“Maqnit” şəbəkəsinin 9 mağazası niyə bağlandı - MTN işi
Tarix: 2-01-2017, 13:43 | Çap et
Yaxın günlərdə MTN generallarının, idarə rəislərinin cinayət işi üzrə daha bir məhkəmə istintaqına start veriləcək. Məhkəmə qarşısına çıxarılacaq sabiq MTN əməkdaşları qulluq mövqelərindən sui-istifadə etməkdə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin gizli qaydada telefon danışıqlarını dinləməkdə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirməkdə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşlara qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində ittiham olunurlar.
Virtualaz.org saytı istintaq materiallarına istinadən xəbər verir ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi Fizuli Əliyev və 2-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyevin növbəti qurbanı “Maqnit” mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev olub.
Zərərçəkmiş istintaqa verdiyi ifadəsində satış məqsədilə ölkəyə məişət texnikası idxal etdiyini, onların satışının təşkili ilə məşğul olduğunu deyib. 2015-ci ilin mart ayının sonunda mağaza sahibinə naməlum nömrədən zəng daxil olub. Bu zəngdən sonra sahibkarın qara günləri başlayıb. Zəng vuran şəxs MTN-in şöbə rəisi Natıq Alıyev olduğunu deyib və onu nazirliyə dəvət edib. MTN adlı qurumla heç vaxt əlaqəsi olmayan sahibkar nə səbəbə çağırıldığını anlamayıb. 1992-1994-cü illərdə Daxili İşlər Nazirliyinin Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili işləyən vaxtlarda rəisi Eldar Mahmudovu, Akif Çovdarovu və Hilal Əsədovu tanıyıb, onlarla xidməti münasibətləri olub.
Təxminən dörd-beş gündən sonra N.Alıyev sahibkara yenidən zəng vuraraq MTN-in yaxınlığındakı məşhur “Sultan” kafesinə (iş adamlarının əksəriyyəti MTN əməkdaşları tərəfindən məhz bu kafeyə çağırılıb – virtualaz.org) gəlməyi tapşırıb. Səhər saatlarında adıçəkilən kafeyə yollanan mağaza sahibi orada Natıq Alıyevi gözləyib. Bir qədər keçmiş N.Alıyev kafeyə gəlib və onlar kabinetə keçiblər. Söhbət qısa və konkret olub. MTN əməkdaşı sahibkara deyib ki, MTN-in 4-cü Baş İdarəsinin üzərinə ciddi tapşırıq qoyulub. Tapşırıq Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin MTN-ə müəyyən miqdarda pul verməsindən ibarət imiş. Sahibkar əvvəlcə deyilənlərlə razılşmasa da, ondan nə qədər pul istəniləcəyini soruşub. N.Aliyev məbləği açıqlayıb – 500 min dollar. S.Abdllayev bu qədər məbləği verə bilməyəcəyini, cəmi 50 min dollara gücü çatdığını bildirdikdə, ona hədə-qorxu gəlinib: “Dedi ki, ölkəyə qaçaqmalıçılıq yolu ilə mal gətirisən, əgər 500 min dollar verməsən, sənə problem yaranacaq, mağazalarının hamısı bağlanacaq. Fikirləşmək üçün vaxt istədim. İş yerimə qayıdıb fikirləşdim. Eşitmişdim ki, bir çox sahibkarlar pul vermədiklərinə görə problemlə üzləşiblər”.
Sahibi olduğu mağazaların bağlanacağından, biznesinə zərbə dəyəcəyindən ehtiyat edən iş adamı bir neçə gündən sonra N.Alıyevə zəng vuraraq 250 min dollar verə biləcəyini deyib. Məbləği toplamaq üçün ondan 1-2 ay möhlət istəyib. Dövriyyədən yığılan pulları toplayıb və aprel ayının ortalarında N.Alıyevə zəng vurub. MTN əməkdaşı yenə də “Sultan” kafesində görüş təyin edib. Görüşə N.Alıyev tək gəlməyib. Onunla birlikdə Fizuli Əliyev də təşrif buyurub. İkisi bilikdə oturub pulları sayıblar. Pulun 150 min olduğunu görüncə etiraz ediblər. Sahibkar “güzəşt edin” desə də, razılaşmayıblar. F.Əliyev “bu, mümkün deyil, artıq rəislə danışılıb, məbləğ onunla razılaşdırılıb” deyib. Söhbət əsnasında iş adamı MTN əməkdaşlarının onun telefonlarına qulaq asdıqlarını başa düşüb. Yerdə qalan məbləği bir ay sonra verəcəyini bildirib. Nəhayət, tələb olunan 100 min manatı 2015-ci ilin may ayının 11-də “Sultan” kafesində N.Alıyevə verib. Amma mağaza sahibinin canı bununla da qurtarmayıb. Bu hadisədən sonra F.Əliyev dəfələrlə ona zəng vuraraq hər ay 10-15 min dollar aylıq istəyib. Mağaza sahibi isə məbləği ödəməkdən imtina edib.
“Maqnit” mağazalar şəbəkəsinin baş mühasibi Natalya Rəhimova istintaqa verdiyi ifadəsində göstərib ki, “Maqnit” mağazalar şəbəkəsinə 14 mağaza, anbar və mərkəzi ofis daxildir. O, şirkətin baş mühasibi olaraq hər gün şəbəkəyə daxil olan mağazaların satışı nəticəsində toplanan nağd pulları qəbul etməklə kassaya daxil edib. Şirkətin İlqar Avdiyevin adına sənədləşdirilməsinə baxmayaraq, faktiki sahibi Seymur Abdullayev olub. 2015-ci ildə hər ay şirkətə 45-50 min manat vəsait mədaxil olunub. Həmin ilin aprel ayında Seymur Abdullayev baş mühasibdən kassadakı pulun miqdarını soruşub, 250 min manat lazım olduğunu deyib. S.Abdullayevin göstərişi ilə ona 150 min manat, bir ay sonra isə daha 100 min manat verib. S.Abdullayev tərəfindən həmin pullar götürüldükdən sonra uzun müddət mal sahibləri ilə olan hesablaşmalar dayandırılıb.
2015-ci ilin noyabr-dekabr aylarında may ayında olan hesablaşmaları həyata keçirməklə şirkətin borclarının ödənilməsini təmin edib. Buna görə də, 2015-ci ilin gedişində şirkətə məxsus 9 mağaza bağlanıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|