AMERİKADA DAHA BİR PARTLAYIŞ
Tarix: 18-04-2013, 09:44 |
Çap et
NƏTİCƏDƏ 100-Ə YAXIN EV DAĞILIBABŞ-ın Texas ştatının Vest şəhərində gübrə zavodunun partlaması nəticəsində 70-dən 100-ə qədər ev dağılıb. Trendin məlumatına görə, bu barədə cümə axşamı "RİA Novosti" agentliyi "NBC" telekanalına istinadən xəbər yayıb.
Telekanalın məlumatına görə, partlyayış nəticəsində 200 nəfər yaralanıb. Onlardan 40-nın vəziyyəti ağırdır.
Xəstəxanaya yerləşdirilənlər arasında iki uşaq da var.
Şəhər rəhbərliyi yanğınsöndürən və tibbi helikopterlərin işinə mane olmamaq üçün şəhərin üzərində uçuş zonası tətbiq edib.