Bu uşaq gözəllik salonunda müştəriləri aldadırlar - ARAŞDIRMA
Tarix: 19-09-2016, 08:32 | Çap et
Son vaxtlar internetdə, televiziya kanallarında, radioda uşaqlar üçün gözəllik salonlarının reklamlarına tez-tez rast gəlirik
Bu salonlarda 16 yaşınadək uşaqlar üçün saç düzümü, saçların boyadılması, dırnaqların manikürü, hətta kimyəvi qaynaq xidmətləri təklif edirlər. Bu profilli fəaliyyət üzrə ixtisaslaşan məkanlardan biri də – Neftçilər prospekti, 145-də yerləşən "Barbarisso” uşaq gözəllik salonudur. "Barbarisso”ya müraciət edərək orada nəzakətsiz davranışla rastlaşan xanım müştərilərdən biri Azinforum.az İnformasiya Portalına müraciət edib. Hələlik adının açıqlanmasını istəməyən xanım bildirdi ki, sözügedən salon reklam vasitəsilə müştəriləri aldadır:
"Mən bunu söz yığını olaraq demirəm. Konkret rastlaşdığım situasiyanı əsas götürərək danışıram. Mənim kimdənsə çəkinəcəyim də yoxdur. Əgər salon mənim dediklərimi təkzib edərsə, onlarla məsələni istənilən instansiyada aydınlaşdırmağa hazıram. Sadəcə, mənim istəyim budur ki, insanlar maariflənsin və gələcəkdə aldanaraq, onların toruna düşməsinlər. Sizə uşağımın oradakı xidmətdən istifadə etdiyini sübut edən fotoları da təqdim edirəm. Qızım 2 yaş 6 aylıqdır. Doğulandan saçını kəsdirməmişdik. Qərara gəldik ki, saçını təmiz qırxdıraq. Bunun üçün də, gigiyenik cəhətdən təmiz olan bir yer axtarışına çıxdım. İnternetdə apardığım axtarış zamanı "Barbarisso” marağımı cəlb etdi. Zəng vurdum, telefonda çox mehriban danışdılar. Qiymətin 20 manat olduğunu dedilər. Baxmayaraq ki, saç kəsimi ilə keçəl olunmağa heç bir fərq qoyulmur. Razılaşdım, uşağı da götürüb həmin ünvana yollandıq. Bizi heç kim qarşılamadı. Ancaq telefonda bizə deyilmişdi ki, təmtəraqlı qarşılanma, valideyn üçün çay və ya kofe, uşağı adaptasiya etmək üçün, əyləncə təqdim ediləcək. Heç biri olmadı. Məni dərhal kassaya yönəltdilər və 20 manatın tez ödənilməsini istədilər. Ödənişdən sonra mənə heç bir çek təqdim olunmadı. Yalnız deyildi ki, bir neçə dəfə onların xidmətlərindən istifadə edərəmsə, güzəşt oluna bilər. Pulu ödəyən kimi uşağı işində naşı olduğu təsirini bağışlayan bir bərbər əlimdən alıb kresloda əyləşdirdi və başladı sterlizə olunmayan bir maşınla onun saçını qırxmağa. Mən alətlərin niyə sterilizə olunmadığını soruşdum. Kobud şəkildə cavab verdi ki, olunub. Ancaq görmüşük ki, belə alətlər müştərinin gözü qarşısında sterlizə edən aparatdan çıxarılmalıdır. Hər halda, belə olanda müştərinin təmizliklə bağlı şübhəsi də olmur. Artıq uşağın saçının yarısını qırxmışdı. Etiraz etdiyimi görəndə saxladı və dedi ki, özünüz bilin, uşağınızı apara bilərsiniz. Rəhbərliyi tələb edəndə, məni kassaya yönəltdilər. Orada oturan hündürboy qız mənə dedi ki, seçim sizindi, ya uşağı yarımçıq aparın, ya da qoyun bərbər işini tamamlasın. Mənim uşağıma göstərilən qulluq cəmi 2 dəqiqə çəkdi. Bərbər işini qurtarandan sonra, uşağın başına "prisipkadan” başqa nəsə vurmadı. Sonuncu etirazıma isə kassada oturan xanımın reaksiyası belə oldu : "Get, hara istəyirsən şikayət et”.
Şikayətçinin dediklərinə münasibət öyrənmək üçün "Barbarisso” ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, onlarda 20 manatdan aşağı saç kəsilmir və bütün alətləri sterlizə edilir.
Azinforum.az olaraq qeyd etmək istəyirik ki, azyaşlıların səhhətinə, psixoloji durumuna zərər vuran belə salonların fəaliyyətinə publik şəkildə etiraz edənlər də az olmayıb. Azərbaycan Uşaqlar Birliyindən rəhbəri Kəmalə Ağazadə açıqlamasında valideynlərə müraciət edərək uşaqlar üçün təhlükə mənbəyinə çevrilən gözəllik salonlarına getməməyi tövsiyə edib.
Hüquq müdafiəçisinin fikrincə, pul qazanmaq üçün müxtəlif vasitələrdən istifadə edən iş adamlarının uşaqlar üçün belə salonlar açmasını haradasa anlamaq olar: "Onlar ağına-bozuna baxmadan yalnız pul qazanmaq istəyir. Bəs valideynlər öz övladlarının sağlamlığını, psixoloji durumunu niyə nəzərə almırlar? Uşağın da manikür-pedikürə ehtiyacı olar? Nə olub, dabanları çatlayıb, dəriləri qırışıb, yoxsa əlləri, dırnaqları qabarlaşıb?” K.Ağazadə bildirir ki, artıq belə salonlarda gün keçirən valideynlərin sayı artır:
"İş adamları pul qazanmaq üçün istənilən qərarı qəbul etməyə hazırdır. Onlar atdıqları addımın sonunu yox, insanların tələbatını və zövqlərini əsas götürür. Təəssüf ki, valideynlər isə öz övladına oyuncaq kimi baxırlar. Yüzlərlə üzdəniraq valideyn həmin reklama aldanır, hətta "uşağı "Barbarisso”da bəzəndirdim” deyə öyünənlər də var.
Reklamlara aldananlardan soruşmaq istəyirəm: bu salonların yoluxucu xəstəlik yaymadığını necə əmin olublar? Axı salonlardakı nə yüksək xidmət haqqı, nə də otaqların bəzək-düzəkli olması bu obyektlərdə xəstəliklərin yayılma ehtimalını azaltmır. Bilmirsiniz ki, uşağınız o salonda daha nələrlə qarşılaşacaq. Boyalı uşaqlarının dünyagörüşü də başqa olacaq. Körpələrin təkcə saçlarını deyil, gələcəyə baxışlarını da boyayırsınız”.
Təşkilat rəhbərinin sözlərinə görə, dünyanın əksər ölkəsində uşaqlara xidmət göstərən salonlar var:
"Mən xarici ölkələrdəki salonların xidmətləri ilə tanış olmuşam. Həmin salonlarda saç kəsimi və ya saç düzümü ilə yanaşı uşaqlar üçün əyləncəli oyunlar da təşkil edilir. Masalar uşaqların yaş qrupu üzrə quraşdırılıb, saç ustaları uşaqlarla məntiqi oyunlar oynayırlar. Bəzi gözəllik salonları uşaqların intellektual dünyagörüşünün formalaşmasına xidmət edəcək oyunlarla məşhurlaşıb. Amma Bakıdakı salonlarda dırnaq, saç boyanması xidmətləri göstərilir, ağlayan uşaqlara dırnaq boyası, pomadalar verilir ki, sakitləşsin”.
Azinforum.az saytı məsələnin aktuallığını nəzərə alaraq Neftçilər prospekti, 145-də yerləşən "Barbarisso” tərəfindən təqdim edilən xidmətlərlə maraqlanıb. Sözügedən uşaq gözəllik salonunda uşaqlar üçün saç kəsilməsi və düzümləri, saç yığımı, uşaq manikürü və pedikürü, hətta tatu xidməti göstərilir. Bu salonda uşaqlar üçün dodaq boyaları, tuş, dırnaq boyası, ənlik və digər kosmetik vasitələr satılır.
Salonun adını söyləmək istəməyən əməkdaşı bizi inandırmaq istəyir ki, onlar ABŞ-ın məşhur firmaları tərəfindən istehsal edilən kosmetik vasitələrdən istifadə edirlər və bu da guya tam təhlükəsizdir. Saç boyasının tərkibində guya hətta kimyəvi vasitələr də yoxdur. Dodaq boyasının qablaşdırılması üzərində göstərilən onlarla kimyəvi maddələr də uşaqlar üçün təhlükəsiz imiş. Amma şirkətin rəsmi səhifəsində uşaqlar üçün istehsal etdiyi boyaların tərkibində yüz faiz təbii vasitələrdən istifadə edildiyinə dair heç bir məlumat yoxdur.
"Barbarisso”nun rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkədə valideynlərə uşaqların körpə ikən gözəl görünməyə alışdırılması tövsiyə edilir: "Biz uşaqlara öz xarici görünüşlərinə qulluq etməyi və özlərini sevməyi, dəbli, hətta bəzəkli və təmtəraqlı görünməyi öyrədirik”.
Uşaqlara göstərilən xidmətlərin qiymətinə gəldikdə isə saç kəsimi 20 manata, saç düzümləri 15-35, saç boyadılması 15-50 manata başa gəlir.
Mövzuya qayıdacayıq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|