SİLVİO BERLUSKONİYƏ VƏZİFƏ VERMƏDİLƏR
Tarix: 29-04-2013, 09:55 |
Çap et
İTALİYADA YENİ HÖKUMƏT QURULDUİtaliya siyasətçisi Enriko Letta ölkənin yeni hökumətə koalisiyasını qurmağa müvəffəq olub. Bununla da ölkədə hökumət böhranı başa çatıb, - “Lenta”.
Lettanın təklifi əsasında hökumətin tərkibinə keçmiş baş nazir Silviyo Berluskoninin yaxın silahdaşlarından olan Ancelino Alfano daxil olub. O, baş nazirin müavini və daxili işlər naziri vəzifəsini daşıyacaq. İqtisadiyyat naziri vəzifəsi isə İtaliya Bankının rəhbəri Fabritso Sakkomanniyə verilib.
Koalisiya hökumətinə keçmiş baş nazir Silviyo Berluskoni daxil ola bilməyib. O, son ana qədər növbəti dəfə baş nazir olacağına ümid edirdi.