İRAN-ERMƏNİSTAN QARDAŞLIĞININ TƏZAHÜRÜ
Tarix: 3-05-2013, 10:07 |
Çap et
SƏRHƏDDƏ QUMARXANA AÇILIBErmənistanın Maliyyə Nazirliyi İranla sərhəddə, Mehri rayonu ərazisində kazino və uduşlu oyunlar üçün reqlament layihəsini hazırlamalıdır. ANS PRESS-in məlumatına görə, bu barədə qərarı Ermənistan hökuməti qəbul edib. Beləliliklə, Ermənistan ərazisində sayca dördüncü kazino açılmış olacaq.
Son kazinonunun açılması üçün seçilən yer xeyli maraqlıdır - İran sərhədi. Məlumdur ki, İranda bu cür oyunlar qadağandır. Bu baxımdan, sərhəddə kazinonun açılması qumar oyunlarına marağı olan iranlıların diqqətini cəlb etməkdən ibarətdir. Rəsmi İrəvan bu yolla Ermənistana get-gedə azalan turist axınını dirçəltmək məqsədi güdür. Yəni, niyyət qumar oynamaq üçün İran-Ermənistan sərhədini keçənlər hesabına ölkəyə gələn əcnəbilərin sayını artırmaqdan ibarətdir.