NAZİRLİK İSTEDADLI ƏLİLLƏRƏ DƏSTƏK OLUR
Tarix: 2-12-2011, 15:44 | Çap et
“ÜNVANLI YARDIM ALAN AİLƏLƏRDƏ 7719 NƏFƏR SAĞLAMLIQ İMKANLARI MƏHDUD 18 YAŞINADƏK UŞAQ VAR”
DİA.AZ Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun yap.org.az saytına verdiyi müsahibəni təqdim edir:
- Məlum olduğu kimi, 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunması haqqında bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Ümumiyyətlə, ilk olaraq ölkəmizdə əlillərlə bağlı statistika və bu kateqoriya ilə bağlı həyata keçirilən siyasətin başlıca meyarları barədə fikirlərinizi bilmək istərdik... - Dünya birliyinin layiqli üzvü olan müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin müdrik strategiyasını uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti nəticəsində iqtisadi keçid dövrünü başa vuraraq modern inkişaf yolunda inamla irəliləyən bir ölkədir. Bütün sahələrdə tərəqqi proseslərinin geniş vüsət aldığı ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, dolğun həyat şəraitinin təmin edilməsi istiqamətində tədbirlər də ilbəil güclənir.
Diqqətinizə çatdırım ki, 1 iyul 2011-ci il tarixə olan məlumata əsasən, respublikamızda 419 598 nəfər əlilliyi olan şəxs vardır ki, onlardan 36 492 nəfəri I qrup, 324 272 nəfəri II qrup, qalanları isə III qrup əlillərdir. Eyni zamanda, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 59 207 nəfər təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir, Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır.
Əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən siyasətin əsas məqsədi həmin insanların cəmiyyətin bərabərhüquqlü üzvləri kimi dolğun həyat şəraitinə malik olmalarının, cəmiyyətdə fəal mövqe tutmalarının təmin edilməsidir. Bu məqsədlə müstəqil Azərbaycanda həyata keçirilən dövlət siyasəti dünya təcrübəsindən istifadə olunmaqla daim yeni çalarlarla daha da zənginləşdirilir, əlilliyi olan şəxslərin digərləri kimi dolğun həyat tərzinə sahib olması üçün bütün səylər göstərilir.
- Bu sahə ilə bağlı qanunvericilik bazası hansı səviyyədədir? Qəbul edilmiş qanunlar əlillərin hüquq və mənafelərini yetərincə qoruya bilirmi? - Ötən müddətdə “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu xeyli təkmilləşdirilmiş və ümumilikdə, son illərdə 10-ə qədər qanunvericilik aktı qəbul edilmişdir ki, bunlar əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyinin təkmilləşdirilməsində ciddi addımlar kimi diqqəti cəlb edir.
Milli qanunvericilikdə əlil şəxslərin fəaliyyətinin məhdudlaşdırılması əlilin özünəxidmət, hərəkət, ünsiyyət, öz davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin və ya imkanlarının tamamilə, yaxud qismən itirilməsində əks olunur. Qanunvericilikdə əlillərin həyat fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılmasını, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını özündə əks etdirən iqtisadi, sosial və hüquqi dövlət təminatları nəzərdə tutulmuşdur. Əlillər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.
“Uşaq hüquqları haqqında” Qanunun 35-ci maddəsinə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada tibbi, defektoloji və psixoloji yardım almaq hüququ vardır. Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görür. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilir və uşağa qulluq edən şəxsə yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə vəsait ödənilir.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlarla bağlı olaraq, qanunvericilikdə hümanist dəyişiklik və əlavələr edilərək “16 yaşınadək əlil uşaqlar” anlayışı “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” anlayışı ilə əvəz edilmişdir. Bu da sağlamlıq imkanları məhdud olan uşaqlara beynəlxalq praktikada qəbul olunmayan əlil damğası vurularaq digər uşaqlardan fərqləndirilməməsində, cəmiyyətə fəal inteqrasiyasında, cəmiyyətin bərabərhüquqlu üzvü olmasında və onların sosial müdafiəsinin daha da gücləndirilməsində müsbət rol oynayır.
Ölkənin əmək qanunvericiliyində əlil işçilər üçün bir sıra imtiyazlar nəzərdə tutulur. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuş şəxslərin işdə saxlanmasına üstünlük verir. Məcəllədə I və II qrup əlillər üçün iş vaxtının müddətinin həftədə 36 saatdan artıq olmaması, onların gecə vaxtı görülən işlərə öz yazılı razılıqları və TSEK rəyi əsasında cəlb olunması, işləyən əlillərə əmək məzuniyyətinin 42 təqvim günündən az olmamaqla və onlar üçün əlverişli vaxtda verilməsi və s. kimi maddələr nəzərdə tutulmuşdur.
- Qeyd etdiyiniz kimi, sosial cəhətdən həssas əhali qruplarından biri də əlillərdir. Həmin insanların tibbi-sosial reabilitasiyası istiqamətində nə kimi işlər görülür? - Ölkəmizin səhiyyə sisteminin getdikcə təkmilləşməsi, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılması, əlillik təyinatlarının aparılmasına nəzarətin gücləndirilməsi əlilliyin artım tempinin azalmasına müsbət təsirini göstərir. Belə ki, son illərdə ölkədə əlilliyin artım tempinin qarşısı, demək olar ki, tamamilə alınmış, reabilitasiya göstəricisi isə 6 faizədək yüksəlmişdir.
Hazırda ölkədəki 14 bərpa mərkəzində hər il reabilitasiya potensialına malik 8 000 nəfərdən çox fiziki məhdudiyyətli insan bərpa-müalicə xidməti ilə təmin olunur. Ulu öndərimizin xeyir-duası ilə yaradılan Protez-ortopedik bərpa mərkəzi Almaniyanın “Otto-Bok” firması ilə əməkdaşlıq şəraitində ixtisaslaşmış xidmət göstərir və əlilliyi olan şəxslərin protez-ortopedik məmulatlarla, əlil arabaları, eşitmə aparatları və digər reabilitasiya vasitələri ilə təminatında heç bir çətinlik yoxdur.
Beynəlxalq təcrübə göstərir ki, yeni və müasir reabilitasiya metodlarını tətbiq etməklə, psixoloji, peşəyönümlü və sosial bərpa tədbirlərinin keçirilməsi ilə əmək qabiliyyəti məhdudlaşan və ya əlillik statusu alan şəxslərin sosial statusunun bərpa olunmasını, onların cəmiyyətə tam inteqrasiyasını təmin etmək mümkündür. Bununla bağlı olaraq, qarşıda duran əsas vəzifələrdən biri sosial reabilitasiya yönümlü tədbirlərin gücləndirilməsi yolu ilə həmin insanların dolğun həyat tərzinin təmin olunması, özlərini cəmiyyətin digər üzvləri kimi hiss etməsi üçün onlara daha geniş şəraitin yaradılmasıdır. Bu məqsədlə nazirliyin tabeliyindəki tibbi bərpa profilli müəssisələrdə çoxşaxəli sosial reabilitasiya tədbirlərinin tətbiqinə, nəticə etibarilə həmin müəsisələrin tibbi-sosial reabilitasiya yönümlü müəssisələr kimi fəaliyyətinin təşkilinə hazırlıq işləri aparılır. Eyni zamanda, əlillərin cəmiyyətə fəal inteqrasiyasının təmin olunması məqsədilə 2012-ci ildə ölkədə yeni tipli müəssisənin – Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin inşası başa çatacaq.
- Bildiyimiz kimi, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Bu mənada daim qayğıya ehtiyac duyan əlil insanların maddi təminatının gücləndirilməsi yönündə hansı addımlar atılır? - Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Təkcə son 10 il ərzində dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əmək pensiyalarının orta aylıq məbləği 7,6 dəfə, sosial müavinətlərin orta aylıq məbləği isə 4 dəfədən çox yüksəlmişdir. 1 oktyabr 2011-ci il tarixə ölkədə 110 315 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur ki, həmin ailələrdən 536-ı müharibə əlillərinin, 14 878-i digər səbəblərdən əlil olanların ailələridir. Həmçinin ünvanlı yardım alan ailələrdə 7719 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq vardır.
Respublikamızda fiziki məhdudiyyətli insanların sosial müdafiəsi istiqamətində tədbirlərin maliyyələşdirilməsi ilə bağlı olaraq hər il müvafiq Dövlət Proqramı qəbul olunur ki, bu sənəd həmin insanların ictimai həyatın bütün sahələrində fəal iştirakına şərait yaradılmasını nəzərdə tutur. Proqrama uyğun olaraq, əlillərin müalicəsi və bərpası, asudə vaxtının mənalı təşkili, yaradıcı əlillərin maddi və mənəvi dəstəklənməsi, onlara müxtəlif bayramlar və əlamətdar günlər münasibətilə birdəfəlik yardımlar verilməsi, paralimpiya hərəkatının genişlənməsi və s. istiqamətlərində ardıcıl tədbirlər keçirilir. Məsələn, həmin Proqrama uyğun olaraq, Səhiyyə Nazirliyinin müvafiq komissiyasının rəyi əsasında nazirlik tərəfindən 94 nəfər əlilin onları müşayiət edən 61 nəfərlə respublikadan kənar müalicəyə göndərilməsinə, 16 nəfər əlilin respublika daxilində müalicəsinə, 90 nəfərin sosial-məişət problemlərinin həll edilməsinə maddi köməklik göstərilmişdir. Bunlarla yanaşı, hər il olduğu kimi bu il də dayaq hərəkət sistemi məhdud olan əlillərin (bu il onların sayı 85 nəfər olub) Ukraynanın Krım Muxtar Respublikasının Saki şəhərindəki N.Burdenko adına sanatoriyada 28 günlük bərpa-müalicə kursu keçməsi təmin edilmişdir. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili sahəsində - əlamətdar günlər münasibəti ilə cari ildə də tədbirlər davam etdirilmiş, 20 Yanvar faciəsinin ildönümü əlaqədar 455 nəfər əlil və şəhid ailəsinə, Çernobıl qəzasının ildönümü ilə əlaqədar həmin qəzada xəsarət almış 500 nəfər əlilə birdəfəlik maddi yardım edilmişdir.
Əlillərin asudə vaxtının səmərəli təşkili məqsədilə həyata keçirilən tədbirlərin davamı olaraq, cari ildə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 575 nəfər imkansız əlilin yay mövsümündə istirahətə göndərilməsi təmin edilmişdir. Eyni zamanda, bu il də 15 sentyabr-Bilik günü münasibətilə imkansız ailələrdə olan iki və daha çox sağlamlıq imkanları məhdud məktəbli uşaqlara maddi yardımın verilməsi rayon (şəhər) ƏSMM-ləri tərəfindən təmin edilmişdir. Qeyd olunan Proqramda əksini tapan digər istiqamətlərdə də tədbirlər ilbəil güclənən templə davam etdirilir. Eyni zamanda, hər il 3 Dekabr - Beynəlxalq Əlillər günü münasibətilə də, əlilliyi olan şəxslərlə bağlı çoxşaxəli tədbirlər həyata keçirilir, minlərlə əlil vətəndaşa maddi yardımlar verilir.
Bununla yanaşı, hər il olduğu kimi, bu il də əlillərin ümurespublika səviyyəli stolüstü idman yarışları keçirilmiş və qaliblərə mükafatlar, həmçinin yarışlarda iştirak edən sağlamlıq imkanları məhdud uşaqlara həvəsləndirici mükafatlar verilmişdir.
- Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, onlar üçün yeni mənzillərin inşa etdirilib istifadəyə verilməsinə dövlət qayğısı daim artır. Cari ildə nazirlik hansı bölgələrdə inşa etdirdiyi yaşayış binalarını istifadəyə verməklə əlil və şəhid ailələrinə mənzil sevinci bəxş edəcək? - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim möhtərəm ölkə rəhbərinin diqqətindədir. Bunun nəticəsidir ki, hər il bu təbəqələrdən olan insanlar üçün 700-dən artıq mənzil inşa etdirilir. Mənzillərin inşasında müsbət dinamikanın saxlanması və növbədə olan əlil və şəhid ailələrinin yeni mənzillərlə təminatının yaxın bir neçə ildə tam başa çatdırılması ilə əlaqədar möhtərəm Prezidentimizin şəxsi tapşırığının icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2011-ci ilin ötən dövründə də müxtəlif bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binaları istifadəyə verilmişdir və indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur.
Cari ilin sonunadək Quba, Göygöl, Samux rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli və müxtəlif bölgələrdə 10 ədəd fərdi ev bu təbəqələrdən olan insanların istifadəsinə veriləcək. 2012-ci ildə isə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq. Yaxın günlərdə isə Şəki və Şəmkir rayonlarında əlil və şəhid ailələri üçün hər biri 36 mənzilli, gözdən əlillər üçün Bakının Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq.
Qeyd edək ki, 17 noyabr 2011-ci il tarixdə Qəbələ rayonunda əlil və şəhid ailələrinə 36 mənzilli yaşayış binasının və 100 minik avtomobilinin təqdim olunması mərasimində iştirak edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev bir daha bildirmişdir ki, növbəti bir neçə ildə növbədə olan bütün əlil və şəhid ailələri gözəl mənzillərlə təmin ediləcəklər. Əlillərin dövlət hesabına avtomaşınlarla təminatı işləri cari ildə də uğurla davam etdirilir və bu il ərzində yerli istehsal olan, keyfiyyəti və müasir dizaynı ilə seçilən 304 ədəd LİFAN markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə, bu vaxtadək 3244 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə təqdim edilmişdir. Eyni zamanda 7500-ə yaxın əlil arabası ehtiyacı olan əlillərə verilmişdir.
- Bəs ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması bağlı olan fəaliyyət cəmiyyətimiz tərəfindən necə qarşılanır? - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2009-cu ilin “Uşaq ili” elan olunması ölkəmizdə uşaqların vəziyyətinin yaxşılaşdırılması, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsində xüsusi rol oynamış, bu sahədə birgə səylərin artırılması üçün geniş imkanlar açmışdır. Xüsusilə qeyd olunmalıdır ki, Heydər Əliyev Fondunun davamlı dəstəyi ilə 3 və 7 nömrəli internat evlərində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində həmin müəssisələrdə uşaqlar üçün nümunəvi şərait yaradılmış, əlilliyi olan uşaqların bacarıqlarının inkişafı və hüquqlarının müdafiəsi üçün mühüm işlər görülmüş, əlavə dərnək otaqları yaradılaraq xüsusi avadanlıqlarla təmin edilmişdir. Bütün bunlar ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara yüksək diqqət və qayğının real ifadəsidir. Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi, Heydər Əliyev Fondu və UNİCEF-in təşkilatçılığı ilə əlilliyi olan uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş “İmkanlara məhdudiyyət yoxdur” təbliğat-təşviqat kampaniyasına başlanılmışdır. Bu məqsədlə şəhərin əhəmiyyətli yerlərində reklam lövhələri yerləşdirilmiş, veb-sayt, multimediya diski, bukletlər, lefletlər və stikerlər hazırlanmışdır. Möhtərəm Prezidentimizin 11 avqust 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı»nda əhalinin bütün kateqoriyaları, eləcə də məhdud imkanlı qruplar üçün informasiya-kommunikasiya texnologiyalarından, o cümlədən internetdən istifadənin genişləndirilməsi də nəzərdə tutulur. Bununla bağlı Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən bölgələrdə görmə qabiliyyətini itirmiş və zəif görən uşaqların internet resurslarından istifadəsi üçün informasiya mərkəzləri yaradılıb.
- Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya edilməsi istiqamətində hansı layihələr həyata keçirilir? - Qeyd edim ki, cəmiyyətimizdə əlilliyi olan insanlara münasibətdə ənənəvi olaraq yalnız qayğı və yardım göstərilməsi prinsipindən yanaşılır. Əlbəttə, fiziki məhdudiyyətli insan qayğı hər şeydən öncə hümanizm göstəricisidir. Lakin bu hal əlilliyi olan şəxslərdə maddi asılılığın tədricən vərdişə çevrilməsinə səbəb olur. Ona görə də, ilk növbədə fiziki məhdudiyyətli şəxslərə mövcud potensiallarını dürüst qiymətləndirilmələri və həmin potensialı bu və ya digər fəaliyyət sahəsində gerçəkləşdirmək, beləliklə də, öz potensial imkanları müqabilində maddi və mənəvi tələbatlarını ödəyərək cəmiyyətin fəal hissəsinə çevrilmək üçün şəraitin yaradılması günümüzün vacib məsələlərindən biridir.
Bununla bağlı olaraq, müasir dünyada sınanmış mütərəqqi sosial reabilitasiya mexanizmlərinin ölkəmizə gətirilməsi və ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə tətbiq edilməsi işlərinə artıq başlanılıb. Həmin işlərə nümunə olaraq, “Sosial Xidmətlər Təşəbbüsü” qeyri-hökumət təşkilatı ilə birlikdə 2009-cu ilin yanvar ayından etibarən ölkəmizdə pilot rayonlar olan İsmayıllı və Qubada əqli və ya yüngül psixi problemləri olan uşaqların reabilitasiyasının təmin edilməsi üçün səyyar reabilitasiya xidmətləri modelinin yaradılmasını göstərmək olar. Həmin layihəyə cəlb edilmiş 21 uşaq müəyyən əqli və fiziki bacarıqlar qazanmış və nəticədə onların heç biri internat evinə verilməmişdir. Böyük Britaniyanın OKSFOM təşkilatı ilə birgə gözdən əlillərə rabitə peşələrinin öyrədilməsi bu sahədə diqqəti cəlb edən nümunələrdəndir. Belə layihələrin yeni effektli reabilitasiya metodları üzrə davam etdirilməsi və onların əhatə dairəsinin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdən biridir.
- Azərbaycanda xüsusi istedada malik, yaradıcı insanlara daim diqqətlə yanaşılır. Bu baxımdan, istedadlı əlillərin fəaliyyətinə və onların yaradıcılıq imkanlarının artırılmasına nə dərəcədə dəstək verilir? - Geniş ictimai maraq və sosial əhəmiyyət kəsb edən işlərdən biri də istedadlı əlillərin dəstəklənməsi, onların yaradıcılıq imkanlarının artırılması ilə bağlı keçirilən tədbirlərdir. Qeyd edim ki, ölkəmizdə hər il respublika səviyyəli sərgi-müsabiqələr təşkil olunur və 2007-2010-cu illərdə 2061 yaradıcı əlil bu tədbirlərə cəlb olunmuş, fərqlənən əlillərə mükafatlar, iştirakçılara isə həvəsləndirici mükafatlar verilmişdir. Bu tədbirlər yaradıcı əlillərə yeni bir yaradıcılıq əzmi, özünəinam, cəmiyyətin mədəni həyatında daha fəal iştirak etmək üçün yüksək mənəvi ruh verir.
Bu sahədə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan və xeyirxahlıq missiyası çərçivəsində ümumən ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan tədbirləri xüsusi qeyd etmək olar. Belə tədbirlərdən biri kimi, Fondun dəstəyi ilə fiziki cəhətdən sağlamlıq imkanları məhdud olan gənc müğənni Murad Sadıxın 2010-cu ilin 14 oktyabrında Moskva şəhərində keçirilən “Belaya trost” festivalında iştirakı təmin olunmuş və o, MDB-yə üzv ölkələrin nümayəndələrinin qatıldığı bu tədbirdə uğurla çıxış etmişdir. Yaxud, yaradıcı əlillərin sənət əsərlərinin xaricdə nümayişinin təşkili sahəsində tədbirlərin davamı olaraq, 2009-cu ildə I qrup əlil Cəmşid Ağayevin ağac üzərində yandırma üsulu ilə böyük ustalıqla hazırladığı əl işləri Vaşinqton şəhərində keçirilən sərgidə nümayiş olunmuş və sərgidə MDB üzrə yalnız Azərbaycandan olan əlil şəxsin sayca daha çox əsərlərinə yer ayrılmışdır.
Onu da bildirməliyik ki, ölkədə paralimpiya hərəkatına möhtərəm dövlət başçısı tərəfindən davamlı dəstək göstərilməsi onların paralimpiya oyunlarında ölkəmizin idman şərəfini layiqli şəkildə qoruyaraq, 10 qızıl medal qazanmaları ilə nəticələnmişdir. 28 avqust 2008-ci ildə Sumqayıtda Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi olan Parolimpiya İdman Kompleksi əlil idmanının inkişaf etdirilməsində mühüm maddi-texniki bazaya malikdir.
Hər il Ankarada keçirilən sağlamlıq imkanları məhdud uşaqların beynəlxalq səviyyəli mahnı və rəqs müsabiqəsində Azərbaycandan olan sağlamlıq imkanları məhdud uşaqların iştirakına da şərait yaradılır. Bununla yanaşı, Beynəlxalq Əlillər Fondunun təşkilatçılığı ilə 2009-cu ilin martında Türkiyənin Antalya şəhərində əlil qadınlar arasında “Gözəllik müsabiqəsi” keçirilib. Azərbaycanın da həmin tədbirdə təmsil olunması üçün müvafiq işlər görülmüş və hər biri II qrup əlil olan iki nəfər əlilliyi olan qadının həmin müsabiqədə iştirakı təmin edilib.
Azərbaycan Əlillərin İntellektual İmkanlarına Dəstək Fondu (ABŞ) ilə yaxından əməkdaşlıq edir və 2008-ci ildə Fondun rəhbəri respublikamızda səfərdə olmuş, Heydər Əliyev Fondunda yaradıcı əlillərlə görüş keçirmişdir. Həmin görüşdə 15 nəfər yaradıcı əlilə müxtəlif mükafatlar təqdim edilmişdir.
- Cənab nazir, məlum olduğu kimi dünyada əlil insanların hüquqları beynəlxalq konvensiyalar vasitəsilə də qorunur. Dünya birliynin üzvü olan Azərbaycanda bu konvensiyalardan irəli gələn öhdəliklərə hansı səviyyədə əməl olunur? - Ölkəmizdə əlil vətəndaşların tibbi-sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası məqsədilə görülən işlərdə əlillərlə bağlı beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərə ciddi şəkildə əməl olunur. Məlum olduğu kimi, Azərbaycan Respublikası 2 oktyabr 2008-ci il tarixdə BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasını və Fakultativ Protokolu ratifikasiya etmişdir. Bununla əlaqədar olaraq, qeyd olunan Konvensiya və Fakultativ Protokol Azərbaycan Respublikasına münasibətdə 28 yanvar 2009-cu ildə qüvvəyə minmişdir. Konvensiyanın 35.1-ci maddəsinə əsasən, Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən işlər və əldə olunan nəticələr haqqında ilkin məruzə Azərbaycan Hökuməti tərəfindən 2011-ci ilin yanvar ayında BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Hökuməti Konvensiyanın tətbiq edilməsi istiqamətində qanunvericilik bazasının və proqramların hazırlanmasında əlil təşkilatlarının rəy və təkliflərini nəzərə alır, həmçinin onlarla əməkdaşlıq şəraitində birgə layihələr həyata keçirir.
Həmin Konvensiyanın 9-cu maddəsində bildirilir ki, əlillərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün iştirakçı dövlətlər əlillərin, digərləri ilə bərabər səviyyədə, fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, habelə həm şəhər, həm də kənd rayonlarında əhaliyə açıq olan və ya ona təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görürlər.
Eyni zamanda, 2006-cı ildə qəbul edilmiş «Əlil insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlil şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı»nın da əsas məqsədi üzv dövlətlərdə əlil insanların cəmiyyətdə tam şəkildə iştirakının təmin edilməsi istiqamətində səmərəli strategiyaların hazırlanması və həyata keçirilməsi üzrə praktik alət rolunu oynamaq, nəticə etibarilə, üzv dövlətlərin bütün siyasət sahələrində əlillik məsələsinin gündəmə gətirilməsinə nail olmaqdır. Milli qanunvericilikdə, xüsusən, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” və “Şəhərsalmanın əsasları haqqında” Qanunların maddələrində də sosial infrastrukturun əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maneəsiz müyəssər olması üçün şəraitin yaradılmasının vacibliyi qeyd olunur.
Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə təkliflərin hazırlanması, nazirlik tərəfindən həyata keçirilən tədbirlərin keyfiyyətinin, səmərəliliyinin artırılması, monitorinqlərin aparılması və görülən işlərdə şəffaflığın təminatının gücləndirilməsi məqsədilə nazirlik yanında İctimai Şura fəaliyyət göstərir. Ombudsman Aparatının, Azərbaycan Milli QHT Forumu, Korrupsiyaya Qarşı Mübarizə Üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsi, Konstitusiya Araşdırmaları Mərkəzi, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası kimi vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin təmsil olunduğu İctimai Şuranın tərkibində 4 istiqamət üzrə işçi qrupları yaradılıb ki, bunlardan biri də əlilliyin müəyyən olunması və əlillərin tibbi-sosial reabilitasiyası üzrə işçi qrupudur. Yəni nazirlik digər sahələrdə olduğu kimi, bu istiqamətdə də ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları və Ombudsman Aparatı ilə birgə əməkdaşlıq şəraitində fəaliyyət göstərir ki, bu da əlilliyi olan şəxslərlə bağlı aparılan işlərdə səmərəliliyin artmasına müsbət təsirini göstərir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
• 20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47 |
|
|
|
• ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46 |
|
|
|
• Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34 |
|
|
|
• “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24 |
|
|
|
• Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18 |
|
|
|
• AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12 |
|
|
|
• Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05 |
|
|
|
• Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01 |
|
|
|
• Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58 |
|
|
|
• "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48 |
|
|
|
• Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35 |
|
|
|
• AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33 |
|
|
|
• Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25 |
|
|
|
• XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24 |
|
|
|
• Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19 |
|
|
|
• İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16 |
|
|
|
• Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14 |
|
|
|
• Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09 |
|
|
|
• "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02 |
|
|
|
• Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59 |
|
|
|
• “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55 |
|
|
|
• Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52 |
|
|
|
|