İcra başçısının “saxta veteran” biznesi ifşa olunub - NARAZILIQ VAR...
Tarix: 1-10-2016, 10:05 |
Çap et
Bir neçə ay bundan əvvəl Gədəbəy rayon İcra Hakimiyətinin başçısı Ramiz Yediyarovun veteranlıq statusu düzəltdirmək adı ilə vətəndaşlardan kütləvi surətdə pul yığdırması haqda mətbuatda yazılar dərc olunmuşdu. Həmin yazılarda başçısının külli miqdarda büdcə vəsaitinin qanunsuz xərclənməsi yolu ilə vergidən yayındırılmasına şərait yaradan əməllərə yol verdiyi qeyd olunurdu. Bununla bağlı cumhuriyyet.az-a daxil olan son məlumatlar onu deməyə əsas verir ki, Ramiz Yediyarova müharibə şəraitində olan bir ölkənin vətadaşının döyüş ruhuna zərbə vuran bu əməlləri sona çatdırmaq imkanı verilməyib.
Təsdiq olunması üçün aidiyyati dövlət qurumlarına göndərilən və veteranlıq statusu almaq üşün bir ətək pul ödəmiş şəxslərin siyahısı bir müddət əvvəl geri qaytarılıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə dövlət qurumları siyahı üzrə adları keçən şəxslərin veteranlıqlarını təsdiqlənməyərək geri qaytarıb. Amma bu fakt icra hakimiyyəti tərəfindən vətəndaşlardan gizlədilir.
İcra hakimiyyəti və hərbi komissarlığın rayon şöbəsi tərəfindən dələduzluq yolu ilə vətəndaşlardan alınaraq mənimsənilmiş yüz min manatdan artıq vəsaitin kimin tərəfindən geri qaytarılacağı da bu gün məlum deyil.
Hələlik vətəndaşlardan gizli saxlanılan, amma gizlədilməsi mümkün olmayan bu məsələnin yaxın vaxtlarda rayonda böyük gərginlik yaradacağının şübhəsiz olduğu da gələn məlumatlar sırasındadır.