İdarədə heç kəs yoxdur, telefonlara şikayətçi cavab verir - Bakıda dövlət qurumunda kuryoz hadisə
Tarix: 4-08-2017, 09:31 |
Çap et
Neçə gündür ki, Cebhe.info əməkdaşı bu suala cavab tapmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsa da, cəhdləri baş tutmayıb. Bu gün yenidən BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıqda isə qəribə hadisə baş verib. Nəhayət ki, telefona cavab verən tapılıb. Sualı səsləndirəndə isə məlum olub ki, dəstəyi götürən şəxs cavab vermək səlahiyyətində deyil. O, sadəcə şikayətçidir və şikayətə gəldiyi idarədə, müraciət üçün getdiyi otaqda heç kim olmadığı üçün dəstəyi qaldırmalı olur.
dia-az.life bildirir ki, Belə bir ilginc olayın məhz Bakı meriyasında baş verməsi təəccüblü deyil. Ən azından çox hörmətli Hacıbala müəllimin öz işçilərini seçməkdə sərbəst olduğunu gözəl bilirik. Kabinetini şikayətçiyə əmanət edən məmuru da cənab Abutalıbov seçib...