millətlərə aid insanlar kəndlərdə birgə yaşayırdılar. İndi isə bura monoetnik bir cəmiyyətə çevrilib. Şimali İrlandiyadakı münaqişənin misalında katoliklər və ya protestantlar o torpaqları tərk etsəydilər, bu, faciə olardı. Azərbaycanlıların Qarabağa, ermənilərin isə Bakıya, habelə vaxtilə Ermənistanda yaşamış azərbaycanlıların ora dönə bilmələrini arzu edərdim. İstərdim ki, siyasət bunu mümkün eləsin. Bu baxımdan mənim üçün Qarabağ nə baş verməməlidir nöqteyi-nəzərindən bir xəbərdarlıqdır.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Dünən, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Dünən, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Dünən, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Dünən, 08:23 |
|
|
|
|