"Yaşım çox olduğu üçün əqli idmanla məşğul oluram" — Astan Şahverdiyevlə QALMAQALLI MÜSAHİBƏ
Tarix: 25-08-2017, 10:16 | Çap et
Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Astan Şahverdiyev “Ölkə.Az” xəbər portalına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:
“Gecəm-gündüzüm yox idi, “Qarabağ”ın qələbəsini gözləyirdim”
– Mətbuatda sizin “Qarabağ” futbol klubunun tarixi qələbəsinə biganə münasibət göstərməyinizlə bağlı açıqlama yayılıb. Doğrudanmı, “Qarabağ”ın qələbəsi barədə belə düşünürsünüz?
– Bilirsiniz, məsələ elə deyil. Jurnalistlərdən kimsə mənə zəng vurub “Qarabağ” klubunun qələbəsi ilə bağlı sual verdi, mən də cavablandırdım. Sonra baxıb gördüm ki, “Qarabağ”la bağlı dediyim fikirləri təhrif ediblər. Guya mən demişəm ki, “Qarabağ” klubu məni maraqlandırmır. Mən ömrüm boyu belə fikir söyləyə bilmərəm. Fərqi yoxdur, Qarabağın adını daşıyan futbol komandası və yaxud da yer adı olsun. Mən Qarabağla nəfəs alıram. Yəni, mən o qədər arsız adamam ki, “Qarabağ məni maraqlandırmır” deyim? Əslində, o yazının mətni ilə başlığı tamam ayrı-ayrı yazılıb. Başlıqda fikirlərimi təhrif ediblər. Bu yaxşı hərəkət deyil. Mən yenə deyirəm ki, “Qarabağ” mənim gedib-gələn nəfəsimdir. Düz bir həftədir ki, gecəm-gündüzüm yox idi, “Qarabağ”la bağlı oyunun nəticəsini, komandanın qələbəsini gözləyirdim. Hətta, ötən gün Moskvadan gec qayıtdığım üçün Rusiyanın “Matç” telekanalında 2 saat oturub oyunu izlədim. Bu böyük qələbədir. Çünki “Qarabağ” klubu indiyədək heç vaxt Çempionlar Liqasında təmsil olunmayıb. Mən bütün bunları səhər-səhər həmin jurnalistə də demişdim. Bildirmişdim ki, “Qarabağ”ın qələbəsi həm də siyasi nailiyyətimizdir. Çünki “Qarabağ” qrup mərhələsində ən azı 6 oyun keçirəcək. Bu oyunların hər biri bütün Avropa telekanallarında yayımlanacaq. Təbii ki, bütün bunlar da ermənilərə böyük zərbədir. Bütün dünya görəcək ki, Azərbaycanın Qarabağ bölgəsinin adını daşıyan güclü futbol komandası da var. Ona görə də bunun böyük siyasi əhəmiyyəti var. Çox təəssüflər olsun ki, bəzi jurnalistlər bu fikirlərimi yazmaq əvəzinə ucuz sensasiya dalınca qaçırlar, təhrifedici başlıqlar dərc edirlər. Bununla da insanları qaralayırlar. Bütün bunlar düzgün deyil.
İndi mən bir daha bəyan edirəm ki, “Qarabağ”ın qələbəsinə görə nəinki mənim, bütün nəslimin sevincinin həddi-hüdudu yoxdur. Doğrudan da “Qarabağ” tarix yazıb.
“Qarabağ”ın bütün oyunlarını sevərək izləyirəm”
– “Qarabağ” komandasının bütün oyunlarını izləyirsiniz?
– Bəli, bütün oyunlarını, istər ölkə çempionatında, istər Avropa Liqasında, istərsə də Çempionlar Liqasında “Qarabağ”ın oyunlarını sevərək izləyirəm və bundan sonra da izləyəcəm.
“Yaşım çox olduğu üçün əqli idmanla məşğul oluram”
– Oyunları stadiondan izləyirsiniz?
– Əvvəllər stadiondan izləmişəm, ancaq indi səhhətim imkan vermir ki, gedib cavanlarla stadionda mən də oyunları izləyim. Əslində cavan vaxtlarımda futbol oyunlarına abunə idim. Yəni, biletlə getmirdim, sadiq azarkeş olduğum üçün bütün oyunları gedib izləyirdim. Ümumiyyətlə, hər zaman həvəskar şəkildə idmanla məşğul olmuşam. İndi isə yaşım çox olduğu üçün əqli idmanla məşğul oluram. Misal üçün, yaxşı şahmat oynayıram. İnsanlarla tez-tez şahmat oynayıb dincəlirəm. Deyilənə görə, heç də pis oynamıram.
Eyni zamanda mən Milli Məclisin deputatı, elmlər doktoru, professoram. Azərbaycan elmini öz səviyyəsində Avropaya çıxaran insanam. Bunu təkcə mən demirəm, bütün avropalılar söyləyir. Dünyanın ən mötəbər jurnallarında elmi əsərlərim dərc edilib. ABŞ-da nəşr olunan bir jurnalda 35 səhifəlik elmi məqaləm dərc olunub. İndi mən o qədər ağılsızam ki, “Qarabağ məni maraqlandırmır” deyim? Heç belə söz deyə bilərəm? Ümumiyyətlə, normal adam belə fikir söyləyər? Belə sözü demək olmaz. Həmin jurnalist də mənim fikirlərimi təhrif edib başlığa çıxarıb. Yazının içərisində isə fikirlərim normaldır. Normal adam təhrif edilmiş fikirləri başlığa çıxarırsa, o düşünməlidir ki, bu sözü Astan Şahverdiyev deyə bilərmi? Mənim “Qarabağ məni maraqlandırmır” fikirlərini deməyə nə mənəvi, nə hüquqi haqqım yoxdur. Mən belə söz deyə bilmərəm.
“Bəzi qüvvələr məni ictimaiyyətin gözündə hörmətdən salmaq istəyirlər”
– Söylədiyiniz bir çox fikirlərə görə mətbuatın tənqidinə məruz qalırsınız. Nail Allahverdiyevin törətdiyi avtomobil qəzası ilə bağlı da son müsahibəniz qalmaqala səbəb olmuşdu...
– Bəli, elədir. Nədənsə mənim açıqlamalarımı qalmaqala çevirirlər. Hətta, elə tendensiya var ki, məni bu cür yolla “vurmaq”, nüfuzdan, gözdən salmağa çalışırlar. Mən ötən dəfə də demişdim ki, kimlərsə qarayaxma kampaniyaları aparmaqla məni ictimaiyyətin gözündə hörmətdən salmaq istəyir. Belə qüvvələr var. Ancaq məqsədləri nədir, onu bilmirəm! Onlar mənim ayaqqabımı geyinə bilərlər, ancaq yerişimi yeriyə bilməzlər. Astan Şahverdiyev Azərbaycan elmində ölkəyə, xalqa, millətə hörmət gətirən insandır. Mən Avropanın bir çox nüfuzlu universitetlərində çalışmışam. Hazırda da İtaliya, Fransa və digər dövlətlərin universitetləri ilə sıx əlaqələrim var. Biz onlarla birgə faydalı layihələr həyata keçiririk. Baxın, Astan Şahverdiyev Azərbaycana bunları gətirib. İndi kimsə mənim əleyhimə iş aparır. Vallah özüm də bilmirəm ki, nə etmişəm, kimin ayağını, quyruğunu tapdalamışam. Heç kimi də təhqir etməmişəm. Ancaq o gün mənim 64 ildən bəri tanıdığım bir ziyalı haqqında xoş sözlər deməyim bəzi adamları narahat edib. Bundan sonra əleyhimə danışmağa başlayıblar. Halbuki, mən həqiqəti demişəm. Biz Əli Həsənovla 1958-ci ildən tanışıq, 11 il bir parta arxasında oturmuşuq. Bunu nə mən, nə də Əli Həsənov gizlətmir. Çünki biz şəffaf adamlarıq. Bizim elə eyib işimiz yoxdur ki, kimdənsə gizlədək. Mən ömrümün 50 ilini Azərbaycanın elm və təhsilinə həsr etmişəm.
“Qardaşım oğlunun yollardakı radarları, görüntüləri silməyə imkanı yoxdur”
– Yeri gəlmişkən, Nail Allahverdiyevin törətdiyi qəzanın görüntülərinin Bakı şəhər Dövlət Yol Polisində çalışan qardaşınız oğlu Eyvaz Şahverdiyev tərəfindən silinməsi və hadisəni gizlətmək istəməsi barədə xəbərlər yayılmışdı. Bu nə qədər doğru məlumatlardır?
– O xəbərlərin hamısı yalandır. Qardaşım oğlu ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti də açıqlama verib. Əvvəla qardaşım oğlu Bakı şəhər Yol Polis İdarəsində işləsə də, ancaq rəis müavini deyil. O, şöbə müdiridir. Digər tərəfdən isə qardaşım oğlu avqust ayından bu günədək məzuniyyətdədir və ölkədə yoxdur. Həm də qardaşım oğlunun yollardakı radarları və ya video görüntüləri silməyə imkanı yoxdur. Ona bu səlahiyyət verilməyib. Ümumiyyətlə, Bakı şəhər Dövlət Yol Polis İdarəsində cəmi bir-iki nəfərin bunu etməyə səlahiyyəti var. Digərlərinin texniki baxımdan da görüntü silməyə çıxışları yoxdur. Bütün bunları yazanlar çox savadsızdır və başa düşmürlər ki, radara, kameraya müdaxilə etmək mümkün deyil. Allah eləməsin, get radara düş, gör adını sildirə bilərsən? Bu, mümkün deyil. İndi bunu yazan o qədər savadsızdır ki, elementar məsələləri bilmir və ağılına gələni yazır. Yazıda qardaşım olaraq adı hallanan digər şəxslə də bağlı xəbərlər doğru deyil. O da qardaşım oğludur. Onu cənab nazir bacarığına və savadına görə şəxsən yoxlayıb təyin edib. Özü də vəzifəyə qoyulandan 10 ay sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Ümumiyyətlə, bizim nəsil savadına və elminə görə sayılıb-seçilən nəsildir. Təsəvvür edin ki, hazırda kiçik bir ailədə 2 elmlər, fəlsəfə doktoru var. Mən 12 min əhalisi olan kəndin ilk elmlər doktoruyam. İkinci elmlər doktoru isə qardaşım oğludur. İkimiz də elmi işimizi Moskvada müdafiə etmişik. Özü də o kəndə işıq, ziya gətirmişik. Yəqin ki, bütün bunların paxıllığını çəkən və bizi istəməyən adamlar var. Onlar özləri bizim səviyyəmizə gəlib çata bilmədikləri üçün ayrı yollara əl atırlar, paxıllıq və xəbislik edirlər, haqqımızda yalan və böhtan yayırlar və sairə. Bildiyimə görə, müsəlman aləmində 21 günah var. Birinci günah yalan və böhtandır. Bu adamlar Allahdan da qorxmurlar. İnanın ki, hərdən fikirlərişirəm ki, axı bunları kim edə bilər? Heç kəs də ağılıma gəlmir ki, ondan şübhələnim. Haqqımda yalan-böhtan yayanlar seçkilərdə mənə rəqib olmuş adamlardan da ola bilər. Doğrudur, hələ parlament seçkilərinə 3-4 il var, ancaq o vaxta qədər çox papaqlar boş qalacaq. Heç kəs dəqiq deyə bilməz ki, həmin vaxta qədər yaşayacaq. Əgər bunu belə düşünürlərsə, daha onlara nə deyim.
“Ağılsızı heç zaman özümə rəqib saymamışam”
– Milli Məclisə seçkilərdə rəqibləriniz olmuş şəxslərdən şübhələriniz varmı?
– Yəqin ki, onlardan ola bilər. Ancaq mən heç vaxtı onları özümə rəqib saymamışam. Rəqibi o zaman sayırlar ki, potensialı olur. Birimiz ağır, birimiz isə yüngül çəkiliyik. Bunun harası rəqib oldu? Gərək adamın rəqibi də olanda, ağıllısı olsun. Ağılsızı heç zaman özümə rəqib saymamışam.
“Orduxan Teymurxan kimsə qızışdırıb ortaya salıb”
– Hollandiyada yaşayan həmyerliniz, blogger Orduxan Teymurxan sizinlə bağlı məsələlər olanda, tez-tez gündəmə gətirir. Onunla tanışlığınız varmı?
– Xeyr, Orduxan kimdir ki, onunla tanışlığım olsun. O adamı nə görmüşəm, nə də tanıyıram. Adını da sizdən eşidirəm. Deyilənə görə, xaricdə yaşayır. Əminəm ki, o da məni tanımır. Ola bilsin ki, Orduxan mənim şəkilimi haradasa görüb, ancaq mən onun şəkilini belə görməmişəm. Onunla heç bir şərikli işim ola bilməz. Bilmirəm ki, nə üçün mənim adımı çəkir. Görünür, onu da kimsə qızışdırıb ortaya salıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
|