HƏRBÇİLƏR ARTUR RƏSİZADƏDƏN ŞİKAYƏTÇİDİRLƏR
Tarix: 22-03-2013, 12:59 |
Çap et
MİLLİ MƏCLİSƏ MÜRACİƏT OLUNACAQDİA.AZ: - Bir qrup ehtiyatda olan hərbçi Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinə müraciət edəcək. Müraciət edəcək hərbçilərin DİA.AZ-a verdiyi məlumata görə, onlar məzuniyyətlə bağlı Nazirlər Kabinetinin qərarından narazıdırlar: “1992-ci ildən 1994-cü ilə qədər ümumiyyətlə məzuniyyətdə olmamışıq və məzuniyyət pulu almamışıq. 1994-cü ildən 2003-cü ilə qədər isə məzuniyyət və paltar pulu bizə verilməyib. Bununla bağlı kompensasiyanın yalnız hazırda xidmətdə olan hərbçilərə şamil edilməsi ədalətsiz yanaşmadır. Belə çıxır ki, bizim xidmətimiz xidmət sayılmır? Və ya 1 il gec təqaüdə çıxsaydıq, bu qərar bizə də şamil olunacaqdı. Bütün ehtiyatda olan hərbçilər bu qərardan narazıdır və buna yenidən baxılmalıdır“.