MİSİR MƏRDANOVUN KADRLARI ŞOK İÇİNDƏ
Tarix: 20-04-2013, 11:05 |
Çap et
ONLAR GÜNLƏRİNİ SAYIRLARTəhsil naziri Misir Mərdanov işdən çıxarıldıqdan sonra rayon təhsil şöbələrinin rəhbərləri şoka düşüblər. Bolgexeber.com-a verilən məlumata görə, belə vəziyyətin yaranmasına səbəb nazirdən sonra onların aqibətlərinin sual altında olmasıdır.
Məlumatda deyilir ki, artıq bir neçə şöbə müdiri işdən çıxarılacağını yəqinləşdirib və bu səbəbdən də hazırlıqlara başlayıb. Bəziləri isə yeni nazirlə dil taparaq, postlarında qalacağına ümid edir. Lakin qeyd olunur ki, yeni nazir Mikayıl Cabbarov köhnə komanda ilə işləmək fikrində deyil. Xüsusən də adları yetərli qədər korrupsiya faktlarında hallanmış təhsil şöbə müdirləri ilə bağlı ayrıca tədbir görülməsi nəzərdə tutulur. Mənbə deyir ki, yaxın günlərdən etibarən «təmizləmə əməliyyatı»na start veriləcək.