İRANDAN DÜNYAYA YENİ HƏDƏ
Tarix: 8-04-2013, 10:49 |
Çap et
CƏNUB QONŞUMUZ NPT-DƏN ÇIXMAĞI DÜŞÜNÜR İranın nüvə hüquqlarının tanınmayacağı təqdirdə ölkənin “Kütləvi qırğın silahlarının qadağası” (NPT) protokolundan çıxacağı istisna deyil.
SalamNews–un “alalam.ir”ə istinadla verdiyi xəbərə görə, bunu İranın Şura Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlauddin Brucerdi bildirib. O, İranın NPT-dən çıxma ehtimalını istisna etməyib və bunun İran parlamentində də müzakirə edilə biləcəyini bildirib. Onun sözlərinə görə, Qərb nüvə silahlarının sayını azaltmır, fəaliyyətini davam etdirir və digər tərəfdən İranın nüvə hüquqları tanınmırsa, onda ölkənin NPT protokolundan çıxmasının müzakirəsi də istisna deyil.
Ə.Brucerdi Qərbın İran əleyhinə sanksiyalarının artırılmasına və ölkənin nüvə proqramının BMT Təhlükəsizlik Şurasında qaldırılması ehtimalına işarə edərək bildirib ki, bu təqdirdə ölkə parlamenti bütün variantları araşdıracaq.
Qeyd edək ki, İran ilə "Altılıq" arasında Almatıda keçirilən nüvə danışıqlarında tərəflər yeni təkliflər irəli sürüblər. Yeni təkliflərin ekspertlər tərəfindən araşdırılmasından sonra müzakirələr davam edəcək.