HAMİLƏ ARVADINI VƏ YEZNƏSİNİ ÖLDÜRƏN SALYAN SAKİNİ
Tarix: 3-04-2013, 08:57 | Çap et
PROKUROR CƏZANI AZ BİLDİŞirvan Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə, iki və ya daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirli bilinən Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Xəlil Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Xəlil Hüseynov arvadı Kübra Axundovanın başqa kişilərlə intim münasibətlərdə olmaqla ona xəyanət etməsindən şübhələnib. Xəlil 2012-ci il iyulun 27-nə keçən gecə bu barədə arvadını sorğu-sual edərkən ondan öz bacısının əri Zaur Gözəlovun və xalası oğlu Cəlal Baxışovun onunla zorla cinsi əlaqədə olduqlarını eşidib.
Qısqanclıq və qisas
Xəlil Hüseynov arvadından Zaur Gözəlov və Cəlal Baxışovun hərəkətlərini eşidib və sözügedən cinayəti törətmək qərarına gəlib. Bu məqsədlə 27 iyul 2012-ci il tarixdə saat 13:00 radələrində Salyan rayonunun Arbatan kəndində yaşadığı evdən mətbəx bıçağı və üstündə gəzdirdiyi cib bıçağını götürərək həyətdəki bağda hamilə vəziyyətində olan Kübra Axundovanı yerə yıxıb. Onu əzab, işgəncə verməklə xüsusi amansızlıqla qətlə yetirib.
16 bıçaq zərbəsi
Arvadını işgəncə ilə qətlə yetirəndən dərhal sonra Xəlil Hüseynov həmin gün saat 14:00 radələrində Ələt-Astara avtomobil yolu ilə Salyan rayonunun Arbatan kəndinə gedən yolun kəsişməsində yerləşən "Hafiz" inşaat materialları mağazasına gəlib. Orada işləyən Zaur Gözəlovu bayıra çağıraraq mağazanın arxasında bıçaqla bədəninin müxtəlif nahiyələrinə 16 dəfə zərbə vurub. O, həmin bıçaq zərbələrini vurandan sonra Zaur Gözəlovun ölməsinə əmin olub və hadisə yerindən uzaqlaşıb.
Baş tutmayan qətl...
Həmçinin Xəlil Hüseynov həmin gün saat 14:00 radələrində qəsdən adam öldürməyə yönəlmiş niyyətini davam etdirərək Kübra Axundovanın xalası oğlu Cəlal Baxışovu axtarıb. Onu Salyan şəhəri Y.Qasımov küçəsində yerləşən "Optika" mağazasının qarşısında görüb. Xəlil həmin vaxt Cəlal Baxışova yaxınlaşaraq onu iki dəfə bıçaqlayıb. Lakin Cəlal Baxışova zərbələr vurarkən bıçaq sınıb. Ətrafdakı şəxslər Xəlil Hüseynovu tutaraq özü ilə götürdüyü digər mətbəx bıçağı ilə yenidən zərbələr vurmasına mane olub. Bundan sonra Cəlal Baxışov qaçaraq yaxınlıqdakı təmir olunan çayxanaya girib. Sonradan Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Cəlala zəruri tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub. Xəlil Hüseynov isə iradəsindən asılı olmayan səbəblərə görə öz əməlini başa çatdıra bilməyib.
15 il cəza
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Xəlil Hüseynov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmündən Baş Prokurorluq narazı qalıb və apellyasiya protesti verib. Prokurorluq Xəlil Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini məqsədəuyğun hesab edib. Zərərçəkmiş tərəflər də apellyasiya şikayəti verərək, onun cəzasının ağırlaşdırılmasını istəyiblər.
Tərəflərin apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsində hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada baxılıb. Prosesdə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Ədalət Əzimov çıxış edib. O, Xəlil Hüseynovun Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 29,120.2.7-ci (qəsdən adam öldürmə) maddələri ilə məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı Azər Abbasov tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini müdafiə edib. Prokuror eyni zamanda Xəlil Hüseynov tərəfindən törədilmiş cinayət əməllərinə görə cinayətlərin məcmusu üzrə cəza təyin edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun normasının düzgün tətbiq edilmədiyini, bununla da Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinin pozulduğunu deyib. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmadığını bildirib.
Məhkəmədə zərərçəkmiş şəxslərin hüquqi varisləri Abdulrəhim Axundov və Nizam Gözəlov Xəlil Hüseynovun barəsində cəzanın ağırlaşdırılması ilə bağlı dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini müdafiə etdiklərini bildiriblər.
"Arvadımın mənə xəyanət etməsindən şübhələnmişəm"
Prosesdə Xəlil Hüseynovun müdafiəçisi İdris Qasımov dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə razı olmadığını və eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən ədalətli cəza təyin edildiyini, cinayət qanununun normasının düzgün tətbiq edildiyini bildirib. Məhkəmədə Xəlil Hüseynov da çıxış edib. O, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə razı olmadığını bildirib. Xəlil Hüseynov qeyd edib ki, Kübra Axundova ilə 2008-ci il iyulun 31-də evləniblər. Onun sözlərinə görə, Kübra Axundova ilə ər-arvad kimi yaşadıqları müddətdə iki uşaqları dünyaya gəlib: "Arvadımın mənə xəyanət etməsindən şübhələnmişəm. Buna görə də aramızda qısqanclıq zəminində mübahisələr başlayıb. Bu xəyanətin səbəblərini araşdırdıqdan sonra 27 iyul 2012-ci il tarixdə əvvəlcə arvadım Kübra Axundovanı, sonra yeznəm Zaur Gözəlovu bıçaqla öldürdüm. Arvadımın xalası oğlu Cəlal Baxışovu bıçaqlasam da, iradəmdən asılı olmayan səbəblərə görə onu öldürə bilmədim".
Ömürlük cəza təyin edilmədi
Bütün tərəfləri dinləyən məhkəmə heyəti sonda apellyasiya protesti üzrə qərarı açıqlayıb. Qərara görə, Xəlil Hüseynovun Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 29,120.2.7-ci maddələri ilə məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmayıb. Məhkəmə təqsirləndirilən şəxsin ömürlük cəza alması ilə bağlı dövlət ittihamçısının protestini geri qaytarıb. Təyin edilmiş 15 il azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.
Son söz əvəzi:
Cəmiyyəti həbsxanadan dəmir barmaqlıqlar ayırır. Biz onları qəfəsdə gördüyümüz kimi, onlar da bizi eyni barmaqlıqların arxasında görürlər. Kim bilir, bəlkə elə nəfsimizin məhbusu, şeytanın dustağı bizik?!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
|