ARİF HACILI BİRGƏ AKSİYA TƏRƏFDARIDIR
Tarix: 8-04-2013, 11:25 | Çap et
"BİRGƏ AKSİYALARIN TƏSİRİ ÇOX OLA BİLƏR"Son iki ildə ard-arda etiraz aksiyaları keçirən İctimai Palatada kütləvi aksiyalar məsələsi hələlik müzakirə səviyyəsindədir. Görəsən, həm demokratik seçki, həm də digər prioritet məsələlərlə bağlı aksiyalara nə zamana start veriləcək? Bununla bağlı suallarımızı cavablandıran Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, Azərbaycan cəmiyyətinin ən böyük problemlərindən biri ölkədə insanların fundamental haqlarından olan sərbəst toplaşma azadlığı hüququnun pozulmasıdır: - Seçki ilində bu məsələ daha da aktuallaşır. Ona görə də yəqin ki, sərbəst toplaşma hüququnun təmin olunması istiqamətində hərəkat yaxın müddətdə başlamalıdır. Hazırda bu istiqamətdə müzakirələr aparılır. Hesab edirəm ki, kütləvi etiraz aksiyalarına start verilməsi ilə bağlı aprel ayının sonuna qədər müvafiq qərarlar qəbul ediləcək. - Bir müddət öncə təmsilçisi olduğunuz İctimai Palatada kütləvi aksiyaların keçirilməsi ilə bağlı fərqli mövqelər var idi. Hazırda da aksiyaların keçirilməsinə müxalif mövqedə olanlar varmı? - Mənə elə gəlir ki, seçkilərə altı ay qalmış bir müddətdə, siyasi həbslərin əksəriyyətinin motivi məhz sərbəst toplaşmaq azadlığı hüququ olduğu bir məqamda, aksiyaların keçirilməsinin tez olduğunu bildirmək bir qədər çətin olacaq. Bu mənada, hesab edirəm ki, fərqli fikirlər olsa da, əksəriyyət kütləvi aksiyaların aktual olması mövqeyini ifadə edəcək. - Bütün müxalifət qüvvələrinin birgə kütləvi aksiyalar təşkil etməsi necə, mümkündürmü? - Hakimiyyət tərəfindən müxalifətin resurslarının məhdudlaşdırıldığı indiki məqamda ümummüxalifət aksiyalarının keçirilməsi məsələsinin aktuallığı daha da artır. Bu baxımdan, ümummüxalifət aksiyalarının keçirilməsinə müsbət yanaşıram. Mənə elə gəlir ki, birgə aksiyaların təsiri də əhəmiyyətli ola bilər. - Məlumdur ki, müxalifət qüvvələri arasında fikir ayrılıqları var və hər hansı müstəvidə bir arada olmaq problemdir. Sizcə, mövqe fərqlilikləri birgə aksiyalara mane olmaz ki? - Azərbaycanın milli demokratik qüvvələri, həm ideoloji, həm siyasi dünya görüşünə görə bizə yaxın olan siyasi qüvvələrlə bu tipli məsələlərdə əməkdaşlığımız mümkündür. Kütləvi etiraz aksiyalarının motivi və tələbi bəllidir. Sərbəst toplaşmaq azadlığının təmini, ölkədə demokratik prinsiplərin bərəqrar olması, siyasi məhbusların azadlığa buraxılması və bu kimi tələblər irəli sürən milli demokratik qüvvələrlə birgə müvarizə aparmaqda hər hansı problem yoxdur. - Arif bəy, prezident seçkiləri yaxınlaşdıqca, namizədin müəyyənləşməsi daha da aktuallaşır. Ancaq hələ də müxalif düşərgə qəti mövqeyə gələ bilməyib. Ќecə düşünürsünüz, qarşıdakı dövrdə bununla bağlı hər hansı problem yaranmayacaq? - Bu istiqamətdə müzakirələr gedir. Düşünürəm ki, seçki yaxınlaşdıqca, xüsusilə, seçki kampaniyası dövründə müxalifətin real namizədinin kim olduğu daha aydın şəkildə görünəcək. Ancaq müxalifətin vahid namizədi olmaya da bilər. Əgər müxalifət partiyaları vahid namizəd müəyyənləşdirə bilməyəcəksə, Azərbaycanın protest elektoratı müxalifətin vahid namizədini 2003-cü ildə olduğu kimi, 2013-cü ildə də müəyyən edə biləcək. - Yəqin ki, Siz 2003-ü xatırlatmaqla, bu namizədin İsa Qəmbər olacağını düşünürsünüz? - Mən tam əminliklə deyirəm ki, 2013-cü il prezident seçkilərində protest elektoratın namizədi İsa Qəmbər olacaq. Bunu təkcə Müsavat Partiyasının rəhbər şəxsi kimi yox, həm də seçki mütəxəssisi kimi deyirəm. - Axı, 2003-lə 2013 arasında xeyli müddət var və kifayət qədər dəyişikliklər baş verib... - Təbii ki, bu müddət ərzində çox dəyişikliklər baş verib. Həmin dövr ərzində avtoritar rejim daha sərt mövqelərə keçib, müxalifətin müəyyən resursları məhdudlaşdırılıb, demokratik institutlara təzyiqlər daha da artırılıb. Ancaq Azərbaycan cəmiyyətində hakimiyyətə qarşı olan insanların sayı daha da çoxalıb. Bununla yanaşı, Azərbaycan hakimiyyəti həm ölkə daxilində, həm ölkə xaricində özünün dayaqlarını itirib. Müxalifətin xalqdan səs almaq imkanları bir qədər də artıb. Şəxsən mən düşünürəm ki, ən azı 2013-cü il prezident seçkilərində Azərbaycan cəmiyyətinin daha geniş təbəqələrini öz ətrafında toplamaq imkanı olan siyasi lider İsa Qəmbərdir. - İctimai Palatanın seçkiyə vahid namizədlə getmə məsələsi hələ də açıq qalır. 5-6 ay ərzində bu məsələdə ortaq məxrəcə gələ biləcəksiniz? - Mən bu məsələlərə nikbin yanaşıram. Hesab edirəm ki, seçkilər yaxınlaşdıqca, daha real namizədin kim olduğu aydın şəkildə göründükcə, bu suallara cavab vermək və vahid namizədin müəyyənləşməsi ilə bağlı qərarların qəbulu asan olacaq. Düşünürəm ki, 2013-cü il prezident seçkilərində İctimai Palatanın vahid namizədinin olması mümkündür. - Siz İsa Qəmbərin protest elektoratın əsas namizədi olacağını dediyiniz kimi, AXCP funksionerləri də eyni fikirləri Əli Kərimli barəsində söyləyirlər. Bu ziddiyyətli münasibətlər fonunda vahid güc mərkəzinə çevrilmək necə mümkün ola bilər? - Bunlara normal yanaşmaq lazımdır. Əgər fərqli fikirlər olmasaydı, çoxpartiyalı sistem də mövcud olmazdı. Yalnız avtoritar rejimlərdə fərqli fikirlər olmur, yaxud fərqli fikirlərin ortalığa çıxmasına imkan verilmir. Ancaq İctimai Palata da, Müsavat Partiyası da, AXCP də demokratik qüvvə olduğu üçün burada müxtəlif fikirlərin olması təbiidir. Hesab edirəm ki, fərqli fikirlər olsa da, həlledici rolu cəmiyyətin əksəriyyətinin fikri oynayacaq. - Bu günlərdə YAP-çı deputat Siyavuş Ќovruzov açıqlama verərək bildirib ki, Müsavat Partiyasının daxilində İsa Qəmbərin namizəd olması birmənalı qarşılanmır və bu qərar ümumi partiyanın yox, sadəcə, Divanın qərarıdır... - Bu, Siyavuş Ќovruzovun növbəti yanlışlıqlarından biridir. İsa Qəmbərin prezidentliyə namizədliyi Müsavat Partiyası Məclisinin toplantısında yekdilliklə irəli sürülüb. Düşünürəm ki, hətta qurultay keçirilsə və ya bütövlükdə partiya sturukturlarında bu məsələ ilə əlaqədar referendum olsa, İsa Qəmbərin prezidentliyə namizədliyinin tərəfdarlarının sayı 90 faizdən çox olar. - Bəs, yerdə qalan 10 faiz niyə tərəddüd edir? - Heç bir tərəddüd yoxdur. Sadəcə olaraq, seçkilərin saxtalaşdırılacağından narahat olaraq seçkidə iştirak edib-etməmək məsələsində fərqli mövqedə olanlar var. Ona görə də qəti şəkildə deyə bilərəm ki, Müsavat Partiyasında İsa Qəmbərdən başqa prezidentliyə namizəd yoxdur. Ќə belə bir iddialı adam var, nə də başqa bir adamın namizədliyini irəli sürən. Bu mənada, Siyavuş Ќovruzov tamamilə yanlış mövqedədir. - Neçə müddətdir eks-spiker Rəsul Quliyevlə gərgin mübahisələriniz davam edir. Bu qarşılıqlı ittihamların kökündə nə dayanır? - Mənə elə gəlir ki, sualı düzgün ünvanlamamısınız. Bu sualı Rəsul Quliyevə vermək lazımdır. Çünki o, son aylar ərzində, xüsusilə də İsa Qəmbərin prezidentliyə namizədliyi irəli sürüldükdən sonra dəfələrlə Müsavat Partiyasının və İsa Qəmbərin ünvanına heç indiki yaşına uyğun olmayan fikirlər səsləndirib, bir çox yanlışlıqlara yol vermişdi. Ќəhayət, biz ötən həftə ona cavab vermək məcburiyyətində qaldıq. Əslində, bizim Azərbaycan hakimiyyətinə qarşı müxalifətdə olan siyasi partiyalarla, siyasətçilərlə hər hansı problemimiz yoxdur. Düzü, Rəsul Quliyevin bu cür davranışı şəxsən məni maraqlandırmır. Hesab edirəm ki, 2005-ci il parlament seçkilərində onun yol verdiyi ağır səhvlərdən sonra Azərbaycan cəmiyyəti və demokratik qüvvələri çox böyük zərbə aldı. Onun səhvləri ucbatından həbs olunmuş insanlar hələ də həbsdən çıxmayıblar. Düşünürəm ki, 2005-ci il parlament seçkilərində Rəsul Quliyevin addımları nəticə etibarı ilə müxalifətə böyük zərbə vurdu. Ona görə də, bundan sonra onun Azərbaycan siyasətində mühüm təsir imkanları yoxdur. - ALP sədri Əvəz Temirxan isə mətbuata açıqlamasında deyib ki, 2003-cü ildəki seçkidə Rəsul Quliyevə görə İsa Qəmbərin hesabına müəyyən xal yazılıb... - Əgər Əvəz Temirxan müəyyən xallar yazılmışdı desəydi, mən onun fikri ilə razılaşardım. Həqiqətən də Rəsul Quliyevin seçkilərə 10 gün qalmış İsa Qəmbəri müdafiə etməsi Azərbaycan cəmiyyətinə müxalifətin birliyi barədə bir mesaj idi. Sözsüz ki, bu mesajın müsbət təsirləri oldu. Sadəcə olaraq, Əvəz Temirxan bildirib ki, guya həmin dövrdə İsa Qəmbərin aldığı səslərin çoxu Rəsul Quliyevin hesabınadır. Eyni zamanda, bildirir ki, Lalə Şövkət o zaman seçkilərdə ikinci, ya üçüncü yerdə olub. İndi onlar müttəfiqdirlər. Ona görə də onlara tövsiyyə edirəm ki, əgər hesab edirlərsə, 2003-cü ildə müxalifətin ən çox səs alan namizədi məhz Rəsul Quliyevin hesabına səs alıb, ondan sonrakı yeri tutan namizəd də yüksək nəticə qazanıb, onda budəfəki seçkilərdə birgə iştirak edib dediklərini təsdiqləyə bilərlər. - Sizcə, onların belə bir imkanı varmı? - Mən tövsiyyə edirəm, birləşsinlər, seçkiyə getsinlər və sübuta yetirsinlər ki, onların böyük səs almaq imkanları var. Onu deyə bilərəm ki, bizim 2013-cü il prezident seçkilərində Rəsul Quliyevlə müttəfiq olmaq niyyətimiz yoxdur. - Arif bəy, hakimiyyət nümayəndələri qarşıdakı dövrdə müxalifət partiyaları və QHT-lərlə dialoqa başlayacaqlarını bildirirlər. Necə düşünürsünüz, bu dəfə səmimi dialoq baş tuta bilərmi? - Hakimiyyətin səmimi dialoqa gedəcəyinə müsbət fikir bildirmək qeyri-mümkündür. Çünki hakimiyyət bir neçə aydan bir dialoqa hazır olduğunu, istənilən məsələləri müxalifətlə müzakirə etməkdən çəkinmədiyini bildirsə də, bu bəyanatlar yalnız bəyanat olaraq qalıb. Əksinə, dialoq əvəzinə müxalifətin üzərinə hücumlar olub, bir qisim siyasi məhbusları başqaları əvəz edib və s. Ona görə də hakimiyyətin müxalifətlə, yaxud cəmiyyətlə dialoqa hazır olduğunu deməsi imitasiyadan başqa bir şey deyil. Bu səbəbdən də budəfəki dialoqdan müsbət nəsə gözləməyə dəyməz. \ "Reytinq" qəzeti \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|