MİSİR MƏRDANOV HANSI NAİLIYYƏTLƏRDƏN DANIŞIB?!
Tarix: 12-04-2013, 09:29 | Çap et
Xəbər verildiyi kimi, İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVI Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. 58 ölkədən 450-yə yaxın rəsmi şəxsin qatıldığı və həftənin sonunadək davam edəcək bu möhtəşəm tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edir. AzərTAc-ın məlumatına görə, toplantının bölmə iclaslarının birində çıxış edən nazir Misir Mərdanov ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlərdən danışıb... Bəh-bəh! Axır ki, bunu da gördük! Vallah, utanmasan oynamağa nə var?! Amma neyləyək, oynayırlar, özü də lap şıdırğısından! Budur, adam indi də gedib İstanbulda keçirilən beynəlxalq toplantıda heç bir mənəvi diskomfort keçirmədən Azərbaycan təhsilindən danışır, təhsilindən də yox, onun nailiyyətlərindən! Yəni bağ belə, bostan elə, badımcan şələ-şələ... İndi yazıq toplantı iştirakçıları bu adama nə desinlər?! Desinlər ki, bəsdir, 15 il Azərbaycan xalqına söylədiyin bu içiboş moizələri indi də gəlib burada bizə sırıyırsan?! Yaxud dünya təhsilinin öncüllərindən olan Sinqapurun, Yaponiyanın, Finlandiyanın təhsil nazirlərindən biri durub desin ki, cənab Mərdanov, siz hər dəfə beynəlxalq təhsil qiymətləndirmələrinə görə siyahının sonunda yer almısınızsa və bu, nailiyyətdirsə, onda siyahının əvvəlindəki bizim yerimizin adı nədir? – Müvəffəqiyyətsizlik?! Bəlkə sizin nazirlikdə təhsil qiymətləndirmələri zamanı siyahıya tərsinə – aşağıdan yuxarı baxırlar?! Doğrudan da, görəsən, Misir Mərdanov “nailiyyət” deyəndə nə başa düşür, yaxud nəyi nəzərdə tutur? Məsələn, elə bu günlərdə Milli Məclisin deputatı Asim Mollazadə “Azadlıq” radiosunun efirindən bütün dünyaya elan elədi ki, “Azərbaycanın təhsil sistemində islahatlar həyata keçirilmir, bu sistem rüşvətlə idarə olunan və diplom satan universitetlərə çevrilib”. Özü də bu sözləri hansısa “qərəzli” bir təhsil eksperti yox, millət vəkili dedi! Cənab Mərdanov, bəyəm rüşvət yığmaq, diplom, attestat satmaq təhsilimizin nailiyyətidir? Ötən il ümumtəhsil məktəblərini bitirən məzunların böyük bir hissəsi qəbul imtahanlarında görünməmiş savadsızlıq nümayiş etdirdiklərinə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) məcbur olub bəzi qruplarda müsabiqə ballarını 250-dən 150-yə endirdi ki, universitetlərin auditoriyaları boş, müəllimllərsə iş-gücsüz qalmasın. Bəlkə nailiyyətiniz bu savadsız abituriyentlər ordusudur? Üç gün öncə ölkə başçısı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzaladı. Çox mühüm, yerində və zamanında verilmiş sərəncamdır. Çünki Təhsil Nazirliyinin bəh-bəhlə müsabiqə qalibi elan edib külli miqdarda dövlət vəsaiti hesabına nəşr etdirdiyi bir neçə “Azərbaycan dili” dərsliyi TQDK tərəfindən çıxdaş edilib. Şübhə etmirəm ki, bu sərəncamın vəziyyətdən çıxmağa böyük köməyi dəyəcək. Belə çıxır, nazirlik neçə illərdir Azərbaycan dilinin anasını ağlatmaqla məşğul imiş? Bəlkə Mərdanov “nailiyyət” deyəndə, xarici dillər bir yana qalsın, öz ana dilində yazıb-oxumağı bacarmayan bisavad Novruzəlilər dəstəsini gözünün önünə gətirir?! Dünyanın aparıcı universitetlərinin diplomları başqa ölkələrdə, xüsusən də, inkişaf etmiş ölkələrdə tanınır və həmin diplomların sahibləri tərəddüdsüz işə götürülür. Çünki bu diplomların arxasında əsl təhsil, əsl bilik və bacarıq dayanır. Amma bizim diplomların 99 faizi nəinki inkişaf etmiş ölkələrdə, heç Şərqdə də tanınmır. Niyə də tanınsın?! Bizim özümüzün dövlət orqanlarında, yumşaq desək, bu diplomların sahiblərinə çox vaxt qapını o biri tərəfdən bağlamağı “tövsiyə” edirlərsə, digər ölkələr niyə bunu etməsin? Yəqin Mərdanov bir-iki günə geri dönəcək. Çox ehtimal ki, o, yan-yörəsində çalışanları toplayıb beynəlxalq tədbirdəki görüşləri barədə ağızdolusu danışacaq, yenə də həmin sözlər və həmin frazalar: bağ belə, bostan elə, badımcan şələ-şələ... Amma sayın Mərdanovdan bircə ricam var: Zirvə Toplantısında “Azərbaycan təhsilinin nailiyyəti” deyəndə nəyi nəzərdə tutduğunu açıqlasın ki, biz də eşidib feyziyab olaq...
Nadir İSRAFİLOV, təhsil eksperti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
|