Daha bir məmur oğlunun harınlığı... - İDDİA
Tarix: 15-09-2017, 10:13 | Çap et
Nazir təhsil sektorunda islahatların memarı rolunda çıxış etməkdədir. Amma bu islahatçı nazirin kadrları köhnə təfəkkür, qaydalar və bazar şərtləri ilə fəaliyyətdədirlər. Onlardan biri Bərdə rayon Təhsil Şöbəsi müdiri Rzaqulu Şərifovdur ki, bu sahədə nazirin üzqarasıdır.
Cumhuriyyet.az bildirir ki, media üzərindən apardığımız araşdırma, yerli sakinlərin söylədiklərindən hasil olan nəticə ondan ibarətdir ki, Bərdə təhsili uçuruma sürüklənir. Lakin islahatçı adı çıxarmış nazir R.Şərifovun yerinə gənc, xarici təhsili olan bir perspektivli kadr təyin etmir ki, reformist obrazı qismən həqiqi görünsün. Axı bazarkom üsul-idarəçiliyi ilə Bərdə təhsilini altını üstünə çevirən şöbə müdiri ilə işləmək M.Cabbarovun nəyinə lazımdır?! Eyni zamanda prezidentin islahatların yeni konsepsiyası olan “Yol xəritəsi”ndə nəzərdə tutulan müddəalar təhsil sektorunda çox ciddi reformaları şərtləndirir. Dövlət başçısı müasir, texniki bilikləri olan, zamanla ayaqlaşan kadrların qabağa çəkilməsinin tərəfdarıdır. Lakin M.Cabbarov sosial şəbəkələrin, texnologiyanın, müasir təhsil metodlarının inkişaf etdiyi bir dövrdə R.Şərifovla işləməyə üstünlük verir. Bu da gənc nazirin fəlakətli idarəçilik prinsipi…
Bəs faktlar nədən danışır? – diqqət edək!!!
I Bərdə təhsil şöbəsi məktəbləri xəracyığma məntəqələrinə çevirib. II Şagirdlərdən təmir pulu, süpürgə pulu, müəllimlərin maaşından fond pulu ənənəvidir.
III Bərdədəki 80 orta məktəbdə işləyən 5 min müəllimin hər ay maaşından tutulan 10 manat böyük korrupsiya piramidasından xəbər verir. IV R.Şərifovun oğlu harınlamış məmur övladları kimi davranaraq məktəbə məxsus 09 AA 089 dövlət nömrə nişanlı avtomobillə qəza törədir. Təhsil şöbəsinə rəhbərlik edən oliqarxlaşmış məmurun 5-ci əməli haqda təfsilatı ilə yazmağa keçməzdən əvvəl qeyd etmək yerinə düşər ki, R.Şərifov prezidentin tapşırıqlarını qulaqardı edir. Onun oğlu xidməti maşınla törətdiyi qəza ilə “Qaçqınkom” sədrinin nəvəsi Nail Allahverdiyevdən, Səbail icra hakiminin oğlundan, digər vəzifəlilərin qudurğanlıq edən “Qalendvagen”li balalarından geri qalmayıb. Bir müddət əvvəl Bərdə Rayon Təhsil Şöbəsinin müdirinin oğlu idarə etdiyi avtomobillə bir nəfəri vuraraq, onun ölməsinə səbəb olub. Lakin bu hadisənin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, nə onunla bağlı hər hansı bir tədbir görüblər, nə də həbs ediblər.
Bu olaydan sonra Bərdə Rayon Təhsil Şöbəsinin müdiri az qala hər yerdə arxasında yüksək çinli məmurun dayandığını və buna görə də heç kimin ona gücünün çata bilməyəcəyini bəyan edir.
Ölkə başçısı müşavirələrdə sərt şəkildə xəbərdarlıq edib ki, hansı məmur balası harınlıq eləsə, cəzalandırılacaq. Necə ki, məlum hadisələr zamanı vəzifəli şəxslərin övladları həbs olundu, cəzalandırıldı. R.Şərifov isə Bərdə təhsilini məhv etmək azmış kimi, oğluna rayonda özbaşınalıq etməyə şərait yaradıb. Bu da ciddi şəkildə narazılığa səbəb olub.
Lakin şöbə müdiri övladının bu əməlini gizlətməyə, ört-basdır etməyə, xərc töküb işi bağlamağa nail olub.
Amma özünə sual verməyib ki, xidməti maşını uşağına niyə verib və onun harınlıq etməsi kimlərin həyatı bahasına başa gələ bilir.
Birinci sinif şagirdləri qış mövsümünə məktəb otaqlarını isitmək üçün dərs çantalarında kitab yox, odun və ya neft gətirirlər. Hər ay jurnal pulu, təmir pulu, təhsil şöbəsindən gələn inspektorları yola salmaq üçün şagirdlərdən pul yığılır.
Məktəb direktorları büdcədən təhsilə ayrılan 60 min manat təsərrüfat xərci ayrılsa da, onu həzm rabedən keçiriblər.
Mediada yayılmış məlumatlarda vurğulanır ki, təhsil şöbəsinin müdiri nazirlikdən gələn qonaqları qarşıladığını və onların «qulluğunda» dayandığı zaman 40 min manat xərcə düşdüyünü dilinə gətirib.
Vurğulanır ki, Rzaqulu Şərifov bütün məktəb direktorlarını başına yığaraq, həmin 40 min manatı cibindən verdiyini deyil. Üstəlik, bu pulun ona qaytarılmasını tələb edib.
Bəzi iddialara görə, həqiqətən də Təhsil Nazirliyinin işçiləri Bərdədə yoxlama apararkən xeyli sayda qanunsuzluqlar aşkarlayıblar. Təhsil şöbəsinin müdiri də bu işləri ört-basdır etmək üçün qonaqlara sözügedən məbləğdə rüşvət verməli olub. Amma bir başqa məlumatlarda isə iddia olunur ki, nazirlik işçilərinə pul vermə məsələsi müzakirə predmeti deyil və bu oyun Rzaqulu Şərifovun öz «əməliyyatların»dan biridir. Bərdə rayonunun əsasən kənd məktəblərində dərsə davamiyyət çox aşağı səviyyədədir. Yuxarı siniflərin bəzi şagirdləri var ki, məktəb üzü görməsələr də adları sinif jurnalında əksini tapıb və sonda bir sıra yollarla attestata sahiblənirlər.
Ümumiyyətlə, rayonda fəaliyyət göstərən əksər təhsil ocaqlarında çalışan gənc müəllimlərin bir qismi özəl təhsil müəssisələrinin məzunlarıdırlar. Bundan başqa, bu gün rayonda yerləşən orta məktəb müəllimlərinin bir çoxu öz ixtisası üzrə deyil, digər bir fənn üzrə dərs keçirlər.
Bunun da acı nəticəsi olaraq orta məktəbi bitirmiş şagirdlərin böyük bir qismi ali məktəbə daxil ola, imtahanlarda uğurlu nəticə göstərə bilmirlər. Bu isə özlüyündə Bərdə təhsilinin hansı vəziyyətdə olmasından xəbər verir.
Bu iddia və ittihamlarla bağlı R.Şərifovun mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|