AMERİKANI LƏRZƏYƏ SALAN ÇEÇEN
Tarix: 20-04-2013, 10:42 |
Çap et
İKİ QARDAŞDAN BİRİ ÖLDÜRÜLDÜ, BİRİ TUTULDUABŞ Bostonda törədilən terror aktının təşkilatçılarını tapıb. Bu olayla əlaqədar çeçen Coxar və Tamerlan Sarnayev qardaşları təqsirli bilinir. Qərb Kütləvi İnformasiya Vasitələri yazır ki, uzun sürən axtarışlardan sonra polis 19 yaşlı Coxarı tapa bilib. Xüsusi əməliyyat zamanı Coxar ağır yaralanıb. O, hazırda ağır vəziyyətdə xəstəxanadadır. Coxarın qardaşı Tamerlan isə əməliyyat-axtarış zamanı atışma zamanı öldürülüb.
Məlumata görə, Coxar Sarnayev şəxsi evin arxasında olan katerdə gizlənirmiş. Polis əməliyyat zamanı onunla danışıqlar aparmaq istəsə də, cinayətkar atəş açıb.
Amerika polis güman edir ki, Boston partlayışlarını törətməkdə şübhəli bilinənlər şəhərdə daha bir neçə yerdə bombalar yerləşdiriblər. Digər bir məlumata görə, polis Bostonda terroristlərin olduğu avtomobil tapıb. \ anspress \