Samir Şərifov keçmiş bankirin təqdim etdiyi faktların hədəfində - İDDİA
Tarix: 19-01-2017, 09:44 |
Çap et
DİA.AZ: - Maliyyə Naziri Samir Şərifovun başı neçə vaxtdır ki, qaldadır. Bu barədə DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, nazirin durumu daha da gərginləşə bilər.
Məlumatlı mənbənin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, Samir Şərifov barəsində məhkəməsində və hətta ibtidai istintaqa verdiyi ifadəsində şok faktları bar-bar bağıran Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin söylədiklərinə nəhayət hüquqi qiymət verilə bilər.
Məlumatlı mənbənin dia-az.life-a söylədikləri:
"ABB-nin sabiq rəhbəri Samir Şərifovla bağlı çox ciddi faktları açıqlayıb. Bu hələ əvvəlindən "yuxarıların" diqqətini cəlb ediv. Sadəcə olaraq həmin faktlar üzərə məhz Cahangir Hacıyevin istiqamətləndirməsi üzrə hərəkət edilməsi uyğun bilinməmişdi. İndi isə fərqli durum yaranıb. Samir Şərifovla haqq-hesab şürüdülməsi istənilir. Bu işdə çoxlarının başı ağrıyacaq. "Azər-Türk" bankla bağlı qalmaqal da unudulmamalıdır və bu faktlar artıq hüquqi araşdırmaya götürülüb. Yaxın vaxtlarda çox ciddi addımları hər kəs görəcək və Samir Şərifov kabinetində özü ilə bağlı hüquqi ölçünü çüşahidə edən nazirlərdən növbətisi kimi tarixə düşəcək".
Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...