MÜSAVAT SEÇKİ PLATFORMASINI AÇIQLAYACAQ
Tarix: 25-03-2013, 15:04 |
Çap et
"YAXIN GÜNLƏRDƏ AÇIQLAYACAĞIQ"“Müsavat Partiyası prezident seçkilərinə hərtərəfli şəkildə hazırlaşır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.
A. Hacılı bildirib ki, partiyanın seçki qərargahının yaradılması, seçki komandasının müəyyənləşməsi, seçki prosesinin planlaşdırılması və eyni zamanda seçki platformasının hazırlanması istiqamətində işlər davam edir: “Yəqin ki, yaxın həftələrdə seçki platforması açıqlanacaq və bu istiqamətdə yekun qərarlar qəbul olunacaq”.