NAZİR OĞLU TELEKANAL AÇIR
Tarix: 7-12-2011, 13:05 |
Çap et
ANAR MƏMMƏDOVUN MEDİA BOSSUNA ÇEVRİLMƏ NİYYƏTİ CİDDİDİR
DİA.AZ: - Ziya Məmmədovun oğlu Anar Məmmədov media layihəsinə start verir. Bu barədə məlumatlı mənbədən “Dünya” İnformasiya agentliyi redaksiyasına (dia-az.life) xəbər verilib.
Mənbənin verdiyi bilgiyəə görə, Anar Məmmədovun yaradacağı media-holdinq Meredian Group adlanacaq. Holdinqə gündəlik «Meredian» qəzeti, eyni adlı agentlik, aylıq jurnal və «Meredian» mətbəəsi daxil olacaq.
Artıq Almaniyadan yeni mətbəə gətirilməsi barədə xəbərlər var. Agentliyə isə tanınmış jurnalistlərdən biri- biz onun adını bilirik- başçılıq edəcəyi gözlənilir.
Bundan başqa eyni adlı telekanalın açılması da gözlənilir.
Sadəcə hakimiyyətin ən yuxarı təbəqəsində buna şifahi razılıq verilsə də, yekun qərar hələ ki ləngiyir.
Onu da xatırladaq ki, bu günlərdə “ZQAN” Holdinqdə yeniliklər edən Anar Məmmədov sözügedən istiqamətə yatırım qoyacaqlarını şəxsən etiraf etmişdi. Və bu genlərdə holdinqdə çox ciddi islahatlar həyata keçirildi.