2 PREZİDENTİ, 14 BAŞ NAZİRİ, 300 NAZİRİ OLAN ÖLKƏ
Tarix: 26-04-2013, 10:36 |
Çap et
"GUİNNESS"Ə MÜRACİƏT OLUNDUFaktXəbər-in verdiyi məlumata görə, Bosniya-Hersoqovinada yaşayan məşhur komediyaçı Osman Ciho ölkəsində qarışıq siyasi quruluş hökm sürdüyü üçün "Guinness"in rekordlar kitabına müraciət edib. Komediyaçı ölkəsində iki prezident, 14 baş nazir və 300 nazir fəaliyyət göstərdiyi üçün Bosniyanın rekordlar kitabına düşməsini istəyib.
Qeyd edək ki, təxminən 4 milyon əhalisi olan ölkədə dövlət Bosniya-Hersoqovina Federasiyası və Serb Respublikasından ibarətdir. Bosniyada hazırda 3 Mərkəzi Seçki Komissiyası, 2 prezident, 14 baş nazir, 14 parlament sədri, 300-ə yaxın nazir və 600 millət vəkili vardır.