DİA.AZ: - İspaniyada Madridin «Real» klubunun «Qalatasaray» üzərindəki qələbəsi Türkiyə komandasının tərəfdarlarını çilədən çıxardığından, azarkeşlər oyundan sonra gərginlik yaratdılar.
DİA.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, oyundan sonra bir müddət stadionda saxladılan və sonradan bayıra çıxarılan «Qalatasary» tərəfdarları ilə ispan polisi arasında toqquşma yaşanılıb.
Polisin bu şəkildə davranışını qəbul etməyən «Qalatasaray» tərəfdarları da onlara daş atdığı zaman ispan polisinin azarkeşlərə cavağı olduqca sərt olub. Məlumatda deyilir ki, polis dəyənəkləri işə düşdükdən sonra yüzlərlə «Qalatasaray» tərəfdarı yaralanıb və hətta onların üzərinə atlar da yeridilib.