PREZİDENT KORRUPSİYA İTTİHAMI İLƏ HƏBS OLUNDU
Tarix: 29-04-2013, 09:57 |
Çap et
O, ƏFV QƏRARINI RÜŞVƏTLƏ VERİRMİŞAprelin 28-də Bosniya və Herseqovina Federasiyasının prezidenti Jivko Budimir korrupsiya itthamı ilə bir aylıq həbs olunub. Hüquq mühafizə orqanları aprelin 26-da saxlanmış prezidenti məhbusları rüşvətlə əfv etməkdə təqsirli bilir.
Ötən cümə vəzifə səlahiyyətlərini aşmaqda, mütəşəkkil cinayətkarlıqda, narkotik alverində və rüşvət almaqda günahlandırılan daha 19 rəsmi şəxs tutulub.
Xorvat Jivko Budimir Bosniya və Herseqovina prezidenti postuna 2011-ci ilin iyun ayında seçilib. \ mediaforum \