SURİYADA İKİ XRİSTİAN ALİM YOXA ÇIXIB
Tarix: 23-04-2013, 09:46 |
Çap et
ONLARI MÜXALİFƏTİN OĞURLADIĞI DEYİLİRFaktXəbər-in verdiyi məlumata görə, xristianların Pasxa bayramı ilə əlaqədar Suriyanın Hatay şəhərinə gələn iki din alimi oğurlanıb. Hatayda bir neçə gün qaldıqdan sonra Livana getmək üçün yola çıxan Qriqoriyos Yuhanun İbrahim və Qriqoriyos Paulus İdlib şəhərində əsir götürülüb.
Qeyd edək ki, alimlər əsir götürülən zaman onların sürücüsü öldürülüb. Hadisəyə görə məsuliyyəti heç bir tərəf üzərinə götürməsə də, xristian alimlərini müxaliflərin oğurladığı iddia olunub.