QUANTANAMO MƏHBUSLARI NƏHAYƏT DİQQƏTƏ GƏLDİ
Tarix: 30-04-2013, 10:32 |
Çap et
MƏHBUSLARA YARDIMA 40 HƏKİM ÇAĞRILDIAmerikanın qalmaqallı Quantanamo həbsxanasında artıq üç aya yaxındır ki, aclıq edən və əksəriyyətinin vəziyyəti ağırlaşan məhbuslara yardım etmək üçün 40 həkim həbsxanaya buraxılıb, - “BBC”.
Həbsxana rəhbərliyinin məlumatına görə, 166 məhbusun yarısından çox hələ də qida qəbul etmir. İyirmi bir məhbusa artıq məcburi qidalanma yazılıb. Əks halda onların həyatlarını itirmə təhlükəsi yaranıb. Amerika Tibb Assosasiyasından bildirilib ki, məhbuslar məcburi müalicədən də imtina edə bilərlər.
Qeyd edək ki, üç aya yaxındır ki, Quantanamo həbsxanasının bir qrup məhbusu aclıq aksiyasına başlayıb. Onla rmühakiməsiz olaraq həbsdə saxlanılmalarına, şəxsi əşyalarının müsadirə edilməsinə və dini dəyərlərinə sayqısız yanaşılmasına etiraz edirlər.