"Mirşahin Ağayevin qardaşı məni aldadıb, pulumu qaytarmır" - ŞİKAYƏT VAR
Tarix: 26-11-2016, 10:24 | Çap et
Bayıl qəsəbəsi 6-cı mədəndə yaşayan Qəzənfər Davud oğlu Qəzənfərov Hurriyyet.org-a müraciət edərək bildirir ki, bu ilin 6 avqustunda Mirəddin Mirdilavər oğlu Ağayev ad-soyadlı şəxslə tanış olub. Deyir ki, oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında test imtahanlarından keçib, qabiliyyət imtahanından keçmək üçün rüşvət tələb olunduğuna görə, bu ali məktəblə əlaqəsi olan şəxs axtarıb.
Ağ xalat geyib, özünü həkim kimi təqdim etdi
Taksi sürücüsü olan Q.Qəzənfərov Bayıl qəsəbəsində diş həkimi işləyən Şahin adlı şəxs vasitəsilə M.Ağayevlə tanış olduğunu deyir: “Mənə dedilər ki, Mirəddin “Semaşko”-da həkim işləyir. Diş həkimilə getdik Mirəddinlə görüşdük, əynində ağ xalat vardı. Mən də inandım ki, bu həkimdi, hər yerlə əlaqələri var. Sən demə, həkim deyilmiş, diş həkiminin xalatını alıb, geyib əyninə, dayanıb, xəstəxananın qapısında. Mirəddinlə tanış olduqdan sonra dedi ki, İdman Akademiyasının böyüyüylə ailəvi dostdular. Zəng etdi, kimləsə danışdı, tapşırdı ki, bu ad-soyadda uşağı instituta düzəlt. Sonra mənə dedi ki, 2 min manat pul verməliyəm, avqustun 6-dək. Getdim qeydiyyatda olduğum Qobustan rayonuna, bankdan kredit götürüm. Ala bilmədim. Qohum-əqrəba, dost-tanışı da aradım, borc tapa bilmədim”.
“Qurban kəsdirib, yeyib-içib, ata-anamı da aldatdı”
Q.Qəzənfərovun sözlərinə görə, diş həkimi tez-tez zəng edib onu tələsdirib ki, Mirəddin deyir vaxtı bitir, oğlunun işi düzəlməyə bilər: “Məcbur olub ailəmin qır-qızılını Mərkəzi Univermaqda dəyər-dəyməzə satdım, gətirib pulu verdim. 5-6 saat keçəndən sonra Mirəddin zəng edib, dedi, gözün aydın oğlun ali məktəbə qəbul oldu. Nəsə şübhələndim. Zəng etdim, üzbəüz görüşdük. Dedim, həkim, nə tez qəbul oldu, heç uşaqla görüşmədiniz. O da dedi ki, ocağım haqqı, mən ağır seyidəm, hacıyam, özü də Mirşahinin qardaşıyam, get bir qurban da kəs. Mən də bisavad adamam. Hardan bilim mənə kələk qurublar. Şamaxıda atamgildə qurban kəsdik, qonaqlıq elədik. Diş həkimi Şahin Şamaxıya getməkdən çəkindi, amma Mirəddin gedib, yeyib-içib, ağsaqqal atamı, ağbirçək anamı da aldatdı ki, arxayın olun, nəvəniz ali məktəbə girib”.
“Dilindən kağız da verdi ki, pulu çatdıracaq”
Taksi sürücüsü deyir ki, sentyabrın 15-i həmin şəxslə əlaqə saxlayıb, oğlunun dərsə nə vaxt gedəcəyi ilə maraqlanıb, adam da ona deyib ki, ayın sonunda: “Nə vaxt zəng etdim, məni get-gələ saldı. Bayılda 20-ci sahədə ev ünvanını tapdım. Qonum-qonşusundan öyrəndim ki, Bayılda hamı onu maşennik kimi tanıyır. Bu adam həkim-zad deyil. Qardaşı Mirşahinin adından istifadə eləyib dəllalıqla, onu-bunu aldatmaqla məşğuldur, oğlu Turalı da tutub basıblar dama. Atam-anam, ailəmlə birgə gedib qapısının ağzını kəsdirdik. Həyat yoldaşı ailəmə deyib ki, əri onnan-bunnan borc alıb, verməklə məşğuldur. Mirəddin zənglərimə cavab vermədi. Diş həkimi vasitəsilə danışırdıq. Oktyabrın 30-u dilindən kağız verdi ki, noyabrın 1-i günorta saat 2-də pulu çatdıracaq. Axşam düşdü, gəlib çıxmadı”.
Polisi də aldatdı...
Q.Qəzənfərov Səbayel rayon 8-ci polis şöbəsinə şikayət edib: “Polis kapitanı, tədqiqatçı Mahir müəllim çağırdı, Mirəddin gəldi, təsdiqlədi ki, pulu məndən alıb. Kapitan dedi ki, pulu gətirib verməsən, işini istintaqa verəcəm. O da söz verdi ki, qaytaracaq. Noyabrın 18-dən də telefonlarını bağlayıb. Polis kapitanı da deyir ki, işi istintaq verib”. Q.Qəzənfərov bizə Mirəddin Ağayevin və diş həkiminin bir neçə nömrəsini təqdim etdi. Həmin telefonlara cavab verən şəxslər cavab verdilər ki, səhv düşmüsüz. Sonra isə bütün nömrələr daxil olan zənglərə cavab vermədi. Polis tədqiqatçısı Mahir Feyzullayev: “Ya tutulacaq, ya da pulu qaytarılacaq” Məsələ ilə əlaqədar Səbayel rayon 8-ci polis bölməsinin tədqiqatçısı Mahir Feyzullayevlə əlaqə saxladıq. O, Q.Qəzənfərovun dediklərini təsdiq etdi və bildirdi ki, iş istintaqa verilib. "Zərərçəkənin pulu qaytarılacaqmı?" polis kapitanı belə cavab verdi: “Ya Mirəddin Ağayev həbs olunacaq, ya da o adamın pulunu qaytaracaq”. "Həbs olunacağı halda, pul qaytarılmayacaq?" M.Feyzullayev cavab verdi ki, bu haqda heç nə deyə bilməz: “Hazırda iş istintaqdadır. Qaytarılacaq, qaytarılmayacaq, bu məsələnin artıq mənə aidiyyəti yoxdur”.
“Pulumu verin!..”
Q.Qəzənfərov isə pulunun qaytarılmasına daha çox israrlıdı: “Mirəddin qardaşının şöhrətindən istifadə edib mənim kimi nə qədər ailələrə belə zərbə vurub. Əlbəttə həbs olunsa, daha yaxşıdır ki, innən sonra başqalarını da aldatmasın. Amma onu həbs etmək polisin, məhkəmənin işidir. Mən pulumu istəyirəm. Ərizəmdə də yazmışam ki, ailəmin 5 min manat dəyərində olan qızılını 2 min manata satmışam, mənə dəymiş ziyandan 2 min manat qaytarılsın. Bir dələduzun dalınca düşüb, işimi itirmişəm, naəlac qalıb ailəmin yeganə qazanc yeri olan maşınmı satmışam, ac-yalavac qalmışıq. O, məni ailəmin yanında başıaşağı edib. Pulumu qaytarmayınca, mən əl çəkən deyiləm”.
Hüquqşünas rəyi: “Zərərçəkən dələduzun əmlakına həbs qoydura bilər”
Qeyd edək ki, bu cür faktlara tez-tez rast gəlinir. Dələduzluq edən şəxs həbs olunur, zərərçəkənə dəymiş zərər ödənmir. Hüquqşünas İradə Cavadova Hurriyyet.org-a bildirdi ki, bu hal vətəndaşların hüquqi savadsızlığı üzündən baş verir: “Dələduzluq faktı o halda olur ki, insanların etibarından sui-istifadə edilib, aldadılır. Şikayətçiyə dəymiş zərər ödənərsə, şikayət geri götürülər, barşışıq əldə olunar və iş xitama getməz. Amma pul az miqdarda oduqda bu mümkündür. Şəxs cinayət məsuliyyətinə əməlinə görə cəlb olunur. Pulun qaytarılması yüngülləşdirici hal hesab olunur. Pul qaytarılmırsa, şəxs həbs olunubsa, zərərçəkmiş şəxs tanınır və o, mülki iddia ilə müraciət edib, həmin şəxsin əmlakına həbs qoydura bilər.
“Vətəndaş rəsmi olaraq özünü zərərçəkmiş şəxs qismində tanıtmasa...”
İradə Cavadova deyir ki, çox hallarda zərərçəkənlər hüquqlarını bilmirlər, vəkil aramırlar və hüquq-mühafizə orqanları onları aldadır: “Vətəndaş özünü zərərçəkmiş şəxs qismində tanıtmaq üçün ərizə yazmalıdır ki, filan hüquq-mühafizə orqanı məni zərərçəkmiş şəxs qismində tanıdı. Ona dəymiş zərəri məbləğlə rəsmi təsdiqlətməlidir. Bəzi hallarda hüquq-mühafizə orqanları vətəndaşı aldadır, ona ərizə yazdırmırlar. Vətəndaş çox vaxt bu ərizəni yazmadan, mətbuata, radioyaya, televiziyaya şikayət edər, nazirə, prezidentə teleqram vurar, amma vəkilə müraciət etməz ki, ona hüququ anlayış verilsin. İş materiallarında bu hallara bir vəkil olaraq çox rast gəlirəm. Polis orqanları da bundan istifadə edib vəkili aldadırlar. Vətəndaşa təzyiq edirlər ki, bu vəkillə müqavilə bağlama, onunla bağla və sair. “Münasib” vəkil də polisə necə maraqlıdı, onu icra edir. Ona görə də vətəndaşların dəymiş ziyanla bağlı ərizəni təsdiqlətməsi mütləqdir ki, onlar sonrakı prosesdə öz haqlarını tələb edə bilsinlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|