ƏRDOĞANA "SÖZÜNÜ GERİ GÖTÜR" DEDİLƏR
Tarix: 14-03-2013, 10:48 |
Çap et
AMERİKADAN BAŞ NAZİRƏ MƏKTUB ÜNVANLANIBABŞ Konqresinin üzvləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın sionizmlə bağlı sözlərini geri götürməsi ilə bağlı ona məktub ünvanlayıblar.
SalamNews-un “NTV”yə istinadla verdiyi xəbərə görə, Konqres üzvləri məktub vasitəsilə R.T. Ərdoğanı "sionizm" ilə "faşizm"i eyniləşdirən sözlərini geri götürməyə çağırırlar. Məktubda həmçinin Türkiyə ilə İsrail arasında tarixi dostluq və davam etdirilən ticarətin əhəmiyyəti də vurğulanıb. ABŞ Konqresinin 89 üzvü tərəfindən imzalanan məktub Türkiyənin Vaşinqtondakı səfirliyinə göndərilib.
Xatırladaq ki, R.T.Ərdoğan Vyanada keçirilən 5-ci Mədəniyyətlər İttifaqı Forumundakı çıxışında "Sionizm, antisemitizm, faşizm kimi islamofobiyanın da insanlığa qarşı cinayət olaraq qəbul edilməsi qaçılmaz hala çevrilib”- deyə açıqlama verib.