SƏFƏR ƏBİYEVİ RUSİYA DEVİRMƏK İSTƏYİR
Tarix: 14-03-2013, 11:06 |
Çap et
KREMLİN MN ŞEFİ POSTUNA NAMİZƏDİ VAR"Son günlər əsgər ölümlərinin qabardılması və buna görə Müdafiə Nazirinin istefasının ciddi şəkildə tələb edilməsi Rusiyanın Azərbaycandakı planlarının tərkib hissəsidir".
Bu barədə Avropa.info-ya hakimiyyət dairələrindəki mənbədən məlumat verilib. Mənbənin dediyinə görə, NATO-nun kadrı sayılan Səfər Əbiyevin devirilməsi Rusiyanın əsas planlarındandır. " Rusiya hakimiyyəti hesab edir ki, Azərbaycan ordusunda NATO sisteminin tətbiq olunması və getdikcə ordunun Rusiyadan uzaqlaşması Səfər Əbiyevin adı ilə bağlıdır. Məhz bu səbəbdən də, Azərbaycanda təsir imkanlarını artırmaq istəyən qonşu dövlət ilk növbədə Azərbaycan ordusunun rəhbərliyinə Rusiyaya tanış olan bir ismi gətirmək istəyir". Mənbənin dediyinə görə, bütün bunlara baxmayaraq "Əsgər ölümlərinə son" şuarı ilə keçrilən aksiyaların Rusiyaya heç bir bağlılığı yoxdur. " Azərbaycandakı müxalifətin və bütövlükdə protest eloktaratın Rusiya ilə uzaq məsafə saxlamaları məlumdur. Sadəcə son dövürlər əsgər ölümləri çoxaldığından müxalif gənclərin buna sərt reaksiya verməsindən Rusiya yararlanmaq fikirindədir.