“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                 

YAVƏR CAMALOVUN BÖYÜK BİZNES İMPERİYASI
Tarix: 2-05-2013, 15:06 | Çap et
YAVƏR CAMALOVUN BÖYÜK BİZNES İMPERİYASI
Xəbər verildiyi kimi, bu il Azərbaycan Silahlı Qüvvələrinin 95-ci il dönümü münasibəti ilə hərbi parad keçiriləcək. Yəqin yenə də Azərbaycanın Qafqazın ən güclü ordusuna sahib olmasından və bizim hərbi sənaye kompleksimizin uğurlarından danışılacaq. O kompleks ki, başında Yavər Camalov durub.

“Azneft”də «böyük izlər» qoyub, Müdafiə Sənayesi Nazirliyini «neftçiləşdirib»

Yavər Camalov müxtəlif vəzifələrdə işləyib. Ancaq ictimaiyyətin, o cümlədən mətbuatın diqqətini daha çox 2003 – 2006 -cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru işləyərkən cəlb etməyə başladı. Bu idarədə cəmi 3 il çalışsa da «böyük izlər» qoydu. “Azneft”də onun dövründə həyata keçirilən iri maliyyə əməliyyatları barədə həmin vaxt mətbuatda tez-tez yazılara, neftçilərin etirazlarına rast gəlinirdi. Yavər Camalovun «Azneft»dəki xoş günləri Rövnəq Abdulllayev ARDNŞ-in rəhbərliyinə keçdikdəkdən sonra «qara günlərlə» əvəzlənir. R.Abdullayev hansısa səbəbdən ədavətdə olduğu Yavər Camalovu sıxışdırmağa başlayır. Hətta onu həbs etdirməyə çalışır. Bu məqsədlə «Azneft»də yoxlamalar apartdırıb, Camalov barədə kompramatlar toplayır. Ancaq nəqliyyat naziri Ziya Məmmədovla yaxın münasibətdə olan Camalov həbsdən yayına bilir. Bununla belə Rövnəq Abdullayevin tabeliyi altında işləyə bilməyəcəyini başa düşdüyündən, «Azneft»dən getməyə qərar verir. Hökümətdəki dostlarının, böyük ehtimalla Ziya Məmmədovun təqdimatı əsasında həmin vaxt yeni yaradılan Müdafiə Sənayesi Nazirliyinə rəhbər təyin ounur.
2005-ci ilin dekabrın 16-da yaradılan bu nazirliyin qarşısında ölkəni müdafiə sənayesi məhsulları ilə təmin etmək vəzifəsi qoyulsa da, Yavər Camalov uzun müddət iş görmək əvəzinə, özünə biznes qurmaqla məşğul olur. Həm də öz pulu ilə deyil, dövlət büdcəsindən qopardığı milyonlar hesabına. Bu haqda konkret faktlara keçməzdən öncə qeyd edək ki, 2006-cı ilin mart ayının 19-da nazir təyin olunan Y.Camalov həmin vaxtdan nazirliyin rəhbərliyinə öz adamlarını toplamağa girişir. Müdafiə Sənayesi Nazirliyinin tərkibində olan hərbi zavodların rəhbər kadrlarının əksəriyyətini dəyişdirir. Hansı ki, onlar bu sahə üzrə Azərbaycanda əvəzsiz mütəxəssislər hesab olunurdular. Əvəzində isə, Y.Camalov nazirliyin rəhbərliyinə neft sənayesində olunla işləyən şəxsləri gətirir. Verilən məlumata görə, bu və ya digər səbəbdən Rövnəq Abdullayev tərəfindən Neft Şirkətindən qovulan 200-ə yaxın işçi Müdafiə Sənaye Nazirliyində işə götürülüb. Bunu Yavər Camalovun hansı məqsədlə həyata keçirdiyini bilmək üçün çox gözləmək lazım gəlmir. Müdafiə Sənayesi Nazirliyində müdhiş korrupsiya faktlarının olması barədə mətbuata məlumatlar axmağa başlayır.

Yavər Camalovun korrupsiya layihələri

Bunlardan birincisi (mətbuatın bildiyi) Yavər Camalovun nazirliyə ayrılan 50 milyon dollara yaxın vəsaiti təmir-tikinti adıyla mənimsəməsi oldu. Belə ki, Y.Camalov nazir təyin ediləndən cəmi bir ay sonra- 2006-cı ilin aprelində birbaşa dövlət başçısının göstərişilə nazirliyin tərkibində zavodlara yeni istehsal avadanlıqlarının alınması, müəssisələrin istehsal gücünün artırılması üçün büdcədən 50 milyon dollar vəsait ayrılır. Qeyd edək ki, prezidentin belə qərar verməsində Camalovun ayrı-ayrı müəssisələrdəki dağınıq yerləri lentə alaraq, film şəklində prezidentə göndərməsinin də müəyyən rolu olub. O, belə vəziyyətdə istehsala başlamağın qeyri-mümkün olduğunu bildirib. Azərbaycan ordusunu gücləndirməyi, yerli hərbi sənayeni inkişaf etdirməyi vacib hesab edən dövlət başçısı isə, Müdafiə Sənayesi Nazirliyinə xeyli vəsait ayrıldığını vurğulayaraq qeyd edirdi ki, nazirliyin zavodlarının keyfiyyətli məhsul istehsal edəcəyini güman edir. Ancaq sən saydığını say, gör Yavər Camalov nə sayır.
Büdcədən ayrılan 50 milyon dollara yaxın vəsait istehsalın gücləndirilməsinə deyil, kiçik bir hissəsi yeni avadanlıqların alınmasına, qalanı isə zavodlarda kosmetik təmirin aparılmasına yönəldilir. Alınan avadanlıqların qiyməti dəfələrlə şişirdilərək, küllli miqdarda dövlət vəsaiti mənimsənilir. 50 milyon dolların böyük hissəsi müəssisələrin içərisini rəngləmək, işıqlandırma sistemini dəyişmək, bəzi zavodlara üzlük vurmaq və sair bu kimi işlərlə sərf olunur. İşini ehtiyatlı tutmaq, vəsaiti başqasına yedirtməmək üçün Y.Camalovun aparılan bütün təmir işlərini qardaşının şirkətinə tapşırdığı bildirilir.
50 milyon dolların təxminən 10 milyona yaxını «Alov» Elmi İstehsalat Birliyinin təmir-tikinti işlərinə «xərclənib». 8 mərtəbəli binada aparılan kosmetik təmir işlərinə bu qədər vəsaitin silinməsi doğrudan da qabiliyyət tələb edir. Ancaq bu da hələ hamısı deyil. Həmin vaxtdan sonra «Alov» Elmi İstehsalat Birliyində iki dəfə də əsaslı təmir adıyla milyonlarla manat mənimsənilib. Sonradan bu zavodun təmiri üçün 18 milyon manatın ayrılaraq mənimsənildiyi bildirilir.
Hazırda fəaliyyət istiqamətini dəyişərək, Neft Şirkətinin sifarişlərini həyata keçirən, neft avadanlıqları üçün ehtiyat hissələrinin buraxılması ilə məşğul olan «Alov»un Bakıda fəaliyyətini dayandırmış müəssisələrdən ildə 1000 tona yaxın mal aldığı bildirilir. Özü də qaiməsiz. Mənbənin sözlərinə görə, onun işlədiyi dövrdə tonu təxminən 100 dollara alınan, aşınmış metal daxili komissiya vasitəsilə 1700-1800 dollara sənədləşdirilib. Yalnız bu əməliyyatdan ildə 2 milyon dollara yaxın vəsait mənimsənilib.
Y.Camalovun nazirliyin digər müəssisələrinə yerləşdirdiyi kadrlar vasitəsilə müxtəlif maliyyə əməliyatları apardığı və dövlətə külli miqdarda ziyan vurduğu da iddia olunur. Məhz buna görə də, nazirliyin zavodlarının əksəriyyətinin fəaliyyətsiz vəziyyətdə olduğu vurğulanır. Bu səbəbdəndir ki, ölkəni hərbi sənaye məhsulları ilə təmin etmək məqsədilə yaradılan nazirlik hələ də vəzifəsinin öhdəsindən gələ bilmir. Milyardlarla manatlıq hərbi ləvazimat xaricdən alınır.
Təsadüfü deyil ki, Yavər Camalov hərbi sənaye naziri olaraq ən orijinal bir layihənin müəllifi kimi də yadda qalıb. O, Rusiyanın tank zavodları ilə birləşib tank sənayesinə kapital qoymaq fikrinə düşmüşdü. Ancaq sonra məlum oldu ki, Camalovun bu “tank” ideyasının gedişində başqa bir “separat” sövdələşmə aparılıb. Həmin sövdələşməyə görə Belarus və Azərbaycan arasında 200 ədəd tankın alınması barədə razılaşma əldə edilib. Yəni, əslində söhbət istehsaldan yox, idxaldan gedib.

Nazirlikdəki müdhiş korrupsiya faktları niyə cəzasız qaldı?

Nazirliyin əməkdaşlarının mətbuata ötürdüyü növbəti məlumatlar daha dəşətli faktları ortaya çıxardı. Mətbuata müraciət edən nazirliyin əməkdaşları Yavər Camalovun 25 dekabr 2007-ci ildə verdiyi 426 saylı əmr əsasında zavodların balansına verilmiş yeni alınmış avadanlıqların qiymətləri ilə bu avadanlıqları satan firmaların onlara qoyduğu qiymətlərin müqayisəsini ortaya çıxaran cədvəli göndərmişdilər. Cədvəldən görünür ki, alınan avadanlıqların qiyməti 4,7 faizdən başlayaraq, 89 faizə qədər şişirdilib. Təkcə 12 dəzgahın alınmasından 3 milyon 892 min manat vəsait mənimsənilib. Nazirin 426 saylı əmrində göstərilən avadanlıqların alışında, şişirtmə orta hesabla 8 dəfə qəbul olunarsa, avadanlıqların alınmasına sərf olunduğu göstərilən 9 milyon 399 min 558 manatın 8 milyon manatının mənimsənildiyi ortaya çıxar.
Bundan əlavə işçilər nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan pulların yeyilməsi və istehsal müəssisələrinin yaradılması üçün ayrılan vəsaitlərin oğurlanması faktlarını da ortaya çıxardılar. Nazirliyin işçiləri bildirirlər ki, həmin vəsaitlər demək olar ki, bütövlükdə zavod direktorları tərəfindən həmin an nağdlaşdırılır və nazirin birinci müavininə (Yəhya Musa oğlu Musayev-red.) qaytarılır. Onların sözlərinə görə, zavodların hesab açdıqları banklar yoxlanılarsa, həmin nağdlaşma əməliyyatları görünər. Zavodlar isə tələm-tələsik, kobudcasına, böyük səhvlərə yol verərək həmin vəsaitləri silirlər.
Yeyinti prosesində istifadə olunan digər bir yol isə ölkə prezidentinin sərəncamından sui-istifadədir. Nazirliyin işçilərinin sözlərinə görə, prezident müdafiə sənayesinin inkişafını təmin etmək, zavodların büdcəyə və banklara olan borclarını dondurmaq üçün sərəncam verib: “Bu sərəncam demək olar ki, zavodları maliyyə böhranından çıxararaq istehsal müəssisələri qurmaq üçün münbit şərait yaradır. Təəssüf ki, nazirliyin rəhbərliyi bu imkandan başqa məqsəd üçün istifadə edir. Nazirliyin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodlar böyük məbləğlərdə kredit götürüblər. Həmin kreditlərin 70-80 faizi nağdlaşdırılaraq nazirliyin rəhbərliyinə rüşvət olaraq verilib. Zavodlar alınmış kreditlərin rüşvət hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayıblar. Həmin sənədlərdə sexlər yerləşən binaların damlarının əsaslı təmir olunduğu göstərilir. Halbuki yağış yağan kimi, sexlərdə bütün avadanlıqlar su altında qalır”.
Şikayətdə göstərilən cədvəldə şişirtmələrin konkret hansı dəzgahların alınmasında həyata keçirilməsi də qeyd olunub. Məsələn, özəl firmalar 3 koordinatlı frez dəzgahının 1 ədədini 43 min 200 manata satsalar da, MSN bu qiymətə aldığı 3 dəzgahın hər birini 332 min 324 manata rəsmiləşdirməklə 7,6 dəfə şişirtməyə yol verib. Alınan 4 koordinatlı 3 frez dəzgahının bazar qiyməti 43 min 200 manat olsa da, MSN-in sənədləşdirilməsində onların hər birinin qiyməti 384 min 728 manat 16 qəpik göstərilib. Bu dəzgahların alınmasında 8,9 dəfə şişirtməyə yol verilib. Bazar qiyməti 44 min 455 manat olan pardaxlama dəzgahı isə 212 min 500 manata rəsmiləşdirilməklə qiyməti 4,78 dəfəyə kimi şişirdilib. 22 min alış qiyməti olan xonlama dəzgahının rəsmiləşdirilməsi zamanı isə fantastik şişirtməyə yol verilib. Dəzgahın qiyməti 1 milyon 960 min manata rəsmiləşdirilib. 4 ədəd torna dəzgahı üçün 60 min 200 manat ödənilsə də, MSN-in sənədləşməsində bu məbləğ 917 min 41 manat 2 qəpik kimi göstərilib.
Bu faktlar ortaya çıxdıqdan sonra çoxları Yavər Camalov barəsində cinayət işinin qaldırılacağını gözləsə də hüquq-mühafizə orqanları, özlərini görməməzliyə vurmağı üstün tutdular. Kim bilir, bəlkə də «razılığa gəliblər».
Görünür, Camalovun cəzasız qalması onun işçilərini də «fəallaşdırıb». Yalnız Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müdafiə Sənayesi Nazirliyinin «Sənayecihaz» Elm-İstehsalat Birliyinin anbarından 630 kiloqram «Titan S-300» markalı xammalı oğurlanyanlar tutulub.

Yavər Camalovun böyük biznes imperiyası

Müdafiə Sənayesi Nazirliyində həyata keçirdiyi bu əməliyyatlar nəticəsində Yavər Camalov son illər özünə böyük biznes imperiyası qurmağa nail olub. Belə ki, deyilənə görə, «İnqilab» küçəsində yerləşən əksər böyük ticarət və xidmət obyektləri Yavər Camalova məxsusdu. Bunlara, «Aksessuar İnşaat», «Çinar market» mağazası və sair daxildir. Bundan əlavə «Kral» şadlıq evi və eyni adlı restoranlar şəbəkəsinin də Yavər müəllimə məxsus olduğu bildirilir. Səməd Vurğun küçəsində «Olimpik Star» idman kompleksinin, «Ambasator» oteli və restoranının, “Qızıltac” və «Niaqara» restoranlarının Yavər Camalova məxsusluğunu bilməyən az adam olar. Sonuncuya hazırda Camalovun oğlu rəhbərlik edir. Onun şəhərdə xeyli sayda kiçik iaşə müəssiəsinin olduğu da verilən məlumatlar sırasındadır.
Bundan əlavə, Yavər Camalov şəhərin mərkəzində böyük telefon mağazaları şəbəkəsinə malikdir. Bu mağazalar Axundov adı ilə tanınır. Qeyd etdiklərimiz Yavər Camalovun məxsus olduğu obyektlərin təbii ki, hamısı deyil.
Yavər Camalov paytaxtda və onun ətrafında iri obyektlərə yiyələnməklə yanaşı, rayonlarda, xüsusilə Sabirabad, Saatlı və Salyan rayonlunda iri torpaq sahələri alır, heyvandarlıqla məşğul olur. Məsələn, Yavər Camalovun Salyan rayonu Qaraçala kəndində heyvandarlıq və südçülüklə məşğul olan “Hacıcamalxan” adlanan fermer təsərrüfatı var. “Hacıcamalxan”ın məhsulları Camalovların Bakıdakı restoranlarına və əyləncə mərkəzlərinə dağıdılır. Burada və adlarını çəkdiyimiz digər rayonlarda onun 1000-lələ baş kiçik və iri buynuzlu heyvan saxlatdırdığı bildirilir. O da qeyd olunur ki, Yavər Camalovun aqrar sektordakı biznesini qardaşı Əlikram Camalov idarə edir. Yavər Camalova arxalanaraq, özünü Salyanın ağası kimi aparan Əlikram Camalova rayonda “gözünün üstündə qaşın yoxdur” deyən yoxdur.
Qardaşlarından söz düşmüşkən, Yavər Camalovun digər qardaşı- Şirvanda icra başçısı olan Mərdan Camalovun da rayonda hərbi rejim yaratdığı bildiriir. Şirvanda icra başçısının sıravi vətəndaşla birbaşa ünsiyyəti yolverilməz məsələyə çevrilib. Rayon rəhbəri ictimaiyyətdən təcrid olunub. Yavər Gamalov ölkədə daşınmaz əmlaka, iri vilalara malik olan məmurlar arasında da ön sırada dayanır. Onun təkcə Teymur Əliyev küçəsində (milyonçular məhləsində) 3 villası mövcuddur. Bu villalarn hər birinin dəyəri 3-4 milyon dollardı. Ancaq bu, Yavər Camalovun varidatının qabağında elə də böyük məbləğ sayılmır.
Camalovların Ceyhun Hacıbəyli 54 ünvanında da bir neçə villası var. Evlərin hər birinin qarşısında polis postu qoyulub, müşahidə kameraları quraşdırılıb. Burdakı villalardan birindən Yavər Camalovun oğlu yaşayır. Ətrafda yaşayan sakinlərin dediyinə görə, nazirin oğlu polis polkovnik-leytenantı Camalov Elşən Yavər oğlu Nizami rayonunda mühafizə polisinin rəisi vəzifəsində çalışır. Nəzərə çatdıraq ki, Y.Camalovun oğlunun villası böyüklüyünə və xarici görünüşünə, dəbdəbəsinə görə nəqliyyat naziri Ziya Məmmədovun qonşuluqdakı imarətindən sonra ikinci yerdə dayanır. Umimiyətlə, son vaxtlar Yavər Camalov həddən artıq varlanıb. Onun Moskvada, Türkiyədə də xeyli sayda daşınmaz əmlakının olduğu bildirilir.
\ gundemxeber \








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru