17 MÜXALİFƏTÇİYƏ 15 İL HƏBS
Tarix: 18-03-2013, 10:48 |
Çap et
BƏHREYNDƏ ŞİƏLƏR TƏQİB OLUNURİslamazeri.az-ın "Rasthaber"ə istinadən verdiyi xəbərə görə, Bəhreyndə 17 nəfər müxalifətçi 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bəhreyn Ağır Cinayətlər məhkəməsi, hakimiyyətlə razılaşdırılmamış aksiyalarda iştirak etmə və qarşıdurma yaratma ittihamı ilə 17 nəfər şiə əqidəli müxalifətçi haqqında qərar çıxarıb.
Verilən qərara əsasən, ittiham olunanların hər biri 15 il müdddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bəhreyndə əhalinin əkəsəriyyətini təşkil edən şiələr ölkədə monarxiya idarə üsulunu qəbul etmirlər və seçki yolu ilə təyin edilən hakimiyyət tələb edirlər.
Hakimiyyətdə olan Ali Xəlifə sülaləsi isə başda Səudiyyə Ərəbistanı kralı olmaqla körfəz dövlətlərinin Bəhreynə yeritdikləri hərbi qüvvələr hesabına öz hakimiyyətini hələ ki saxlamaqdadır.