İncik, küsülü, “düşmən” olan deputatlarımız… - İLGİNC FAKTLAR
Tarix: 11-01-2017, 08:29 | Çap et
Siyasətçilər, xüsusilə, siyasi kəsimin mühüm tərkib hissəsi olan deputatlar-parlamentarilər arasında münasibətlərin rəvan olmaması, bəzən isə daha irəliyə gedərək küsülülük və düşmənçilik həddinə çatması günümüzün, dövrümüzün reallıqlarındandır. Demək olar ki, belə hallara-hadisələrə dünyanın hər bir yerində, hər bir parlamentində rast gəlmək mümkündür. Azərbaycan parlament və parlamentariləri də bu məsələdə istinsna təşkil etmirlər. Necə deyərlər, “siyasətdə əbədi dostluq və əbədi düşmənçilik yoxdur, əbədi maraqlar var” deyimindən “irəli gələrək” maraqları tez-tez üstü-üstə düşməyən (bura nüfuz mübarizəsi də daxildir) deputatlarımız arasında inciklik, küsülülük, hətta düşmənçilik səviyyəsinə gəlib çatan hallar mövcuddur. Gununsesi.info da bu yöndə apardığı araşdırmanı oxuculara təqdim edir: Məsələn, SSRİ Xalq artisti, ünlü sənətçi Zeynəb Xanlarova ilə spiker Oqtay Əsədovun münasibətləri rəvan sayıla bilməz. İki parlamentari arasına illərdir ki, gərginlik yaşanır. Xüsusilə də, spikerin 75 illik yubileyi ilə bağlı Heydər Əliyev adına Respublika Sarayında yekun konserti verən Zeynəb xanımın tədbirinə qatılmaması ünlü sənətçini bərk qəzəbləndirmiş və o incikliyini açıq-aşkar parlamentdəki çıxışında da bildirmişdi. Həmin vaxtdan da bu yana münasibətlərdə elə bir istilik müşahidə olunmur. Spikerlə münasibətləri, Anadolu türkləri demişkən, “limoni” olanlar arasında millət vəkili Elmira Axundova da var. Münasibətlərin xoş olmaması parlamentin plenar iclaslarında qarşılıqlı sözləşmələr, dialoqlar zamanı tez-tez özünü göstərməkdədir. Eyni zamanda, spikerlə münasibətləri gərgin olan millət vəkillərindən biri və bəlkə də birincisi Zahid Orucdur. Hər kəsə də yaxşı məlumdur ki, neçə müddətdən bəridir Əsədovla Oruc arasında sular durulmur ki, durulmur, əksinə, münasibətlər daha da gərgin hal almaqdadır. Parlamentin sonuncu yaz-yay sessiyasında yaşananları da yəqin ki, heç kim unutmayıb. Zahid Orucun gərgin münasibətlərdə olduğu, “ulduz”u barışmadığı həmkarlarından biri də birinci vitse-spiker Ziyafət Əsgərovdur. Bir necə il öncə Əsgərovun rəhbərlik etdiyi parlament komitəsinin iclasında birinci vitse-spikerlə Orucun münasibətləri necə gərginləşdisə, çanaq iclası işıqlandıran KİV nümayəndələrinin başında “çatladı”. Iclasdan yarımıq çıxarılan parlament jurnalistləri (AZƏRTAC, “Azərbaycan”, AzTV və İTV-nin müxbirlərini çıxmaq şərtilə) bir daha Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin iclaslarına buraxılmadılar. Həmin vaxtdan bu yana Əsgərovla Oruc arasında bir neçə dəfə də “atəşkəs” pozulması, gərginlik anları yaşanıb. Əsgərovla münasibətləri xoş olmayan deputatlar arasında Qüdrət Həsənquliyev və Fuad Muradov da var. Birinci vitse-spikerlə adıçəkilən deputatlar arasında da bir neçə dəfə “duel-duet” yaşanıb və münasibətlər gərginlik müstəvisindən-mərhələsindən bir addım da o yana keçməyib. Münasibətləri yaxşı olmayan deputatlar arasında parlamentin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə ilə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov da var. Bu iki parlamentari arasında münasibətlər o dərəcədə gərginləşdi ki, Seyidovun ədəbaz, özündənrazı davranışlarına və yekəxanalığına dözə bilməyən sakit təbiətli Mirzəzadə sonda məlum nümayəndə heyətindən könüllü şəkildə uzaqlaşmalı oldu və o vaxtdan da bu günədək münasibətlərdə müsbətə doğru bir irəliləmə yoxdur. Bununla yanaşı, vitse-spkier Valeh Ələsgərovla münasibətləri gərgin olan deputalar arasında millət vəkili Qənirə Paşayeva ilə parlamentin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov da var. 2007-ci ildə parlamentin plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunla bağlı fikirlərini dilə gətirən xanım Paşayevanın çıxışına gözlənilmədən sərt reaksiya verməsi sonradan bu iki şəxs arasında münasibətlərin əməllicə gərginləşməsinə səbəb olmuşdu. Eləcə də, bir neçə ilə əvvəl cənab Ələsgərovun Mədəniyyət komitəsinin iclasında “Yaradıcılıq ittifaqları və yaradıcı şəxslər” haqqında qanun layihəsini “yıxıb-sürüməsi” o zaman hələ komitə sədrinin müavini olan Rafael Hüseynovun çox kəskin və qəzəbli reksiyasına səbəb olmuşdu. Hətta, münasibətləri, gərginliyi yumşaltmaq üçün komitə sədri Nizami Cəfərov Valeh Ələsgərovu qucaqlayıb öpsə də, bu da vitse-spikerlə Hüseynov arasında yaşanan gərginliyi yumşaltmamışdı. Bununla bərabər, ötən ilin əvvəllərində ölkədə unun qiymətinin bahalaşması ilə bağlı millət vəkili Fəzail Ağamalının həmkarları, un istehsalı ilə məşğul olan biznesmen deputatlar Tahir Süleymanovla Əsabil Qasımova ünvanladığı tənqidləri bu şəxslər arasında münasibətləri az qala düşmənçilik həddinə gətirib çıxarmışdı. Və o vaxtdan da cənab Ağamalı ilə adıçəkilən iki deputat arasında münasibətlər gərginliyi ilə “davam” etməkdədir. Həmçinin, xanım deputatlardan Aqiyə Naxçıvanlı ilə Sona Əliyeva arasında gərgin münasibətlər yaşanmaqdadır və məsələ hətta, soncunun Naxçıvanlının sədrlik etdiyi komitədən çıxması ilə nəticələn(miş)di. YAP rəsmilərindən olan Siyavuş Novruzovla akademik Ziyad Səmədzadə, o cümlədən, Gövhər Baxşəliyeva arasında “soyuq ruzgar”lar əsməkdədir. Buna səbəb isə Novruzovun Səmədzadənin, o cümlədən, Baxşəliyvanın rəhbərlik etdiyi Şərqşünaslıq İnstitutunun ünvanına kəskin fikirlər səsləndirməsidir… Bu yöndə siyahını uzatmaq da olar… Ancaq hələlik bununla kifayətlənirik, gələcəkdə isə bu yöndə növbəti araşdırmamıızı oxucuların diqqətinə çatdıracağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|