Keçmiş deputatın da universiteti bağlana bilər - İDDİA
Tarix: 30-01-2017, 09:26 | Çap et
Son günlərdə Azərbaycanda ard-arda Təfəkkür və Qafqaz Universitetlərinin fəaliyyətini dayandırması digər ali təhsil ocaqlarının da eyni taleyi yaşayacağı məsələsini gündəmə gətirib.
Təhsil eksperti Kamran Əsədov ölkədə ali məktəblərin bağlanması məsələsindən danışıb. AZXEBER.COM xəbər verir ki, K. Əsədov qafqazinfo-ya açıqlamasında bildirib ki, bu mövzuda zaman böyük rol oynayır: "Bilirsiz, artıq Azərbaycan 90-cı illərdəki ölkə deyil. O zaman müstəqilliyi təzə əldə etmişdik. O dönəmdə elmi dərəcəsi və müəyyən əlaqəsi, maliyyəsi olan biri bina götürüb universitet açırdı. Amma onların, demək olar ki, böyük əksəriyyətinin maddi-texniki bazası yox idi, amma bütün ixtisaslar üzrə kadr hazırlığını həyata keçirirdilər. Lakin son illər ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafı üçün ciddi tədbirlər görüldüyünü nəzərə alsaq, daha Azərbaycana rəqabətə davamlı universitetlər lazımdır. Azərbaycan insanı dəfələrlə özəl universitetlərin yaratdığı problemlərlə qarşılaşıb. Onların insanımızın başına açdığı oyunlar hələ çətin ki, uzun müddət unudulsun. Son belə ağır zərbəni Azərbaycan Beynəlxalq Universiteti vurmuşdu. Beynəlxalq Universitetin tələbələrə yaratdığı problem hələ də davam edir. Ondan sonra insanların özəl ali təhsil müəssisələrinə inamı azalmışdı. Daha sonra bağlanan digər universitetlərin tələbələri başqa özəl universitetlərə köçürüldülər. Bu siyahıya bu gün Təfəkkür Universiteti də daxil oldu. Bu, gözlənilən idi. 2016-ci il ali məktəblərə qəbul imtahanlarından sonra plan yerlərinə yetərincə abituriyent toplaya bilməyən universitetin bağlanacağı qaçılmaz idi. Təsəvvür edin ki, Odlar Yurdu Universitinin 2016-cı ildə elan etdiyi plan yerinin cəmi 11 faizinə tələbə qəbulu apara bildi və 89 faiz yer boş qaldı. Bu o deməkdir ki, həmin ali təhsil müəssisəsinin gəliri rəsmi olaraq tələbələrin təhsil haqqı olduğuna görə onlar bundan məhrum olacaq. Digər Təfəkkür Universitetinin aqibətini gözləyən universitet Kooperasiya Universitetidir". Ekspert qeyd edib ki, apardığı sorğulardan da məlum olub ki, tələbələrin böyük əksəriyyətinin Odlar Yurdu Universiteti, Təfəkkür Universitetinin və Kooperasiya Universitetinin semestr imtahanlarından böyük narazılığı var: "Demək olar ki, bu ali təhsil müəssisələrində tələbələrin öz savadları ilə imtahandan müsbət qiymətlər alması mümkün deyil. Amma xarici ölkələrdən tələbələrin böyük hissəsinin bu universitetlərə köçürmə alması bunları ayaqda saxlayan amillərdən idi. Bu ildən etibarən Azərbaycan ərazisində tələbə köçürülməsi vahid qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcəyinə görə onlar bu gəlirdən də məhrum oldular. Dünyada ali təhsil müəssisələrinin gəlirinin böyük hissəsini onların ixtiraları təşkil edirsə, bizdə ancaq tələbənin təhsil haqqı təşkil edir. Hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Hesab edirəm ki, hələ bir neçə universitetinin bağlanması o qədər də böyük təsir göstərməyəcək. Bu digər universitetlərin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Bilirsiz, özəl ali təhsil müəssisələrinin böyük əksəriyyəti ailə üzvlərinin idarə etdiyi qəbiləni xatırladır. Rektorundan tutmuş qapıçısına qədər hamısı qohumdur. Əlbəttə ki, belə mühitdə təhsil inkişaf edə bilməz. Hansısa ali təhsil müəssisəsi bağlanan zaman qarşıya çıxan ilk problem orada təhsil alan tələbələrin aqibəti ilə bağlı olur. Bu universitet bağlanması Azərbaycanda nə ilk, belə görünür ki, nə də sondur. Bundan əvvəl oxşar hadisələr baş verəndə özəl ali təhsil müəssisələrinin tələbələri elə digər özəl universitetlər arasında bölüşdürülürdü. Mən düşünürəm ki, bağlanmış Təfəkkür Universitetinin tələbələri Bakı Biznes Universitetinin, Odlar Yurdu Universitetinin, Kooperasiya Universitetinin aralarında bölüşdürüləcəklər. Burada başqa bir problem çıxacaq, o da təhsil haqları və keçilən fənlər məsələsində. Hesab edirəm ki, bu məsələdə tələbələrə güzəştlər tətbiq olunacaq". Kamran Əsədov diqqətə çatdırıb ki, fəaliyyəti dayandırılan universitetlər sırasında Qafqaz Universitetinin ləğv olunması tamam fərqli bir nəticəyə səbəb olacaq: "Qafqaz Universitetinin bağlanması cəmiyyət üçün şok effekti verəcək. Tədris ilinin ortasında universitetin bağlanması qanunvericiliyə ziddir. Qafqaz Universitetinin tələbələri əvvəllər aldıqları keyfiyyətli təhsili ala bilməyəcəklər. Yaxşı olardı ki, tədris ilinin sonunda bu addım atılardı. Bilirsiz, Qafqaz Universiteti heç də digər özəl universitetlər kimi aşağı balla tələbə qəbulunu həyata keçirmirdi. Bu təhsil ocağını hətta maksimum 700 bal toplayan abituriyentlər də seçirdilər. Hesab edirəm ki, ali təhsil müəssisələrinin ləğv edilməsi prosesi davam edəcək. Bunu qaçılmaz edən faktlar var. Belə ki, Bakı şəhərinin qəbul edilmiş Baş Planına əsasən, universitetlərin paytaxtdan kənar ərazilərə köçürülməsi planı var. Bundan əlavə, universitetlərin gəlirləri ciddi şəkildə aşağı düşüb. Düşünürəm ki, tədris ilinin sonuna qədər hətta dövlət universitetlərindən də bağlananlar olacaq. Düşünürəm ki, Slavyan Universiteti ləğv olunub Dillər Universiteinə, Menecment və Turizm Universiteti İqtisad Universitetinə, Texniki Universitet Memarlıq və İnşaat Universitinə, Neft və Sənaye Universiti Ali Neft Məktəbinə birləşəcək. Bizim bir neçə özəl ali təhsil müəssisələri binadan, partadan və tələbədən ibarətdir. Heç bir potensial fəaliyyəti yoxdur. Bu sırada Avrasiya Universiteti də var. Bəlkə də çoxları adını ilk dəfə oxuyacaq, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, bu tipli ali təhsil müəssisələrinin fəaliyyəti ancaq qəbul prosesində iştirak etməkdən ibarətdir. Heç bir elmi tədqiqat işləri aparılmır, ictimai fəaliyyətlə məşğul olmurlar. Sadəcə olaraq, say təşkil edirlər. Hesab edirəm ki, 2017-ci il adlarını çəkdiyim ali təhsil ocaqları üçün son il olacaq. Çünki Azərbaycana ADA, Ali Neft Məktəbi kimi yeni yaranmış və rəqabətə davamlı, beynəlxalq reytinq cədvəlində yer tuta biləcək universitetlər lazımdır". AZXEBER.COM-un məlumatına görə, bu açıqlamadan sonra "Odlar Yurdu" Universitetinin rəhbərliyi təşvişə düşüb və qısa müddətdə universitetin reklamına başlanıb. Bir neçə televiziyada eyni anda universitetlə bağlı təbliğat materialları işıqlandırılıb. Ancaq tez-tələsik hazırlanan bu süjetlər universiteti daha da pis vəziyyətdə qoyub. Belə ki, ATV-yə açıqlama verən Qafqaz Universitetinin tələbələrindən birinin sözləri təhrif edilibmiş. Tələbənin sosial şəbəkədə yayılan açıqlaması universiteti pis vəziyyətdə qoyub. Ceyhun adlı tələbə deyib ki, onun sözləri təhrif edilib. Bu məlumatdan sonra universitetə onsuz da az olan inam, tamamən sıfıra yaxınlaşıb. Qeyd edək ki, Qafqaz Universitetinin tələbələri Odlar Yurdu köçürülmə xəbəri çıxandan sonra sosial şəbəkədə qrup yaradıblar və orada oxumaq istəmədiklərini qeyd ediblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|