TAKSİ BİZNESİ "BADIMCANLAŞIR"
Tarix: 30-03-2013, 13:12 | Çap et
Qarabağ müharibəsi əlili, 40 yaşlı Niyaməddin İmanov ailəsini dolandırmaq üçün 10 ilə yaxındır taksi sürür. Deyir ki, əvvəllər evinə çörəkpulu aparsa da, son 2 ildə nəinki çörəkpulu qazana, heç işləyə də bilmir. Səbəb – Nəqliyyat Departamentinin işçilərinin yaratdığı əngəllərdir. Məsələn, taksinin rəngi. Niyaməddin İmanovun maşını göy rənglidir, amma tələb edirlər ki, taksi ağ rənglə boyanmalıdır. Beləcə, o, lisenziya ala bilmir. Lisenziyası olmadığına görə də departamentin işçiləri onun öz maşınından taksi kimi yararlandığını görüncə, cərimələyir:
«Əvvəl dedilər ki, sovet istehsalı olan maşınlar yığışdırılmalıdır. Ondan sonra da maşınların rəngini bəhanə edib lisenziya vermirlər. Lisenziya ala bilmək üçün tək şərt maşının rəngi deyil. Maşında sayğac olmalı, naviqatorlar quraşdırılmalıdır. Bunlar haradasa 1000-1500 manat edir. Sürücü bu qədər pulu necə tapsın? Bir sözlə, özləri bilərəkdən şərtləri belə sərtləşdiriblər ki, adi taksi sürücüləri işləyə bilməsin. Məqsəd – «London taksiləri» üçün şərait yaratmaqdır».
«NƏ LİSENZİYA VERİRLƏR, NƏ DƏ İŞLƏMƏYƏ İMKAN»
Bakıya 2010-cu ilin sonundan Londonda istehsal olunan bənövşəyi rəngli, el arasında «badımcan» deyilən taksilər gətirilib. Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda Bakıda icazəli fəaliyyət göstərən 1200 taksidən 1000-i «London taksiləri»dir.
Bakıda taksi sürməyin çətinliyi az deyil. Sürücülərdən kimi tıxacların çoxluğundan, kimi sərnişinlərin azlığından, kimi də Nəqliyyat Nazirliyindən gileylənir: – Təxminən 3-4 il əvvəl taksi sürücüsü olmaq asan peşə idi. Amma indi çox çətindir. Demək olar ki, işləmək mümkün deyil...
– Taksi sürücüsü necə işləsin ki, lisenziyanın verilməsi şərtlərini sərtləşdiriblər. Lisenziyanı versələr, biz də arxayın işləyərik. Nə lisenziya verirlər, nə də işləməyə imkan. Nə edək, beləcə, qalmışıq çarəsiz.
– Səhərdən işə çıxmışam. Cəmi iki müştərim olub. Qazandığım pul də elə budur – cəmi 11 manat. Bu pulun da 5 manatı benzinə, 2 manatı lisenziyaya gedəcək, mənə cəmi 4 manat qalacaq.
– Bu gün taksi sürücülərinin ən böyük problemi lisenziyadır. Deyirlər maşının rəngi ağ olmalıdır. Maşın təzə olmalıdır. Şəxsən mənim onların dediyi şərtlə maşın almağa pulum yoxdur. Vəziyyət belədir ki, biz işləyə bilmirik.
«İNHİSARDAN SÖHBƏT GEDƏ BİLMƏZ»
Bakıda taksi işlətmək üçün lisenziya verilməsi şərtləri 2011-ci ildən bəri dəyişdirilib. Şərtlərdən narazı qalan taksi sürücüləri bir neçə dəfə Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib.
Bundan sonra şərtlər bir qədər sadələşdirilib. «London taksiləri» gətiriləndən, yəni son iki ildə Bakı küçələrindən sovet istehsalı olan taksilər yığışdırılıb. Elə sürücülər də deyirlər ki, lisenziya verilməsi şərtlərinin bu qədər sərtləşdirilməsi «London taksiləri»nin taksi biznesini inhisara alması ilə bağlıdır.
Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov lisenziya şərtlərini sərt saymır. Onun fikrincə, sadəcə, sərnişinlərə daha yaxşı və daha yüksək keyfiyyətli xidmət göstərə bilmək üçün standartlar müəyyənləşdirilib:
«Nəqliyyat sahəsində tam şəffaflıq, rəqabət mühiti var. Heç bir inhisardan söhbət gedə bilməz».
«MƏQSƏDİMİZ «LONDON TAKSİLƏRİ»NİN ÜSTÜNLÜYÜDÜR»
«London taksiləri»ni «Bakı Taksi MMC» gətirib və elə həmin şirkət də bu onların fəaliyyətini idarə edir. Bu taksilərin rəngini və modelini prezident İlham Əliyev seçib. «Bakı Taksi MMC»nin direktoru İlqar Qasımov belə deyir. Daha sonra bildirir ki, Nəqliyyat Nazirliyinə müraciətə müsbət cavab alaraq həmin taksiləri gətirib istismara buraxıblar. Direktor ölkənin başqa şəhərlərində də «London taksisi»ndən yararlanacaqlarını söyləyir:
«Növbəti planlarımız Bakıda bu taksilərin sayını artırmaq, taksi fəaliyyətində bizim taksilərin üstünlüyünü təmin etməkdir. Şirkətimizin bir məqsədi də «London taksiləri»nin satış və servisi ilə məşğul olmaqdır».
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları təşkilat komitəsinin ilk iclasında Nəqliyyat naziri Ziya Məmmədov daha min taksi maşınına ehtiyac duyulduğunu bildirib. Prezident İlham Əliyev olimpiya oyunlarınacan yeni taksilərinin gətirilmə zərurətini vurğulayıb. «MƏN 6 NƏFƏRLİK AİLƏMİ NECƏ DOLANDIRIM?»
Bakı Nəqliyyat Departamentinin qarşısına, adətən, çox adam yığışır. Yaxınlıqda yaşayanlar deyirlər ki, tez-tez sürücülərlə departament işçilərinin mübahisəsinə şahid olurlar. Elə biz də orada olarkən təngnəfəs və tələsik departamentə gələn sürücü Vüqar Musayevlə rastlaşdıq. Sərnişinlər taksidən düşərkən onu departamentin işçiləri saxlayıb, sənədlərini əlindən alıblar. İndi gəlib sənədlərinin dalınca:
«Ailəmi, uşaqlarımı dolandırmaq, evə 5-10 manat çörəkpulu aparmaq üçün bir maşın aldım. «Mercedes Vito» markalı. Ya taksi sürücüsü, ya da fəhlə işləməkdən başqa əlacım yoxdur. Bir neçə saat öncə Nəqliyyat Departamentinin işçiləri sərnişinləri düşürdüyüm andaca məni tutdular, sənədlərimi əlimdən aldılar. Mən də qanuni taksi fəaliyyəti göstərmək istəyirəm. Lisenziya üçün dəfələrlə üz tutsam da, hər dəfə bir bəhanə ilə lisenziya verməkdən imtina ediblər. Bəs 6 nəfər ailəmi necə dolandırım? Nə ilə keçinək? Bu dəqiqə sənədlərimi alıblar əlimdən, qalmışam sənədsiz. İcazəsiz taksi sürdüyümə görə azı 100 manat cərimə yazacaqlar. Haradan alıb bu cəriməni ödəyəcəyəm?».
Vüqar Musayevin dediyinə görə, eyni halla digər sürücülər də üzləşirlər. İndi onun bircə dərdi var, indi bircə suala tez cavab tapmalıdır: Cəriməni ödəmək üçün tələb olunan məbləği haradan və necə tapsın?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|