Naziri kölgədə qoyan müavini... - Onun sözünün kəsəri daha çoxdur
Tarix: 15-09-2016, 08:51 | Çap et
Məlum olduğu kimi, ölkəmizdə son illərdə çoxsaylı müasir, Avropa standartlarına uyğun, zəngin maddi-texniki bazaya malik, yüksək səviyyəli avadanlıqlarla təmin olunmuş müalicə müəssisələri açılıb. Görülən işlər ona görədir ki, xəstələr əziyyət və əlavə xərc çəkib müalicə üçün xarici dövlətlərə üz tutmasın. Səhiyyə sahəsinə külli miqdarda vəsait ona görə ayrılır ki, ölkədən məzənnə axını olmasın. Lakin Səhiyyə Nazirliyinin rəhbərliyində təmsil olunan bəzi şəxslər bir sıra özbaşına əməllərə imza atmaqla bu sahədə problemlərin meydana çıxmasına səbəb olurlar. Məhz həmin şəxslərin işlərində yol verdikləri nöqsanların nəticəsində ölkədən milyonlarla vəsait xaricə axır. Aidiyyəti olan bütün beynəlxalq təşkilatların, o cümlədən ən mötəbəri hesab edilən Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı hesabatlara əsasən, uşaq ölümü, ana ölümü, müxtəlif xəstəliklərdən ümumiyyətlə ölüm faizi, infeksion xəstəliklərin yayılma dərəcəsi kimi göstəricilərə görə ölkəmiz ön sıralarda durur və az qala Afrika ölkələri ilə bir sırada gedir. Bu gün sizə Səhiyyə Nazirliyinin fəaliyyətini iflic hala salan şəxslər və onların həyata keçirdikləri qeyri-qanuni işlər haqqında məlumat vermək istəyirik. Gundelik-baku.com kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin fəaliyyətini bərbad hala salan şəxslərdən biri nazir müavini Nigar Əliyevadır. Qeyd edək ki, Nigar Ramiz qızı Əliyeva 12 fevral 2009-cu ildən bu vəzifədə işləyir. Bizə çatan məlumatlarda bildirilir ki, əvvəllər Respublika Diaqnostika Mərkəzində sıravi həkim işləmiş Nigar Əliyeva nazir müavini kimi ona tapşırılan işlərin öhdəsindən gələ bilmir: "Xanım məmurun adı son vaxtlar ancaq qalmaqallı hadisələrdə, büdcə vəsaitlərindən istifadədə və sair xoşagəlməz işlərdə çəkilib. O da bəzi vəzifəli şəxslər kimi şəxsi imkanlarını yaxşılaşdırmaq barədə fikirləşir. Nazir müavini postuna qoyulana qədər maddi baxımdan sıxıntı yaşayan Nigar xanım hazırda ölkənin ən varlı şəxslərindən birinə çevrilib. Bu illər ərzində Bakının müxtəlif ərazilərində mənzillər, ticarət obyektləri alıb. Əlində olan səlahiyyətlərdən istifadə edərək qohumlarının adına apteklər, bir neçə özəl klinika açdığı deyilir. Hətta yığdıqlarının ömrünün axırına kimi ona bəs etdiyi bildirilir. KİV-in məlumatına görə, Nigar Əliyevanın əsas qazanc yerlərindən biri də səhiyyə ocaqlarına təyinatlarla bağlıdır. Gundelik-baku.com xəbər verir ki, Bakı şəhərində, o cümlədən bölgələrdə fəaliyyət göstərən doğum evləri və qadın məsləhətxanalarının əksəriyyətinin rəhbər işçiləri nazir müavininin kadrlarıdır. Təbii ki, həmin insanlar təmənnasız olaraq vəzifəyə qoyulmayıblar. Yerləşdiyi qəsəbə və rayondan asılı olaraq hər doğum evinin, qadın məsləhətxanasının baş həkimi vəzifəsinin öz problemi var. Sıravi həkim işləmək isə nisbətən problemsiz başa gəlir. Ən dəhşətlisi isə odur ki, Nigar Əliyevanın vasitəsilə vəzifəyə düzələn şəxslər vətəndaşlara əlavə problemlər yaradır və səhiyyə sektorunda rüşvətxorluğun yayılmasına zəmin hazırlayırlar". Xatırladaq ki, nazir müavininin adı bir müddət əvvəl qalmaqallı olaya qarışmışdı. Belə ki, Aygün Əliyeva adlı qadın 200 nəfəri aldadaraq onlara ümumilikdə 5 milyon manat ziyan vurub. Bu işlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində 22 epizod üzrə istintaq aparılıb. Məhkəmənin qərarı ilə 5 il azadlıqdan məhrum edilən Aygün Əliyeva bəzi maraqlı məqamları açıqlayıb. Qeyd edək ki, adıçəkilən xanım axtarışda olduğu vaxt 15.06.2012-ci ildə Lerik Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirib. Doğum haqqında sənədi xəstəxananın nevropatoloqu Etibar Həşimov verib. Məhkəmənin 29 noyabrda Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə (böhtan atma) hökm oxuduğu son iclasında Aygün Əliyeva uşağın sənədini səhiyyə nazirinin müavini Nigar Əliyeva vasitəsilə aldığını deyib: "Nigar rəfiqəmdir, hara yazsanız da o cavabınızı verəcək. Bütün respublikanın səhiyyəsinə o baxır. Nəyi sübuta yetirəcəksiniz?". Saxta sənəd hazırlamaqda ittiham olunan nazir müavininin barəsində isə təəssüf ki, heç bir tədbir görülməyib. Yəqin buna görədir ki, Nigar xanım səhiyyə sistemində öz bildiklərini edir. Aldığımız məlumata görə, Nigar Əliyeva o dərəcədə özünə arxayındır ki, hətta nazirin icazəsi və razılığı olmadan da qərarlar verə bilir. Bu isə Səhiyyə Nazirliyinin daxilində ikitirəliyin yaranmasına səbəb olur. Bildirilir ki, belə olan halda Nigar Əliyevanın vasitəsi ilə vəzifə almış səhiyyə işçiləri nazirin əmrlərinə qarşı sayğısız yanaşırlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|