ZİYA MƏMMƏDOVA AÇIQ MƏKTUBDA NƏLƏR YAZILIB?
Tarix: 15-03-2013, 10:46 | Çap et
NN ŞEFİNİN İŞÇİLƏRİ NƏDƏN NAZİRƏ İKİNCİ DƏFƏ MƏKTUB YAZASI OLDULAR?
DİA.AZ: - İş yoldaşları adından və tapşırığı ilə, Azərbaycan dəmir yolu Biləcəri lokomotiv deposunun çilingəri A.Ə.Əliosmanov nəqliyyat naziri Ziya Məmmədova açıq məktub ünvanlayıb. DİA.AZ olaraq həmin məktubu olduğu kimi diqqətinizə təqdim edirik. Məktubda deyilir:
“Yarım il əvvəl bir qrup dəmiryolçu internet vasitəsi ilə (www.contact.az, 30.08.12. və 05.10.12. tarixli “Прошу слова” və “Deməyə sözüm var” rubrikalarının arxivi) bərbad vəziyyətə düşmüş Azərbaycan dəmir yolunun bərpası üçün kömək xahişi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə iki dəfə açıq məktubla müraciət etmişdir. Müraciətlərimizin heç birinə cavab gəlmədi, prezident bizi eşitmədi. Heç bir nəticə də olmadı: dəmir yolunun və dəmiryolçuların durumunda heç olmasa hansısa yaxşı dəyişikliklərə biz nail ola bilməmişik. Doğrusu, tam əksinə oldu – vəziyyət keçən ilkindən də ağırlaşdı. Yeganə nail olduğumuz o olub ki, Azərbaycan dəmir yolunun rəhbərliyi tam heyyətlə bizə qarşı səfərbərlik elan edib. Yəqin ki, yolun hazırki durumu onları nədənsə qane edir. Nailiyyətimiz o da olub ki, yol rəisi, cənab Əsgərov, əvvəlki müzəffər raportlardan fərqli olaraq, Azərbaycanda dəmiryol nəqliyatının acınacaqlı vəziyyətini etiraf etdi və jurnalistlərin qarşısında 2012-ci ilin oktyabr ayının 13-də Azərbaycan dəmiryolçularının gününə həsr olunmuş təntənəli tədbirdə iştirak edən dəmiryolçulara növbəti dəfə vəd verib ki, : “Azərbaycanda dəmiryolçuların əmək haqqısı imkan daxilində mərhələ-mərhələ artırılacaq”. Deyirlər ki, siz də bu tədbirdə iştirak etmisiz və bundan sonra da gücünüz və imkanınız daxilində dəmir yoluna və dəmiryolçulara daha da çox kömək edəcəyinizə söz verib, 2012-ci ilin sonuna kimi maaşların artması və mənzil qeydiyyatında olan dəmiryolçular üçün 150 mənzilin ayırılacağı xəbərləri ilə hamını sevindirdiniz. 2012-ci il arxada qaldı, 2013-ci ilin birinci rübü yekunlaşmaq üzrədir. Acı təcrübəmizə əsaslanaraq və hec də bu sualla xətrinizə dəymək istəməyərək, soruşmaq istərdik: cənab nazir, söz verdiyiniz, maaş və mənzil vədlər ilə bağlı biz hələ də ümidli olaq, ya da biz həmişəki kimi aldanmış qalacağıq? Hər ilki inflyasiyaya və qiymət artımına, dəmir yol və nəqliyyat nazirliyi rəhbərliyinin hər ilki vədlərinə baxmayaraq, on ildən artıqdır ki, dəmiryolçuların əmək haqqısi artmır. Həmin acı təcrübəmiz bizə xatırladır ki, 2010-ci ilin əvvəlində siz dəmiryolçulara mənzil orderlərini təqdim edilməsinə dair tədbirdə təntənəli şəkildə söz vermisiz – bundan sonra mənzillər hər rüb paylanacaq. O vaxtı bu sözləriniz dəmiryolçuların qəlbinə böyük bir ümid salmışdır: on illərlə həll olunmayan və ağırlığı ilə boğan onların mənzil problemləri nəhayət ki, həll olunacaq, - sonradan acı ümüdsizliklə nəticələndi. Bundan sonra da hər ildə bir neçə dəfə mənzil vədləri verilsə də, o vaxtdan bir dənə də olsun mənzil verilməyib. Bir halda ki, söhbət dəmiryolçuların mənzil problemlərindən düşdu, cənab nazir, diqqətinizi Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinə həvalə olunmuş, - verilən mənzillərə ehtiyacı olanların ədalətli qeydiyyatı və verilmə növbəliliyi məsələlərinə yönəltmək istərdik. Çox təəssüf ki, dəmir yol müəssisələrinin həmkarlar komitələri və onların, dəmir yol idarəsində rahatlıqla əyləşən, mərkəzi rəhbərliyi bu məsələlərə çox özünəməxsus şəkildə yanaşırlar: tam məxfilik və qeyri müəyyənlik şəraitdə bacardıqları qədər aşkarlığın və şəffaflığın qarşısını almaq. Özü də, hər həmkarlar komitəsinin öz meyyarı: öz normativ aktları, öz qanunları, öz dəlil-sübutları vardır, - yaşayış sahələrinə ehtiyac olanların qeydiyyatı üçün, Qanunvericiliklə nəzərdə tutulmuş, vahid normativ-hüquqi bazası yoxdur. Razılaşın ki, belə şəraitdə, özü də yaşayış sahələrinin paylaşdırılmasına nəzarət edən insanların elementar hüquqşünaslıq bilgilərə malik olmadığı halda, Qanunlara hörmət gözləmək də artıq olmur. Azərbaycan dəmir yolunda təkzibedilməz korrupsiya faktları ilə bağlı Azərbaycan Prezidentinə ünvanlanmış cavabsız və nəticəsiz müraclətlərimizə qayıdaraq, həmin müraciətlərdə verilən sualların cavabını sizdən almaqa ümid edirik: nə vaxt Azərbaycan dəmir yolunda real, - istehsalat və sosial müsbət dəyişikliklər, nəhayət ki, başlayacaq? Dəmir yolu saytının (www.addy.gov.az) baş səhifəsində təsvir olunmuş və bu müraciətin əvvəlində yerləşdirilmiş, qürur və nüfuz hissləri oyadan, - belə Azərbaycan Dəmir Yolunu bizim nəticələrimiz reallıqda görə biləcəklərmi? Nəzərə alsaq ki, dövlət başçısına kütləvi informasiya vasitələri ilə göndərilmiş bizim iki açıq müraciətlərimizdən sonra da, dəmir yolunun idarəetmə texnoloqiya və üsullarında heç bir dəyişiklik olmayıb, onda Azərbaycanın dövlətçiliyinə dağıdıcı zərbə vuran və ölkəni, böyük fəlakətlərlə nəticələnən, xaosa sürükləyən – dəhşətli bir həqiqətlər birmənalı şəkildə üzə çıxır: 1. Dövlət başçısı öz nazirlərinə nəzarət və işlərinə təsir göstərmək səlahiyyətlərinə malik deyildir 2. Çoxsaylı Dövlət Proqlamlarına və inkişafı üçün böyük maliyə vəsaitlərinin ayırılmasına baxmayaraq, ölkənin iqtisadi və ictimai həyatında mühüm strateji funksiyasını yerinə yetirən, Azərbaycan dəmir yolu, - korrupsiyanın belə səviyyəsi və idarəetmənin belə üsulları ilə indiki vəziyyətdən heç vaxt çıxa bilməyəcək və bu vəziyyət daha da pisləşəcək. Bugünkü Azərbaycanın reallıqlarını tam dərk edərək və dövlət başçısına həqiqəti çatdıran dəmiryolçulara qarşı mənəvi və maddi pressinqin səviyyəsini yadına salaraq, bu müraciətin müəllifi öz həmdərdlərini və onların ailələrini yeni və tamamilə real təhlükələrə salmaq istəmədi. Müraciətə imza atmaq istəyənlərin sayı çox olsa da, altında ancaq bir adamın qolu var”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
|