Mahmudovla Hüseynovun milyonluq villa qalmaqalı - İSTİNTAQ AKTINDAN
Tarix: 20-02-2017, 08:33 | Çap et
Sabiq MTN naziri Eldar Mahmudovun qohumu, hazırda həbsdə olan Bakı Telefon Rabitəsi və İstehsalat Birliyinin (BTRİB) keçmiş baş direktoru Beytulla Hüseynovun milyonluq villası ətrafında vaxtilə böyük qalmaqal yaşanıb.
Həbs edilən MTN generallarının cinayət işi materiallarından görünür ki, Beytulla Hüseynov villasını satmaq istəyərkən aldadılıb. O, problemin həlli üçün Eldar Mahmudova müraciət edib. MTN-in işə qarışması isə bir neçə iş adamının başına oyun açıb.
Əslində hər şey Beytulla Hüseynovun yeznəsi ilə birlikdə ucuz qiymətə villa alıb təmir edərək baha qiymətə satmaq arzusu ilə başlayıb. Villanı alan şəxs isə nağd pulunun olmadığını deyib. Ödənişi isə evi banka girov qoyaraq götürəcəyi pula edəcəyini deyib. Beytulla Hüseynov bununla razılaşıb, amma ev banka girov qoyulsa da pulunu ala bilməyib. Villanı banka girov qoyan şəxs daha sonra götürdüyü krediti ödəmədiyi üçün əmlak satışa çıxarılıb. Villası əlindən çıxan B.Hüseynov qohumu olan Eldar Mahmudova müraciət edib. Bundan sonra MTN əməkdaşları bu işdə adı keçən hər kəsi öz üsulları ilə cəzalandırıblar.
Cinayət işi materiallarından görünür ki, milyonluq villa epizodu üzrə Beytulla Hüseynov dindirilib. O, deyib ki, həmin evi bacısı Nəzakət Zamanovanın əri Taryel Zamanovla birlikdə 2011-ci ildə alıblar. Məqsəd isə evi təmir edib baha qiymətə satmaq və əlavə pul qazanmaq olub.
B.Hüseynov evi 900 min manata Murad Quliyev adlı şəxsə satmağa razılaşdıqlarını deyib: “Muradın həmin vaxt əlində nağd pulu yox idi. Murad Quliyev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində vəzifəli şəxs idi. Evi banka girov qoyub pul götürəcəkdi. Ödənişi də bu şəkildə edəcəkdi. Yeznəm Tariyel Zamanovun adından Muradın tanışının adına etibarnamə verdirdim. Ancaq bir neçə ay keçsə də ödənişi etmədi”.
Beytulla Hüseynov etiraf edib ki, pulunu ala bilmədiyi üçün sabiq MTN-ə müraciət edib. Bundan sonra 2015-ci ildə MTN əməkdaşı Natiq Alıyev ona zəng edib. Alıyev evin bakın girovluğundan çıxarılması üçün 383 min manat lazm olduğunu deyib.
B.Hüseynov ifadəsində bildirib ki, həmin pulun 300 min manatını Murad Quliyev verib: “MTN əməkdaşalrı 300 mini Muraddan almışdılar. 83 min manatın isə mənim ödəməli olduğumu dedilər. Pulu ödəyəndən sonra ev yenidən Tariyel Zamanovun adına keçirildi”.
Şahid qismində B.Hüseynovun bacısının əri Taryel Zamanov da dindirilib. O, 2006-cı ildən 2009-cu ilədək “Rabitəbank” ASC-nin Sahil filialının müdiri, 2009-cu ildən 2015-ci ilədək “Muğan Bank” ASC-nin Sahil filialında çalışıb.
Qalmaqallı villa haqda danışan Zamanov deyib ki, həmin evi 2007-ci ildə Gülnarə Hacıyevadan 560 min manata alıb. Evi təmir edib, baha qiymətə satmaq istəyən Zamanov bu barədə B.Hüseynova müraciət etdiyini deyib.
Zamanov ev təmir edildikdən sonra B.Hüseynovun tanışı Bayram Vəliyev vasitəsi ilə Murad adlı şəxsə 1.2 milyon manata satmağa razlaşdıqlarını, ona etibarnamə verdiklərini deyib: “Bir müddət keçdi. Amma Murad pulu ödəmədi. Bundan şübhələnərək Əmlak Komitəsinə həmin evlə bağlı sorğu göndərdim. Evin başqa şəxsə satıldığını öyrəndim. Bayram Vəliyevlə mübahisə etdik. O, bundan xəbərsiz olduğunu, Muradın dostlarını tandığını, Muradın Moskvaya qaçdığını dedi. Buna görə Muradın tanışları Vaqif və Mehbalı ilə görüşdük. Məlum oldu ki, Murad Vaqifə etibarnamə verib, evi banka qoyublar”.
Danışıqlar sonrasında evin qaytarıldığını deyən T.Zamanov işə MTN əməkdaşlarının qarışmasından xəbərsiz olduğunu bildirib.
Milyonluq villanın girov qoyulduğu “Bank of Azerbaijan” ASC-nin 1 saylı filialının keçmiş rəhbəri Ələddin İbrahimov da bu haqda istintaqa danışıb.
O, deyib ki, 2011-ci ildə Vaqif Məmmədov adlı iş adamı banka müraciət edərək Göyçay rayonu ərazisində şirə və spirtli içkilər istehsalı zavodunun- “Emil-İ” firmasının fəaliyyətinin genişləndirilməsi üçün kredit götürmək istədiyini deyib.
Bunun üçün banka Göyçaydakı iki torpaq sahəsini və Bakıda Ceyhun Hacıbəyli küçəsindəki fərdi yaşayış evini girov kimi təklif edib. Yaşayış evi Tariyel Zamanovun (Beytulla Hüseynovun yeznəsinin) mülkiyyətində olub.
Bundan sonra Vaqif Məmmədova 1,5 milyon manatlıq kredit xətti açılıb və ona 450 min məbləğində kredit verilib.
Bank filialının rəhbərinin sözlərinə görə, bir müddət sonra V.Məmmədov ödəniş edə bilməyib. Bunun üçün girov qoyduğu və 1 milyon manat məbləğində qiymətləndirilən villanın satılmasını və borcunun ödənməsinə razılıq verib.
Villaya müştəri kimi “Fidan” şirkətinin rəhbəri Ağaisa Mahmudov çıxıb. A.Mahmudov həmin evi 823 min manata almağa razılaşıb. Mahmudov Vaqif Məmmədovun banka olan 400 min manat kredit borcunu ödəmək və qalan pulu isə nağd qaydada Vaqifə verəcəyi barədə razılığa gəlib.
Milyonluq villa isə bankın razılıq məktubu ilə bankda girov qalmaq şərti ilə notarial qaydada Abdullayev İntiqam Cəlal oğlunun adına rəsmiləşdirilib. Sonra Ağaisa Mahmudov evi təmir edərək köçüb həmin evdə yaşamağa başlayıb və hər ay kredit borclarını ödəyib.
Az müddət sonra keçmiş evin sahibinin Beytulla Hüseynov olması ortaya çıxıb. Beytulla Hüseynov şikayət edib ki, ona məxsus villa qansuz yolla ələ keçirilib.
MTN-ə çağırılan filial müdirindən banka olan kredit borcunun tam ödənilməsini və evin girovdan çıxarılmasını tələb ediblər. Evi də Beytulla Hüseynovun qohumunun adına keçirilməsini istəyiblər: “Kreditin faiz borcunu bankın öz hesabına silməsini istədilər. 383 min manat əsas borc və 218 min manat da faiz borc bağlandı. Faiz borcu bankın hesabına sildik”.
Yeni aldığı villa zorla əlindən alınan iş adamı Ağaisa Mahmudov da istintaqa ifadə verib.
Bankın müştərisi olan Mahmudov girovluqda olan evi almaq üçün sahibi kimi tanıdığı Vaqif Məmmədova 423 min manat pul verdiyini, evin təmiri və mebelləri üçün isə 250 min xərc çəkdiyini deyib. Villanın ümumi dəyəri isə 823 min manata razılaşdırılıb.
MTN-ə çağırılan Mahmudova deyiblər ki, Beytulla Hüseynov aldadılaraq villası ələ keçirilib.
Ağaisa Mahmudovdan əvvəlcə MTN-də saxta aksiz markalarından istifadə etdiyi deyilərək 50 min manatı hədə-qorxu yolu ilə alınıb. Daha sonra isə villanın geri qaytarıması prosesi başlayıb.
“MTN işçiləri Fizuli Əliyev və Natiq Alıyev dedilər ki, bu məsələ ilə bilavasitə Eldar Mahmudovun tapşırığı ilə general Sübahir Qurbanov məşğul olur. Məndən 300 min aldılar. Verməsəm həbs ediləcəyimi söylədilər. Mən Beytulla Hüseynovla görüşərək villanın təmirinə xərclədiyim 250 min manatı istədim. Beytulla Hüseynov isə pul verməyəcəyini, bu işə görə əsəbləri korlandığını, Eldar Mahmudova da 100 min manat pul verdiyini dedi”.
İstintaqda şahid qismində Vaqif Məmmədov da dindirilib. Bu işdə adı daha çox hallanan V.Məmmədov 20 ildir tanıdığı dostu vasitəsi ilə tanış olduğu şəxslərlə yoldaşlıq etdikdən sonra bu işlərin başına gəldiyini deyib: “Dostum Polad Məmmədov dedi ki, lisenziyası olmayan bir bankın lisenziya alaraq fəaliyyətinə başlamaq istəyirlər. Məni Mehbalı adlı şəxslə tanış etdi. Söhbət zamanı Mehbalı həmin bankın fəaliyyətə başlaması üçün bir milyon lazım olduğunu və bankın idarəçiliyi ilə Murad adlı şəxsin məşğul olacağını söylədi. Mənim də bankda tanışım var idi. Murad Bakıda Ceyhun Hacıbəyli küçəsində özünə məxsus ev olduğunu, banka qoyaraq pul götürə biləcəyimizi dedi. Evin sənədləri Taryel Zamanovun adına idi. Taryel Zamanov da etibarnamə verdi.
Bankdan 400 min manat kredit verildi. Təxminən 4-5 ay sonra Murad telefonlarını söndürdü. Muradın Moskvada olduğunu öyrəndik.
Bundan sonra evin satılaraq kreditin bağlanmasına razılaşdıq. Evi Ağisa Mahmudov aldı. Bir müddət sonra MTN-dən zəng gəlib. Dedilər ki, ev Beytulla Hüseynovundur. O, da Eldar Mahmudovun qohumudur”.
Beytulla Hüseynovun MTN-ə müraciətindən sonra işin ilk araşdırılması tapşırılan zabit Rüfət Abdullayev olub.
MTN-in IV baş idarəndə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Rüfət Abdullayev deyib ki, 2012-ci ildə rəisi Ceyhun Şadlinski onu yanına çağıraraq baş idarə rəisi Sübahir Qurbanovun tapşırığına əsasən Beytulla Hüseynova məxsus evin geri qaytarılması ilə bağlı material araşdırmalı olduqlarını tapşırıb. Bu göstəriş isə onlara nazir Eldar Mahmudov tərəfindən verilib: “Beytulla Hüseynova məxsus evin aldadılaraq banka girov qoyulduğunu, daha sonra isə satıldığını bildirdi. Beytulla Hüseynovla iş yerində görüşdük.
Beytulla Hüseynov dedi ki, yeznəsi Taryel Zamanovun adına rəsmiləşdirdiyi evini 1,2 milyon manata Murad adlı şəxsə satmağa razılaşıb. Muradın nağd şəkildə pulu olmadığı üçün evi banka girov qoyub. Pul götürüb həmin məbləği ödəməli imiş.
Beytulla Hüseynov etibarnamə verdirdiyini, amma evi banka qoyduqdan sonra pul ala bilmədiyini dedi. Bu görüşdən sonra məlum olanları rəisim Ceyhun müəllimə məruzə etdim. O, da dedi ki, dələduzluq olduğu üçün bizim səlahiyyətimizdə deyil. Ancaq bu işi nazirin şifahi göstərişi ilə həll edilməli olduğunu bildirdilər. Bundan sonra bu işdə adı çəkilən şəxslərin dindirilməsini başladıq.
Beytulla Hüseynovun adamı Bayramın ofisində baş tutan görüşdə Murad, Vaqif, Mehbalı görüşdülər. Hər biri üzərlərinə düşən pulu banka ödəməklə evi girovdan çıxarıb Beytullaya qaytaracaqları barədə qərara gəldilər”.
R.Abdullayev bu işdə adı keçən iş adamlarından MTN-də pul alınması haqda heç nə danışmayıb.
\\qafqazinfo.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|