"LALƏ ŞÖVKƏT, RƏSUL QULİYEV, ƏLİ KƏRİMLİ"...
Tarix: 29-04-2013, 11:31 | Çap et
"BU SEÇKİLƏRDƏ 3 FAVORİT VAR"Uzun illərdir vahid mövqedən çıxış etməkdə çətinlik çəkən müxalifəti qarşıdan gələn prezident seçkiləri də bir araya gətirə bilmir. Məqsəd və məramları, hədəfləri eyni olan siyasi qüvvələrin seçkiyə vahid komandada gedə bilməməsinin səbəbləri müxtəlifdir. Bir qism ambissiyasından əl çəkə bilmir, bir qism ikinci yerdə olmağı qəbul etmək istəmir, bir qism də hakimiyyətlə işbirliyində olduğu üçün dağıdıcı funksiyanı yerinə yetirir. Azərbaycan Liberal Partiyanın (ALP) sədri Əvəz Temirxan mövcud durumun yaranmasına görə müxalifət daxilindəki qarşıdurmaları səbəb sayır:
- Hazırki vəziyyəti dəyərləndirərkən demək olar ki, Azərbaycanda total seçki saxtakarlığına 6 ay qalıb. Hesab edirəm ki, bu müddət ərzində iqtidar heç bir islahata getməyəcək. Müxalifətin isə seçki islahatlarına nail olmaq üçün vaxtı çox azdır. Müxalifət daxilindəki qarşılıqlı münasibətlər imkan vermədi ki, vaxtında birləşək, vahid mübarizə komandasına çevrilək. Ona görə də mən ehtiyatlı optimistəm ki, qısa müddət ərzində birləşərək demokratik seçki mühitinin formalaşmasına nail olaq və seçkilərdə iştirak edərək xalqdan aldığımız səsi qorumaq imkanı əldə edək. - Belə bir şəraitdə seçkiyə gedərək nəsə qazanmağa ümid eləmək mümkündürmü? - Bugünkü şəraitdə seçkiyə getmək iqtidara kartblanş verir. Yəni, bu vəziyyət iqtidara imkan verir ki, seçkiləri saxtalaşdırsın. Əvvəla, seçkiyə getmək o demək deyil ki, sən namizəd olacaqsan. Kim namizəd kimi seçkiyə qatılacaqsa, onun namizədliyinin qeydə alınmasını iqtidar həll edəcək. Kim iqtidarla oyuna gedəcəksə, onun namizədliyi qeydə alınacaq, kim oyunda olmayacaqsa, o, seçkiyə buraxılmayacaq. - Deyəsən, Siz boykot əhval-ruhiyyəsindəsiz? - Mən boykotla bağlı bir söz demirəm. Vaxtı çatanda biz öz mövqeyimizi ortaya qoyacağıq. Amma çox təəssüf ki, müxalifət daxilində gur səslə birlikdən danışıb, əslində isə birliyi pozan qüvvələrin sayəsində müxalifətin birliyi mümkün olmayıb. - Kimləri nəzərdə tutursunuz? - Onu siz jurnalistlər bizdən yaxşı bilirsiniz. Mən istəmirəm ki, indiki məqamda yeni qalmaqal yaradım. Amma fakt odur ki, bu gün müxalifətin birliyi həmin qüvvələrin sayəsində baş tutmayıb. - Əvəz bəy, əksər partiyalar seçki ilə bağlı mövqeyini qətiləşdirib, amma ALP hələ də qərarsızdır. Bu nə ilə bağlıdır? - Əslində, budəfəki seçkilərin üç favoriti var - Lalə Şövkət, Rəsul Quliyev və Əli Kərimli. Bu üç real namizəd hələ öz mövqeyini ortaya qoymayıb, yəni namizədliyini irəli sürməyiblər. Çünki onlar başa düşürlər ki, indiki şəraitdə namizədliyini irəli sürmək alacağı səsləri qoruya bilməmək və xalqın inamını itirmək deməkdir. - İsa Qəmbərlə Eldar Ќamazov favorit namizəd olmayacaqlar? - Mənim bu cür düşünməyə hüququm var. Başqası da başqa cür düşünür və burada kriminal yoxdur. - Fikirlərinizi əsaslandıra bilərsiniz? - Lalə Şövkətə gəlincə, bəllidir ki, o, Azərbaycanda böyük nüfuz sahibidir. Rəsul Quliyevin hakimiyyət içində öz elektoratı var. Əli Kərimlinin rəhbərlik etdiyi partiya isə ən mübariz partiyalardan biridir. Yəni, Lalə Şövkətin tərcümeyi-halı, sözü ilə əməlinin bütövlüyü, sabah hakimiyyətə gələcəyi təqdirdə məmurlara qarşı repressiya siyasəti yürütməyəcəyi ilə bağlı inam onun şansını artırır. Rəsul Quliyevin həm iqtidar daxilində müəyyən dayaqları, həm də müəyyən elektoratı var. Əli Kərimli son illər ardıcıl mübarizə aparır, protest elektoratın əhəmiyyətli hissəsi onun tərəfdarıdır. Ona görə də hesab edirəm ki, bu üç liderin daha çox şansı var. Mən qətiyyən başqalarının üzərinə kölgə salmaq istəmirəm, amma mənim gördüyüm bundan ibarətdir. Adını çəkdiyim liderlər vəziyyətə baxırlar ki, bu gün onların namizədliyinin qeydə alınması böyük sual altındadır. Əgər qeydə alınmasalar, məhkəməyə müraciət edəcəklər, məhkəmə də ən tezi onları on günə qeydə aldıracaq. Bu isə təbliğat kampaniyası müddətinin yarısını itirmək deməkdir. On gün ərzində nəyəsə nail olmaq qeyri-mümkündür. Yəni, hakimiyyət seçki yox, saxtakarlıq prosesinə hazırlaşır. Bu situasiyada isə "mən seçkiyə gedib qalib gələcəyəm",- söyləmək özünü aldatmaq deməkdir. Mən öz liderimin adından danışıram. Belə bir şəraitdə Lalə Şövkət ona veriləcək səsləri qoruya biləcəyi ilə bağlı Azərbaycan xalqına söz verə bilməz. Çünki bunun üçün qanuni mexanizm, siyasi mühit mövcud deyil. - Əvəz bəy, Sizin də təmsil olunduğunuz Məşvərət Məclisinə müəyyən ümidlər var idi, amma bir müddət keçsə də, bu təşkilatın ümidverici fəalliyyəti olmadı... - Deməzdim ki, Məşvərət Məclisinin ümidverici fəaliyyəti olmayıb. Məşvərət Məclisində olan siyasi partiyalar bu gün ümid mənbəyindən biridir. Sadəcə, ola bilsin ki, siyasi rəqabətə görə Məşvərət Məclisinin fəaliyyətini digər mətbu orqanlar bir o qədər də işıqlandırmır. Bayaq qeyd etdiyim üç favorit namizəddən ikisi Məşvərət Məclisindəki partiyaların lideridir. Etibar Məmmədovun da potensialı böyükdür, amma o, özü seçkilərə qatılmayacağını bildirib. Ona görə də "Məşvərət Məclisi ümidləri doğrultmadı",- demək doğru olmazdı. Tək Məşvərət Məclisi vəziyyəti dəyişmək iqtidarında deyil. Vəziyyəti real qiymətləndirmək lazımdır. Hansısa başqa bir qurumun da təkbaşına vəziyyəti dəyişmək gücü yoxdur. Biz hesab edirik ki, bütün demokratik qüvvələr bir araya gəlməli, güclərini birləşdirib çəkici bir yerə vurmalıdır. O zaman nəyəsə ümid etmək olar. Amma o ümidlər də demək olar ki, minimuma endirilib. - Məşvərət Məclisində 5-6 partiya var, onların çoxu öz namizədini irəli sürüb. Bunu necə başa düşək? - Adından göründüyü kimi, bu qurum Məşvərət Məclisidir. Bizim mövqeyimiz, qərarlarımız tövsiyə xarakteri daşıyır, mütləq icra xarakteri daşımır. Ona görə də ayrı-ayrı partiyalar müxtəlif mövqedən çıxış edə bilərlər. - Ümumi birlikdən, çəkici bir yerə döyməkdən danışırsız, amma təklif olunan ümumi birlik formatlarından olan Milli Şuraya qoşulmaq üçün şərt irəli sürürsüz. Axı şərtlə birlik olmaz... - Biz demokratik qüvvələrin daha geniş çevrədə birləşməsini istəyirik. Əgər bu qurum Milli Şuradırsa və millidirsə, deməli, milli qüvvələrin böyük əksəriyyəti bura cəlb olunmalıdır. İkincisi, əgər biz iqtidar komandasından istefa verib müxalifətə keçmişiksə, bu 20 ildə keçdiyimiz mübarizə yolu bizə əsas verir ki, Azərbaycanda 5-6 nüfuzlu siyasi qüvvədən biri olduğumuzu bəyan edək. Ona görə də düşürük ki, hər hansı bir demokratik birliyin təməl şərtlərinin müəyyənləşməsində iştirak etməliyik. Yəni, Milli Şuranın yaradılmasında Liberal Partiya da bərabər hüquqlu təsisçi kimi iştirak etməlidir. Əgər kimsə ALP-nin mətbuatda az görünməsini əsas götürüb, yaxud təmiz adımızı qoruduğumuza görə maddi-texniki bazamızın zəif olduğunu düşünürsə, bu o demək deyil ki, bizim nüfuzumuz aşağıdır. Bunu heç kim bizə irad tuta bilməz. Ona görə də hesab edirik ki, bu birliyin memarlarından biri biz olmalıyıq. Bəziləri deyir ki, biz artıq yolun yarısını keçmişik, filan siyasi partiya və liderlər gəlib bizə qoşulsunlar. Amma bu yanaşma ayrı-seçkiliyə aparır, ümumi işə zərər verir. - Siyasi partiya təkcə liderdən ibarət deyil, partiyanın strukturu olmalıdır, meydana adam çıxara bilməlidir. Bu məsələdə Sizin partiya Müsavatla AXCP-dən geri qalır... - Liberal Partiya həmin partiyalarla müqayisədə maddi-texniki bazasına görə zəifdir. Maddi-texnika bazamız ona görə zəifdir ki, hakimiyyətdə ola-ola korrupsiyaya qarşı mübarizə aparmışıq və həmişə nəfsimizi basmışıq. - AXCP ilə Müsavat korrupsiyaya bulaşıb ki? - AXCP və Müsavat meydan hərəkatından gəlmiş partiyalardır, onlarla bizi müqayisə etməyin. Götürək elə Müsavatı, 2000-ci ildə 15 müttəfiqi ilə bərabər birinci yeri, Liberal Partiya isə təkbaşına ikinci yeri tutdu. 2003-cü ildə müxalifət partiyaları arasında təkbaşına Lalə Şövkət ikinci yeri, İsa Qəmbər isə 30 partiyanın və böyük demokratik qüvvələrin dəstəyi ilə birinci yer tutdu. 2005-ci ildə Liberal Partiyanın sürpriz kadrları ortaya çıxdı, amma sadəcə, bizim mətbu orqanımız olmadığına görə onları təbliğ edə bilmirik. Ancaq bu o demək deyil ki, Lalə Şövkətin və Liberal Partiyanın xalq arasında nüfuzu yoxdur. - O fikirlər də səslənir ki, Sizin Milli Şuraya qoşulmaq istəməməyiniz Lalə Şövkətin namizədliyinin kölgədə qalmaq narahatlığı ilə bağlıdır... - Mən bu günə kimi heç yerdə belə bir iddiaya rast gəlməmişəm. Bu, sizin əsassız ehtimalınızdır. Azərbaycanda Lalə Şövkəti heç kim kölgədə qoya bilməz. - Lalə Şövkətin özü kölgəyə çəkilib... - 20 ildir ki, bu iqtidar Lalə Şövkətin nüfuzu üzərinə kölgə sala bilmir. Sadəcə olaraq, Lalə Şövkətin taktikası ondan ibarətdir ki, Liberal Partiyanın vasitəsi ilə bütün demokratik qüvvələrin bir araya gəlməsi üçün əlindən gələni edir. Amma müxalifət daxilində birlik adı altında gedən çəkişmələrdə, qarşıdurmalarda iştirak etmək istəmir. Lalə Şövkətin meydana çıxması o deməkdir ki, həm də müxalifətdaxili çəkişmələrdə iştirak etmiş olur. Bu gün nə iqtidar, nə də müxalifət Lalə Şövkətin nüfuzuna kölgə salmaq gücündə deyil. Liberal Partiyanın adından bir daha vurğulayıram ki, biz səmimi birliyin tərəfdarıyıq. Keçmişdə aramızda olan qarşıdurmaya, ziddiyyətə, ünvanımıza söylənən haqsız ittihamlara baxmayaraq, indi də səmimi birliyi istəyirik. Yaranacaq hər hansı birlik də 5-6 partiyadan ibarət olmamalıdır. Kim bu gün islahat, hakimiyyətdəki rejimin dəyişməsini, konstitusion yolla avtoritar sabitlikdən demokratik sabitliyə keçidi istəyirsə, bu birlikdə olmalıdır. \ reytinq qəzeti \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
|