Oğul Paşazadə nazir müavini olmalı imiş - İDDİA
Tarix: 20-09-2017, 09:43 |
Çap et
Qafqaz Müsəlmanları İdarəsinin sədri hörmətli Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin öz ailəsi ilə birgə Azərbaycanı birdəfəlik tərk etməsi ilə bağlı mediada yayılan xəbər cəmiyyət tərəfindən təəccüblə qarşılandı. Və ortaya müəyyən suallar çıxdı.
Əcəba, dini iderimizin yeganə oğlu vətəni nə üçün tərk edir, özü də birdəfəlik. Onu vətəndə narazı salan nədir?
Bəzi saytlar Məhəmməd Paşazadənin ölkəni tərketmə səbəbi kimi guya atası barədə son vaxtlar yayılan mənfi xəbərləri göstərir.
Axı, birinci dəfə deyil ki, QMİ sədri barədə bu tip xəbərlər mətbuatda tirajlanır.
Bəlkə, ailədaxili problemlər var? Ancaq gənc Paşazadənin ailəyə bağlı və dürüst insan olduğu söylənilir.
Deməli daha ciddi səbəb var ki, oğul Paşazadə ailəsini də götürüb Azərbaycanı birdəflik tərk etmək qərarına gəlib.
NUH.az-ın məlumatına görə, xeyli müddətdir Məhəmməd Paşazadənin nazir müavini vəzifəsinə təyin olunması ilə bağlı vəd verilibmiş. Ancaq sonda vədə əməl olumaması oğul Paşazadənin səbr kasasını daşırıb və o ölkəni birdəfəlik tərk edib.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.