Dövlət Komitəsinin şöbə müdiri ətrafında qalmaqal böyüyür - YENİ FAKTLAR
Tarix: 10-03-2017, 08:59 | Çap et
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırovanın qardaşı ilə bağlı məsələ böyüyür. Adıçəkilən komitənin sədri Hicran Hüseynovanın da adı qarışan “Dubay işi” üzrə yeni sensasion faktlar əldə etmişik.
Məsələ ilə bağlı ilk yazını buradan oxuya bilərsiz:
Şöbə müdirinin qardaşı öz uşağını oğurlayıb?- ŞOK İTTİHAMLAR
Vəkil Abdulla Əfəndizadənin AFN-ə təqdim etdiyi sənədlərdən məlum olur ki, Qırğızıstan vətəndaşı Merim Beyşekeyevanın azyaşlı qızı Ceyla ABŞ vətəndaşıdır. Amma atası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırovanın qardaşı Davud Bağırov saxtakarlıq nəticəsində uşağa Azərbaycanın doğum şəhadətnaməsini ala bilib. Vəkilin sözlərinə görə, D.Bağırov 2012-ci ilin sentyabrından 2013-cü ilin martınadək Azərbaycanda olmayıb. Bu fakt rəsmi şəkildə təsdiqini tapıb. A.Əfəndizadə sual edir ki, belə olan halda 2012-ci ilin dekabrında Səbail Qeydiyyat Şöbəsində Ceylanın adına doğum şəhadətnaməsi almaq üçün atası necə imza atıb: “Ceyla Amerika vətəndaşıdır və pasportu var. Düzdür, uşağın anasının yaşadığı Birləşmiş Ərəb Əmirliklərində Dubay şəhər məhkəməsi Merim Beyşekeyevanın uşağını qəyyumluğa götürməsi ilə bağlı iddiasını təmin etməyib. Məhkəmədə cavabdeh tərəfdən çıxş etmiş şahidlər Asel Mamırova, Zarina Jekşenbayeva, Fikrət İsmayılov bildiriblər ki, Merim Ceyla üzərində qəyyumluqda bacarıqsızdır, spirtli içkilər qəbul edir, köhnə dostu Əhmədlə olan münasibətlərinə görə qızının həyatı onu maraqlandırmır. Şahidlər deyiblər ki, 05.10.2015-ci ildən Merim polis tərəfindən Dubayda başqa kişi ilə tutulmasından sonra uşaq atası Davudun anasının yanında, yəni dövlət sərhədindən kənardadır. Lakin Dubay Apellyasiya Məhkəməsi şahid ifadələrinin doğru olmadığını sübuta yetirib. AFN-ə danışan vəkilin sözlərinə görə, Apelyasiya Məhkəməsinin araşdırmaları nəticəsində Merimin spirtli içki qəbul etmədiyi müəyyən edilib, onun hər hansı kişi ilə münasibəti olmadığı aydınlaşıb: “Hətta qadın maddi çətinlik səbəbindən Dubayda məscidlərin birində 20 gün qalıb. Əvəzində isə şahidlərdən ikisinin spirtli içki aludəçisi olduğu sübuta yetirilib. Məhkəmə bildirib ki, yaxınlardan şahid kimi ifadə götürmək olmaz. O halda olar ki, tamamilə düzgün danışsınlar və ədalətli olsunlar. Ancaq ikinci şahid - Zarina cavabdeh Davudun dostudur və onunla üzbəüz mənzildə yaşayır. Bu da onun ifadəsinin intiqam məqsədi ilə olduğuna əas yaradır. Həmçinin Zarina sərxoş vəziyyətdə maşın sürməkdə təqsirli bilinib. Sonuncu şahid Fikrət də Davudun dostudur və ifadələri şaiyələrə əsaslanır. Merimin Dubay otellərindən birində nigeriyalı kişi ilə polis tərəfindən yaxalanması ilə bağlı Dubay Baş Prokurorluğu araşdırma aparıb. Nəticədə Davudun şikayəti rədd edilib. Ona görə də, Dubay Apellyasiya Məhkəməsi Merimin iddiasını təmin edib”.
Araşdırmalar zamanı o da məlum olub ki, Davudun Dubayda biznesi var. Onun Dubayda “Potok General Treding” şirkətində direktor vəzifəsində çalışdığı, Ras-Əl-Xayma şəhərində “Qlobal Marketinq İnvestment” şirkətinin sahibi olduğu, Dubaydakı Bürc Olqanada 1 milyon 500 minlik əmlakı olduğu üzə çıxıb. Dubay Apelyasiya Məhkəməsinin qərarına əsasən, D.Bağırov aliment ödəmək imkanlarına malikdir. Vəkil bildirib ki, D.Bağırov Səbail Rayon Məhkəməsində iddia qaldırıb: “Məhkəmə formal keçirilib və elə ilk prosesdə uşağın atasının xeyrinə qətnamə qəbul edilib. Hazırda uşaq atasındadır, Davud qızını anasından gizlədir və görüşməyə şərait yaratmır. Dubay Apelyasiya Məhkəməsi Merimin uşağın qəyyumluğunu təmin etməsinə baxmayaraq, Səbail Rayon Məhkəməsi ilk prosesdə belə bir qətnamə çıxarıb. Artıq bu qərardan apellyasiya şikayəti vermişik və ayın 15-də məhkəmə prosesi keçiriləcək. Bu məsələdə Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın susqunluq nümayiş etdirməsi də narazılıq yaradan məqamlardandır. Komitə sədri maraqlanmır ki, uşaq oğurlanıb və ortada böyük bir cinayət var. Guya Merim Dubayda 15 sutka inzibati həbs cəzası alıb. Halbuki, yalandır. Sadəcə, Davudun bacısı Cəmilə Bağırovanın bu komitədə vəzifə tutmasına görə bu işlə maraqlanmırlar. Biz bu məsələ ilə bağlı sonuna qədər hüquqi müstəvidə mübarizə aparacağıq. Əlimizdə tutarlı sübutlar var və hələ ki, onları açıqlamırıq”.
Bütün qeyd edilənlərlə bağlı daha dəqiq məlumat təbii ki, Merim Beyşekeyevanın özündə ola bilər. Əməkdaşımız adıçəkilən xanımdan müsahibə almağa çalışır, bizi izləyin.
P.S. Qeyd edək ki, saytımızda dərc edilən birinci yazı ilə bağlı qarşı tərəf təkzib xarakterli mətn göndərib. Həmin mətnlə buradan tanış ola bilərsiz:
Davud Bağırovdan təkzib: "Absurddur..."
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|