Tanınmış bəztəkarın oğlu vəzifədə çox qala bilmədi - Belə deyirlər...
Tarix: 27-11-2017, 09:42 |
Çap et
"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.
"APA-Economics"in MMC-dəki mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.
"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.
Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.
"Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.
Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.
Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.
DİA.AZ xatırladır ki, Ü.Mansurov bu ilin mart ayında təyin olunmuşdu.