Naxçıvanda nazirə məxsus müəssisədə CİNAYƏT - İTTİHAM VAR
Tarix: 30-06-2016, 09:12 |
Çap et
Naxçıvan Muxtar Respublikasının (MR) nazirlərindən birinə məxsus olan müəssisədə cinayət faktı qeydə alınıb. Bu haqda Hurriyyet.org-a məlumat verən mənbənin sözlərinə görə, müəssisənin işçiləri arasında baş verən mübahisə qanlı faciə ilə nəticələnib. Bu səbəbdən, adını hələlik açıqlamadığımız nazir tərəfindən cinayət faktının gizlədilməsi haqda göstəriş verilib. Odur ki, sözügedən müəssisənin rəhbərliyi zərərçəkənin yaxınlarını pul gücünə susdurmağa cəhd edirlər.
Mənbə deyir ki, bu fakt zərərçəkənin bəzi yaxınları və iş yoldaşları arasında ciddi narazılıq yaratsa da, kimsə nazirə məxsus müəssisədə baş verən cinayət işinin ört-basdır edilməsinə qarşı çıxa bilmir.
Hurriyyet.org
P.S. Oxucuların diqqətinə çatdıraq ki, cinayət faktı baş verən müəssisənin və onun sahibi olan nazirin adı bizə bəllidir. Sadəcə, bu işin araşdırılması məqsədilə Naxçıvan MR-ə əməkdaşımızı ezam etdiyimizdən, hələ ki, bu haqda əlavə açıqlama verməyi məqbul hesab etmirik. Bununla belə, tezliklə cinayət faktını gizlədən nazirin kimliyi və cinayət hadisəsinin başvermə səbəbləri haqda ətraflı məlumat verəcəyik. Bizi izləyin.