BAKIDA DAHA BİR PARTİYA MEYDANA AXIŞIR
Tarix: 23-04-2013, 11:27 |
Çap et
KXCP-DƏN MİTİNQ QƏRARI GƏLDİDİA.AZ: - Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin nцvbəti iclasında Mitinq Komitəsi yaradılıb. Bu barədə DİA.AZ-a partiyadan xəbər verilib.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keзirilib. İclasda cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
KXCP İdarə Heyətinin iclasında partiyanın rayon/şəhər şöbə məclislərinin yığıncaqlarının keçirilməsi barədə KXCP Ali Məclisinin sədri Bəybala Əbil və KXCP sədrinin Təşkilati Məsələlər üzrə müavini Xəzər Teyyublu ətraflı məlumat verib.
İH iclasında aprelin 28-də keçiriləcək KXCP Ali Məclisinin sessiyasının gündəlik layihəsi müəyyənləşdirilib.
İclasda Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) 28 aprel tarixinə təyin etdiyi mitinqə hazırlıqla bağlı məsələlər müzakirə edilib. Dinc kütləvi aksiyaların keçirilməsi ilə bağlı Mitinq Komitəsi yaradılıb.