BÖYÜK BRİTANİYA DAĞILA BİLƏR
Tarix: 22-03-2013, 11:33 |
Çap et
BU, ŞOTLANDLARIN SEÇİMİNDƏ ASILIDIRŞotlandiya yerli hökümətinin rəhbəri Aleks Selmond martın 21-ndə çıxışı zamanı bildirib ki, Şotlandiyanın müstəqilliyi haqqında referendum 18 sentyabr 2014-cü ildə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə "BBC News" xəbər yayıb.
Selmondun sözlərinə görə, səsvermə hüququna malik şəxslər yalnız bir: "Şotlandiya müstəqil dövlət olmalıdırmı?"sualına cavab verməli olacaqlar. Bu barədə hökmət rəhbəri yerli parlamentə müstəqillik barədə səsvermənin keçirilməsi haqqından qanun layihəsini təqdim edərkən çıxışı zamanı qeyd edib.
Son ictimai rəy sorğularına görə, müstəqillik tərəfdarları və onun əleyhədarları müvafiq olaraq təxminən 30 və 45 faiz təşkil edir. Qalan şotlandlar isə hələ ki, öz qərarlarını müəyyənləşdirməyiblər.