DİA.AZ: - Bəli, dəyərli oxucu, bura Astara rayonudur. Azərbaycanın ən dilbər guşələrindən biri. Həm də rəsmən xarabalığı xatırladan bir ünvanı. Çünki bu rayona rəhbərlik edən Qəzənfər Ağayev cənablarının başı büdcədən ayrılan pulları dədə malı kimi mənimsəməyə elə qarışıb ki, Astarada abad olan yerlər barmaq sayından da azdır.
DİA.AZ bildirir ki, dəfələrlə Astaranın hazırki utancverici mənzərəsi barədə problem qaldırılsa da, nədənsə rəköyün icra başçılarından olan Qəzənfər Ağayevin yarıtmaz fəaliyyətinə irad bildirən tapılmadı.
Düz bir il əvvəl bu fotoları təqdim etmişdik. dia-az.life-ın Astaradakı əməkdaşı bildirir ki, yenə də mənzərə eynisidir. Heç nə dəyişməyib.
Biz də təkrar olaraq neft pullarının qoxusunu ala bilməyən Azərbaycanın bu dilbər guşəsini yenidən xatırlamaq qərarına gəldik. Qoy görənlərin gözləri sevinsin...
Burası Azərbaycandır... 21-ci əsrin Azərbaycanı...